ANA SƏHİFƏ / YAZARLAR

QONAQPƏRVƏRLİYİN PİK HƏDDİ

42378    |   2015-06-06 01:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır



2011-ci ilin sentyabrında BMT-nin TŞ-na qeyri-daimi üzvlüyü zamanı 155 ölkənin Azərbaycana səs verərək TŞ-na üzv seçməsi və 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsi tərəfindən ilk Avropa Oyunlarının Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi haqqında qərar verməsi Azərbaycanın dünyada müstəqil söz sahibi olması, siyasi və iqtisadi cəhətdən tam şəkildə müstəqilliyinə, sabitliyinə verilən növbəti qiymətin nəticəsidir.
Artık aylardı ki, l Avropa Oyunlarına hazırlıqlar davam edir. Bu oyunda ev sahibliyi etmək elə də asan başa gəlmədi. Təbii ki, bunun siyasi, ideoloji, ictimai... tərəflərinin mənfəətini, yaxud zərərli olanını da bilməmiş deyilsiniz. Hər şeydən öncə vətəndaş mövqeyini ortaya qoyaraq Azərbaycanın mənafeyini düşünmək və bu yolda ola biləcək çətinliklərə dözmək mümkündür. Bu çətinliklər bu gün bizə dözülməz görünə bilər, amma əvəzində qazanacağımız çox şeylər var...
Yazımın məqsədi bəzi məmurların bu hazırlıqdakı əndazəni aşma məsələləridir. İlk yoldan başlamaq istəyirəm, çünki hər kəsin hər gün də olmasa, bir neçə gündən bir yola çıxma ehtiyacı var. İllərlə, mərhələ-mərhələ görüləsi işlərin - yolların tikintisi, bina üzlüklərinin çəkilməsi, yeni Avropa qaydalarına uyğun ehtiyat yolların nizamlanması, yeraltı, yerüstü keçidlərin işlək hala gətirilməsi və sair elə basabasla başlayıb ki, adam baxdıqca nəfəsi tıncıxır. Sanki Avropalılar sivil insanlardl, biz cəngəllikdə yaşayırmışıq bu günədək və Avropalı gəlməsəymiş bu yeniliklərin bizə heç dəxli yoxmuş - yəni, bizə heç lazım da deyilmiş!
Ehtiyat yol hər ölkədə qəbul olunmuş adi yol hərəkəti qaydalarıdır. Bu yoldan təcili yardım, yanğınsöndürən, polis avtomobilləri və bəzi başqa qanunda nəzərdə tutulmuş vasitələr istifadə edə bilərlər. Amma maraqlıdır, hətta inciklik, qısqanclıq, qıcıq yaradan bir haldır ki, bu qaydalar nədən indiyə qədər yox, məhz avropalılar gələn zaman tətbiq olunur? Bizlərə rahatlıq yaramırmı?
Mənim qonşum Mələk nənə ürək tutmasından çırpınaraq dünyadan köçdü, təcili yardım tıxac səbəbindən meyit soyuyandan sonra gəlib çatdı... Bəlli hadisələrdə evlərin yanması, insanların tələf olmasının bir səbəbi də yollardakı tıxaclardan oldu. Hamilə qadını Şamaxinka adlanan ərazidən Respublika Klinik Xəstəxanasına çatırmağa tıxac imkan vermədiyindən gənc qadın körpəsini oradaca dünyaya gətirdi. Halbuki məsafə heç beş dəqiqəlik belə deyildi...
İndi avropalı gələcək deyə vurçatlasınla "qanun çərçivəsində" işləmələri istər-istəməz vətəndaşların heysiyyatına toxunur. Bu şəraitin yaranması əlbəttə gözəldir, rahatlıq, təhlükəsizlikdir. Amma niyə özümüzə deyil, başqasına lazım olanda! Bu, "desinlər" məsələsi axırına çıxıb bu millətin. Qonaqpərvərlik də yaxşı xüsusiyyətlərimizdəndir, gələn xarici qonaqların ölkəmizi təmiz, səliqəli, müasir, inkişafda görməsini hamımız istəyərik. Əvvəldən görməli olan məmurlar nədən öz millətini heçə sayır, bu işləri yalnız göstərmə üçün edirlər?
Bir çox sahələrdə belə işlər olsa da, ən çox nəzərə çarpan yol işləri olduğundan bir də yeraltı, yerüstü keçidləri qoyub, avtomobil yolunda keçmə qaydasını pozanların cərimələnməsi məsələsidir.
Yol hərəkəti qaydalarının pozulması ilə bağlı piyadaların cərimələnməsi prosesi şəhərin müxtəlif ərazilərində baş verir. Paytaxtın mərkəzi hissəsində piyadaların keçiddən və ya təyin olunmuş yerdən keçmədiklərinə YPX-ya ezam edilmiş Pos Patrul Xidmətinin əməkdaşları nəzarət edir. İndiyədək 100 mindən çox piyadaya inzibati qaydada protokol tərtib edilərək, İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsi ilə 20 manat cərimə yazılıb.
Müşahidələrim zamanı xidmət aparan polis əməkdaşlarının bəzən qəribə hərəkətləri ilə rastlaşdıq. Onlar gözləmə mövqey tutur... sonra 20 manat cərimə yazır.
Bu rayonlara gedən yolların kənarlarında "gizlənib" qayda pozuntusu "tutmaq" istəyən yol polislərinin işinə bənzəyir.
Əlbəttə, qaydanı pozan vətəndaşın cərimələnməsi qanunauyğundur. Ancaq piyadaların yeraltı və yerüstü keçidlərdən istifadə etməməsi öz həyatlarını və sürücüləri təhlükə altına qoyduğu üçün onların maşın yoluna çıxması qadağan edilərək, inzibati xəta hesab edilir. Polis əməkdaşının da ilk vəzifəsi cərimə yazmaqda maraqlı olmaq yox, vətəndaşın təhlükəsizliyini təmin etməkdir. Ola bilər ki, hansısa vətəndaş həmin yerdə piyada keçidinin olmasından xəbərsiz olsun, yaxud da şəhəri yaxşı tanımadığından, qaydaları bilmədiyindən keçiddən istifadə etməsin. Təbii ki, bilməmək məsuliyyətdən azad etmir. Ancaq polis əməkdaşları piyadanın maşın yolundan keçməsinə bilərəkdən mane olmamaqla, həmin piyadaların həyatını təhlükəyə atır. Belə çıxır ki, polis vətəndaşın bu qaydanı pozduğunu gördüyü halda, ona xəbərdarlıq etmədən, qaydanı pozmasını izləməklə, təhlükəsizliyin təmin olunmasında deyil, məhz cərimə yazmaqda maraqlıdır. Nəzərə alsaq ki, müvafiq sərəncamla yazılan cərimələrin 25 faizi həmin polis əməkdaşlarının əməkhaqqına əlavə edilir, bu zaman polislərin hansı səbəbdən cərimə yazmaqda maraqlı olması da aydın olur. Bəlkə piyada polisin gözü qarşısında qadağan edilmiş yoldan keçdikdə onu maşın vurdu...
Qeyd edək ki, inzibati xətaların qarşısnın alınmasında inzibati tənbehlərin tətbiq edilməsi əsas deyil, köməkçi bir vasitədir. İnzibati tənbehlər tətbiq edilərkən inandırma və məcburetmə metodları uzlaşdrılır. Çünki inzibati tənbehlər inzibati məcburetmə tədbirləri olmaqla yanaşı, eyni zamanda tərbiyəedici xarakterə də malikdir. İnzibati tənbehlərin tətbiq edilməsi aşağıdakı məqsədlərə xidmət edir:
Qeyd edək ki, piyadalar yol hərəkəti qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinə müvafiq olaraq məsuliyyət daşıyırlar. Piyada svetoforlarına və nizamlayıcının işarələrinə riayət edilməməsinə; yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına; qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşan zaman hərəkət hissəsinin tərk edilməməsinə görə iyirmi manat miqdarında cərimə edilir. Piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmir yol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə görə də - iyirmi manat miqdarında cərimə edilir.
"Əgər cərimə olunan piyadanın üstündə plastik kart varsa, o, həmin cəriməni post-terminal vasitəsi ilə yerində ödəyə bilər. Amma yerində ödəmək imkanı olmazsa, yəni plastik kartı yoxdursa, o halda bir gün ərzində mərkəzi informasiya sisteminə həmin bu informasiya ötürülür. Cərimə olunan gün tərtib olunan inzibati xəta haqqında protokolun surəti ona verilir. İstənilən vaxt piyada da banka və ya poçt şöbələrinin birinə yaxınlaşıb, protokolun surətini təqdim etməklə, və yaxud da onun nömrəsini deyib cəriməni ödəyə bilər. Əgər piyada bir gün ərzində ödəyirsə, 10 faiz güzəşt olunur, üç gün ərzində ödəyə bilməsə, təyin olunan məbləği ödəməlidir. Bəzən elə olur ki, piyadalar elə bilir ki, cərimə yazılan kimi tez gedib ödəmək olur. Ancaq həmin gün o bankda öz cəriməsini görə bilməz. Çünki bu sistemin protokolda olan informasiyanın mərkəzi informasiya sisteminə ötürülməsi bir gün vaxt lazımdır. Yalnız bu halda bankda ödəniş görünə bilər. Piyada heç vaxt cərimə olunan vaxt cərimə edən şəxsə pul ödəyə bilməz. Əgər bunun üçün yaxınlıqda xüsusi köşk varsa, yəni həmin köşklər nəğd pul qəbul edir. Həmin köşklərdə cəriməni həmin an ödəyə bilər. Köşk yoxdursa, o əməkdaşa nəğd pul ödəyə bilməz".
Bunları anlayırıq. Amma bu qanunlarımıza kağız üzərinə qalmaqdansa, bu günədək nədən əməl edilməyib ki, indi "dar macalda" tətbiq edilir? İndiyə qədər tətbiq edilsəydi yəqin ki, nə əhalinin, nə də özlərinin "təntimələrinə" səbəb olmazdılar.
İnsanların birdən-birə "avropalaşmalarını" gözləmək bir az çətin məsələdir.
Çoxdan olan bir real söhbətdi. Rayonda adlı-sanlı bir qohumum evinə gələn rəsmi qonaqlarının qarşısına "qapqara, yekəqarın, ayaqları əyri (raxit)" uşağını çıxarmaq istəmir. Yaşı çox az olmasına baxmayaraq uşaq məsələni anlayır və ən təzə paltarını geyinərək, saçlarını da kremləyib (o vaxt "vazelin" idi - F.R) qonaqların qarşısına çıxır və üzünü atasına tutaraq: - Əə, məni niyə gizdiyirsıız? - deyir. Qonaqlar uşağın bu təbiiliyini, anlayışını, haqqını tələb etməsini çox bəyənirlər və atanı qınayırlar.
Nədənsə Avropa Oyunlarına hazırlıqlar başlayandan o uşağı tez-tez xatırlayıram. Gəlin təbii olaq, ən gözəli özün olmaqdır.


YAZARIN ARXİVİ

2018-09-14 : ŞİLLƏTERAPİYA
2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-09-25
2018-09-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK