ANA SƏHİFƏ / YAZARLAR

Dünya tərsinə fırlanır

19755    |   2010-12-18 06:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


   
   Vilayətin padşahı əhaliyə zülm eləyirmiş. Camaat da buna bir gün dözür, bir həftə dözür, bir ay dözür və günlərin birində qəzəblənir. Kimi əlinə balta götürür, kimi dəhrə götürür, kimi də yabanı çiyninə qoyub şah sarayına tərəf irəliləyir. Bunu görən şah bərk qorxuya düşür. Amma əlacı qalmır və qaçıb gizlənə bilmir. Camaat tələb eləyir ki, şah bizim qarşımıza çıxsın və bu zülmlərə son qoysun. Camaatın günahı nədir ki, səhərdən axşama qədər şaha qulluq eləyir, axırda da əzabkeş insanları həqiqəti dediyinə görə zindana atırlar. Qəzəblənən camaat bir az da şah sarayına yaxınlaşır. Şahın özü və ətrafındakı əyanları camaatın qarşısına çıxır. Onların arasında şahın təlxəyi də olur. Təlxək görür ki, camaat çox qəzəblidir, şahı söymək istəyir və taxt-tacı devirmək fikrindədir. Ona görə də təlxək şaha yaxınlaşıb bərkdən qışqırır:
   
   - Heç utanmırsan, bu yazıq camaata zülm eləyirsən, çörəyini əlindən alırsan, nəyi varsa tutub qamarlayırsan, sonra da insanlara divan tutursan. Adını şah qoymusan, amma camaatın dərisini soyursan. Yaxşı, sən şahsan deyə könlündən Allahlıq eləmək keçir? Bilmirsən ki, Allahın qəzəbi tutar və səni sarayını ordunla bir yerdə darmadağın eləyər? Utan, qızar bu hərəkətdən, camaatı incitmə, haqsız yerə heç kimi zindana atıb çürütmə. Sənin kimi şaha ayıb olsun ki, Allahdan qorxmayıb haqsız işlər görürsən.
   
   Təlxəyin bu sözlərindən sonra şah gah qəzəblənir, gah da gülürdü. Amma ən çox qəzəbi soyuyan və sakitləşən şah sarayının qabağına yığılan insan kütləsi idi. Onlar bu kütləni görəndən sonra heç bir şey deməyib sakit-sakit ətrafa baxdılar. Təbii ki, təlxəyin şahı söyməsi və danlaması onların qəzəbini sakitləşdirmişdi. Təlxəyin bu sözlərindən sonra qəzəbli insanların əsəbləri sakitləşdi, baltanı, dəhrəni və yabanı yerə qoydular. Sonra da hamısı şah sarayından uzaqlaşdı.
   
   Camaat şah sarayının qabağından dağılandan sonra şahın təlxəyə bərk acığı tutdu. Ancaq bu vaxt vəzir təlxəyin köməyinə çatdı. Dedi ki, qibleyi-aləm sağ olsun, əgər təlxək səninlə elə zarafat eləməsəydi, camaat əlində balta, dəhrə, yaba saraya hücum eləyəcəkdi və sənin taxt-tacını devirəcəkdi, bizim hakimiyyətimizə son qoyulacaqdı. Vəzirin dediyi sözlər padşahın ağlına batır və göstəriş verir ki, bu bəladan şahı xilas etdiyinə görə təlxəyə çoxlu hədiyyə, qızıl-gümüş verilsin. Beləcə şah təlxəyin hesabına növbəti çevrilişdən və üsyandan canını qurtarır.
   
   
   
   ***
   
   Hansı sənətin, hansı peşənin sahibi olursan-ol, gərək onun sirlərinə və incəliklərinə dərindən yiyələnəsən. İstəyir rəngsaz ol, istəyir çəkməçi ol, istəyirsə də saatsaz ol, gərək işini biləsən. Ən azından ona görə ki, bir dəfə sənin yanına gələn müştəri görəndə ki, ayaqqabıya yaxşı yamaq vurmursan, saatı mükəmməl düzəltmirsən, saçı yaxşı qırxmırsan, ikinci dəfə həmin adam heç vaxt sənin yanına gəlməyəcək. Çünki o qədər sənətkar var ki, yaxşını qoyub pisin yanına getməyəcəklər. Sən də sənətini yaxşı bilməyəndən sonra tay çətin ki, müştəri gəlsin. Nizami Gəncəvinin belə bir misrası var:
   
   
   
   Kamil bir palançı olsa da insan,
   
   Yaxşıdır yarımçıq papaqçılıqdan.
   
   
   
   Sözümüzün canı ondan ibarətdir ki, yaxşı sənətkarı əl-əl axtarırlar. Bəzən görürsən ki, heç bir sənətkarın düzəldə bilmədiyi əzik maşını, saatı, yaxud yırtıq ayaqqabını başqa birisi çox qəşəng düzəldir. Bakıda bir neçə yaxşı saat düzəldən sənətkarlar var. Onların birinin adı yadımdan çıxıb. Səhv eləmirəmsə şəhərin mərkəzindəki yerlərin birində saatsaz işləyir. O, hətta saatı elə düzəldir ki, həmin saat tərsinə də fırlanır. Söhbət ondan getmir ki, adı yadımıza düşməyən saatsaz qeyri-adi nəsə bir iş görüb. Sadəcə olaraq onun gördüyü iş çoxlarını təəccübləndirib.
   
   Bakıda mənim də tanıdığım bir saatsaz var. Heç, sözün düzü, əvvəllər bilməzdim ki, o bu qədər gözəl sənətkar imiş. Əslən Şəmkirdən olan Əli Məmmədov 20 ildən çoxdur ki bu sənətə qulluq edir. Çox qəribədir ki, o da saatı həmin məşhur usta kimi elə düzəldir ki, tərsinə işləyir. Ən maraqlısı isə ondan ibarətdir ki, Əli müəllimin yanına çox ustanın düzəldə bilmədiyi saatlar gətirirlər. Özü də saatların sahibləri deyirlər ki, başqa saatsazlar onu təmir eləmək üçün bizdən daha çox pul istəyir. Biz də saatsazın dediyi pulu veririk, amma üç-dörd gün keçmir, yenidən düzəldilmiş saat xarab olur. Ancaq Əli müəllimin yanına onda gəlib çıxırıq ki, əlacımız hər yerdən üzülür və çıxış yolu tapmırıq. Saatı işləməyən və xarab olan qonşularımızdan biri dedi ki, 90 yaşı olan köhnə saatı hara apardım, heç bir usta onu düzəldə bilmədi. Düzəltmək istəyənlər də məndən 100 manata yaxın pul istədilər. Düzdür, saat o qədər baha olmasa da, çox qədim saatdı. Gətirib həmin saatı Əli müəllimə göstərdim, o da qədim saatı yarım saata təmir edib mənə verdi. Hansı ki, Bakıda gəzmədiyim saatsaz qalmamışdı ki, onu düzəltdirim. Özü də Əli müəllim həmin adamlardan dəfələrlə ucuz qiymətə mənim saatımı təmir elədi və bu gün də həmin saat işləyir.
   
   Ümumiyyətlə, Əli Məmmədov heç vaxt döşünə döyüb deməyib ki, mən belə sənətkaram, belə iş görürəm. Yeni Günəşlidə çoxları yaxşı sənətkar kimi Əli müəllimi axtarır və heç vaxt düzəltdirə bilmədikləri köhnə saatları ona təmir elətdirirlər. Əli müəllim də özünəməxsus bir ustalıqla saatlara baxır və təmirə gətirilən saata az bir müddətdə yeni bir ömür verir. Özü də deyir ki, elə saat olub ki, onu mənim yanımda qoyub gediblər, mən də düzəltmişəm. Amma pulu olmadığına görə utandığından gəlib saatı götürə bilməyib. Sonra özüm o saatı tanış adamlarla sahibinə göndərmişəm və demişəm ki, utanıb eləməsin. Pulu olanda verər, olmasa da canı sağ olsun.
   
   Həmişə yaxşı sənətkarı, yaxşı ustanı və yaxşı peşə sahibini əl-əl axtarıblar. Ona görə axtarıblar ki, o, həm camaatın maddi durumunu dəyərləndirə bilir, yəni düzəltdiyi saatın müqabilində çox pul ummur, həm də düzəltdiyi saat uzun müddət işləyir. Bax, onda kimliyindən asılı olmayaraq yaxşı sənətkarı axtarır.
   
   
   
   ***
   
   Mənim bir dostum var. Son dərəcə savadlı, ziyalı və Allahı sevən insandır. Hər gün də başına gələn əhvalatları qələmə alıb yazır və gündəlik kimi tərtib edir. Bəlkə də onun yazdığı gündəliklərin sayı on-on beş bloknot olar. Özü də hadisələri o qədər təbii və real qələmə alır ki, sanki bir yazıçı hansısa romanı ortaya qoyub. Çox vaxt ona deyirəm ki, bu yazdığın gündəliklərə bir balaca əl gəzdirsən, redaktə eləsən, orasını-burasını düzəltsən, hər biri bir əsər olar. O da gülüb deyir ki, ömür vəfa etsə, təqaüdə çıxandan sonra bunların hamısını hazırlayıb çap etdirəcəm. Amma hələ ki, işlərim imkan vermir yazdıqlarımı bədiiləşdirəm və roman çərçivəsinə qoyam. Dostum Fəxrəddin müəllim həm də yaxşı ağsaqqal, dünyagörmüş bir insandı. Onun çox maraqlı fikirləri var. Həmişə deyir ki, peyğəmbərlərimizin adından belə bir fikir səslənir ki, sənə pislik eləyənə sən həmişə yaxşılıq elə. Bax, Fəxrəddin müəllim bu fikrin üstündə çox vaxt mübahisə eləyir və hətta həmin fikrin dahi insanlara məxsus olmadığını söyləyir. Deyir ki, dəfələrlə öz təcrübəmdə görmüşəm ki, on dəfə, iyirmi dəfə yaxşılıq elədiyim adam bunu başa düşməyib yenə pislik eləyib. Bu cür adamlar elə fikirləşirlər ki, onlar insanlara nə qədər pislik eləsələr, heç vaxt onlara kimsə pislik eləməyəcək, əksinə, yaxşılıq eləyəcək. Bu cür adamlar da pisliyin müqabilində cəzasını almayanda daha da azğınlaşır, qudurur və başlayır müxtəlif insanlara yamanlıq eləməyə. Çünki cəmiyyət tərəfindən təpki almayan belə mənəviyyatsız və səviyyəsiz adamlar heç vaxt pisliyindən əl çəkmir. Əgər belələri öz əməlləri müqabilində cəzalarını alsalar və cəmiyyət tərəfindən qınağa məruz qalsalar, inanın onları tərbiyələndirmək və haqqın yoluna qaytarmaq olar. Çünki hər hansı bir adam dəfələrlə elədiyi günaha görə cəmiyyət tərəfindən cəzasını almırsa, o, daha da azğınlaşır, insani sifətini itirir və vəhşi bir məxluqa çevrilir.
   
   Hər halda mənim dostum Fəxrəddin müəllimi bu fikrinə görə, heç kim qınaya bilməz. Ən azından ona görə ki, dəfələrlə yaxşılıq elədiyin adam bu yaxşılığı başa düşmürsə, heç olmasa, gələcəkdə ona yaxşılıq eləmək lazım deyil. Bu yazıya görə yəqin xislətində pislik və əqidəsində paxıllıq olan adamlar məni qınayacaqlar. Onlar məni və Fəxrəddin müəllimi yox, sadəcə özlərini qınasınlar və adam olsunlar!!!


YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-09-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK