ANA SƏHİFƏ / YAZARLAR

PAXILLIQ VƏ YALTAQLIQ

24346    |   2011-02-05 06:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Belə bir el məsəli var: "Paxıl adam heç vaxt göyərməz". Amma deyəsən, paxıl adamlar göyərir axı. Yəni bir də görürsən ki, çoxdan tanıdığın və özünə yaxın bildiyin bir adamla görüşürsən, o da səni başdan ayağa qeyri-adi baxışlarla süzür və əyin-başına fikir verir. Elə ki, ayağında təzə ayaqqabı, əynində təzə köynək, pal-paltar görür, o dəqiqə qapqara qaralır. Sən də elə fikirləşirsən ki, bu adam səni çox istəyirmiş. Ancaq adi bir təzə geyimini görən kimi rəngdən-rəngə düşür və qapqara qaralır. Bax, onda adam çoxdan tanıdığı insanın iç qatını görür.
   
   Bilmirəm, siz paxıl adama rast gəlmisiniz, yoxsa yox? Amma mən bu cür adamlarla tez-tez rastlaşıram. Daha doğrusu, insan həyatda uğur qazananda, təzə bir mənzil alanda, yaxud da avtomobilini dəyişib müasir tipli maşın alanda o dəqiqə onu çox istəyən və istəməyən adamların iç üzünü görür. Əvvəllər bir insan tanıyırdım. Elə bilirdim ki, o məni hamıdan çox istəyir və həmişə də onu özümə çox yaxın adam bilirdim. Ancaq bir dəfə elə oldu ki, bir iş gördük, həmin adam da gəlib o işin üstünə çıxdı. Adətən bizim eldə belə bir adət var ki, bir iş görəndə ora gələn adam "Allah xeyir versin" deyir. Onsuz da xeyri onun deməyindən asılı olmayaraq, Allah verir, ya da vermir. Qəribəsi o idi ki, həmin adam görülən işə baxıb qapqara qaraldı, rəng alıb rəng verdi və sonra da çıxıb getdi. Bax, beləcə bir insanın içi üzə çıxdı. Paxıl adamların adətən işi-gücü onun-bunun barəsində danışmaq, yaxınlarının var-dövlətini hesablamaq və bir də onlara heyrət aparmaqdır. O adamlar fikirləşmirlər ki, hər şeyi verən Allahdır. Əgər bir adam səhərdən axşama qədər əziyyət çəkib tər tökərək işləyirsə və halal yolla günlərin birində də avtomobil alırsa, özünə ev tikirsə, buna görə niyə qaralmaq lazımdır? Sən başının altına yastıq qoyub yatanda, çayxanalarda avara-avara vaxt keçirəndə, qar yağanda xaşxanaya gedib xaşla araq içəndə həmin zəhmətkeş adam soyuğun, şaxtanın altında əziyyət çəkərək işləyib, tər töküb, loru dildə demiş olsaq, qabıq qoyub. Buna görə də adama paxıllıq edərlərmi?
   
   İki paxıl adam günlərin birində səhərdən axşama qədər yatmayıb kəndin bir varlı adamının pulunu hesablayırlar. Çox çək-çevirdən sonra onların hesablamalarına görə, həmin varlı adamın pulu milyonu ötübmüş. Səhər açılır, həmin adamlar varlı adamın qapısını kəsdirib deyir ki, səhərə qədər yatmayıb sənin pulunu hesablamışıq. Məlum olub ki, var-dövlətin milyonları keçir. Varlı adam da baxışları ilə onları süzərək deyir ki, paxıllığınızdan və xəbisliyinizdən heç vaxt göyərməyəcəksiniz. Səhərə qədər yatmayıb əlavə nə qədər şam yandırmısınız və geri düşmüsünüz. Elə bu yerişlə də və bu hərəkətlə də həmişə gününüz belə ağır keçəcək. İş istəyirsiniz, çörək qazanmaq həvəsiniz varsa, gəlin işləyin, balalarınızı dolandırın. Həmin adamlar isə varlı adama etiraz edib gedirlər və gedəndə deyirlər ki, bizimki sənilə tutmaz. O milyonlardan bir az bizə versəydin, gedib yaxşı yeyib-içərdik. Varlı isə sonda bildirir ki, yeyib-içmək üçün işləmək və əziyyət çəkmək lazımdır. Siz də işləməkdən və əziyyət çəkməkdən boyun qaçırırsınız. Elə cırcırama kimi yaz, bahar mahnı oxuyub kef çəkmək istəyirsiniz. Yazda və yayda işləməlisən ki, qışda da soyuq olanda, qar yağanda, şaxta düşəndə isti evində oturub yayda qazandıqlarını rahat yeyə biləsən.
   
   Paxıllıq axırda insanı elə bir dərdə salır ki, heç vaxt bu dərddən qurtarmaq olmur. Çünki paxıl insanın ürəyi, qəlbi və içi qaranlıq olmaqla yanaşı, əməli də saleh deyil. Əməli saleh olmayan insanınsa heç axırı da yaxşı olmur. Yəni onun-bunun paxıllığını çəkən adam günlərin birində bu paxıllıqdan ürəyi partlayır və dünyasını dəyişir.
   
   
   
   ***
   
   
   
   Yaltaq adamların işi həmişə çox rəvan gedir. Çünki "bal kimi şirin" dillərini işə elə salırlar ki, o şirin dillə nəinki adamı ovsunlamaq olur, hətta ilanı yuvasından çıxarmaq belə mümkündür. Əgər belə olmasaydı, insan yarandığı gündən cəmiyyətin quruluşundan asılı olmayaraq, yaltaqları yuxarı başda əyləşdiriməz, onlardan məsləhət alınmazdı. Özü də bu yaltaqlıq elə bir şəkildə cərəyan edir ki, yuxarıda oturanların, yəni padşahdan tutmuş vəzir-vəkilə qədər hamının bundan xoşu gəlir. Kim istəyər ki, taxt-tacda otura və hansısa yanındakı vəzir-vəkildən acı söz eşidə. Heç kim ağrımayan başına buz bağlamaq istəmir. Elə ona görə də hər hansı adam vəzifədə əyləşən kimi, ilk növbədə onun ətrafında istedadlı, mərd və təcrübəli adamlardan çox yaltaqlar toplaşır. İstedadlı yazıçı Əkrəm Əylislinin belə bir deyimi var: "Ən böyük rüşvət yaltaqlıqdır". Bu yaltaqlıq elə bir rüşvətdir ki, onu hər hansı adama və məmura çox asanlıqla ötürmək olur. Yəni yaltaqlardan xilas olmaq heç bir cəmiyyətdə mümkün olmayıb. Bir də görürsən ki, hər hansı vicdanlı adam vəzifəyə təyin olunur, o kresloda əyləşəndən sonra nədənsə dəyişir və ətrafına yaltaqlar, nadanlar və hiyləgərlər toplaşır. Nadanların, yaltaqların və hiyləgərlərin toplaşdığı yerdə isə heç vaxt haqq-ədalət, namuslu və şərəfli həyat mümkün deyil. Yəni onlar həmin vəzifəli adamı o qədər tərifləyirlər ki, o qədər ona alqışlar deyirlər ki, həmin adam da bu tərifləri eşidəndən sonra özündən razı qalır və fikirləşir ki, doğrudan da bundan yaxşı, savadlı və ədalətli insan yoxdur. Bütün dövrlərdə bayaq dediyimiz kimi, yaltaq adamların işi yağ kimi gedir.
   
   Günlərin birində idarəyə təzə rəis təyin olunur. Rəis də işə başlayan kimi kollektivdəki savadlını savadsızdan, nadanı ağıllıdan, yaltağı təmiz adamdan ayırmaq istəyir. Fikirləşir ki, təzə idarədə yerini möhkəmlətmək üçün mütləq ona bir yaltaq lazımdır. Kabinetində əyləşib gətirdiyi təzə çil-çırağa baxır. Deyir ki, işçiləri bir-bir çağırıb soruşum görüm ki, bu çil-çırağı otağın harasından assam yaxşıdı? Birini çağırır, o içəri girir və rəis ondan soruşur:
   
   - Bu çil-çırağı otağın harasından assam yaxşıdı?
   
   İçəri girən də ağıllı adam imiş. Deyir ki, əlbəttə çil-çırağı tavanın ortasından asmaq lazımdır. Rəis başını bulayır və ona "get" deyir. Başqa birin çağırır, ondan da soruşur ki, bu çil-çırağı hardan asaq. O da cavab verir ki, tavanın küncündən. Rəisin bundan da xoşu gəlmir. Axırda birini çağırır və həmin adam içəri girən kimi rəisin qabağında ikiqat əyilir. Rəis də soruşur ki:
   
   - Süleymanov, de görüm, bu çil-çırağı otağın harasından assam daha yaxşı olar?
   
   İkiqat əyilən Süleymanov isə deyir:
   
   - Rəis, balalarının başına dönüm, sənə qurban olum və Allah səni heç vaxt bizim üstümüzdən əskik eləməsin. Əlbəttə, o çil-çırağı sizin başınızın üstündən asmaq lazımdır. Elə o işıq sizin üstünüzə düşürsə, bizim də üstümüzə düşəcək.
   
   Rəisin həmin adamdan çox xoşu gəlir və ona deyir ki, bu gündən sən mənim ən yaxın adamım olursan və istənilən vaxt kabinetimə gələ bilərsən. Beləcə köhnə yaltağın işi təzə rəisin vaxtında da əla gedir. Tez-tez gəlib işdə nə baş verir hamısını ona çatdırır. Rəis də günlərin birində həmin yaltağı özünə müavin təyin edir.
   
   
   
   ***
   
   
   
   Bir vilayətin padşahı özünü həddindən çox ədalətli, insanpərvər və xalqını sevən adam kimi göstərirmiş. Camaat da and içəndə atasının, anasının canına, ölənlərinin goruna deyil, padşahın canına and içirmiş. Fikirləşirlərmiş ki, padşah bizi hamıdan çox istəyir. Bir haqsızlıqla üzləşsək, dərdimizi ona desək, padşah da dərdimizə əlac qılar, haqq-ədaləti bərpa edər. Günlərin birində bir kasıb kəndlinin oğlu anasına sataşır. Kişi də bunu heç kimə açıb-ağartmır və oğraş oğlunu götürüb aparır padşahın hüzuruna ki, ona ən ağır cəza verilsin. Daha doğrusu, bu oğraş oğul camaatın gözü qarşısında edam olunsun ki, bu hadisə də başqalarına görk olsun. Kişi oğlu ilə gəlir padşahın hüzuruna hər şeyi ona danışır. Padşah da qəzəblənib deyir ki, bu cür binamus adamı şaqqa-şaqqa doğramaq lazımdır ki, başqaları da bundan ibrət götürsün.
   
   Ata deyir ki, edam nə vaxt olacaq? Padşah da bildirir ki, edam gününü cəlladlar car çəkib hamıya deyəcək. Kişi evinə qayıdır, bir ay gözləyir, beş ay gözləyir, edamdan bir xəbər çıxmır. Axırda günlərin birində təzədən padşahın hüzuruna gedir. Onu saraya buraxmaq istəmirlər. Hadisəni danışandan sonra padşahın yanına getməyə icazə verirlər. Kişi saraya girir və padşahın taxt-tacına doğru irəliləyir. Taxt-taca yaxınlaşanda gözlərinə inanmır. Görür ki, edam edilməli olan oğlu padşahın sağında dayanıb, əynində də vəzir paltarı.
   
   Kişi ağlaya-ağlaya padşaha deyir ki, axı mən bu nadürüstü sizin hüzurunuza gətirdim ki, ona ağır cəza verib edam etdirəsən və camaat da bilər ki, anasına sataşmaq nə deməkdir. Padşahın qaşları çatılır və sifətində əsəbi bir görkəm yaranır. Deyir ki, a kişi, mən belə adamı göydə axtarırdım yerdə tapmışam. Heç bir vəzirim bunun kimi yaxşı işləyə bilmir. Ona nə deyirəm kimin başını kəs, elə həmin günü o başı gətirib atır ayağımın altına. Elə mənim taxt-tacıma belə adam lazımdır ki, camaatın anasını ağlatsın, dərisini soysun və başlarına oyun açsın. Kişi kor-peşman saraydan evə dönür və evinə çatar-çatmaz yolda ürəyi partlayıb ölür. Allah bizi belə günlərdən qorusun.


YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-07-17
2018-07-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.





digər lətifələr
ARXİV
FACEBOOK