hacklink Adalet.az | QARABAĞ 1988-2010 Adalet.az | QARABAĞ 1988-2010 Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

QARABAĞ 1988-2010

(doqquzuncu yazı)

20906    |   2010-09-25 00:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qarabağda talan var
   
   Zülfün üzə salan var
   
   Gedirsən tez qayıt gəl
   
   Gözü yolda qalan var...
   
   
   
   Bununla doqquzuncu məqalədir ki, Qarabağa həsr edirəm. Bəziləri, "Bu mövzuda bu qədər də yazmaq olar?" deyə sual verə bilər və ya tənqid edə bilər. Belə fikirləşənlərin yadına bu faktı salmaq istəyirəm. Haylar, bugün Ermənistan kimi qələmə verilən Qərbi Azərbaycan torpaqlarına 1828-ci ildən sonra ingilislərin planı və rusların xüsusi dayağı sayəsində gətirilib məskunlaşdırıldılar. Daha əvvəlcə bu torpaqlarda orda- burada sığınacaqlı kimi yaşayan haylar isə dolanışıq dərdilə Azərbaycan Türklərinin qoltuğuna sığınaraq, bizim işimizi görüb oğul-uşağını dolandıranlardı. Ancaq indiki sırtıq nəsilləri bu torpaqların Nuh tufanından üzübəri özlərinin olduğunu iddia edir, üstəlik ata-baba yurdları Teselyanı qoyub qaçdıqlarını da dilinə gətirmir. Təkcə bu torpaqları yox, üç dəniz arasını Xəzər-Qaradəniz-Ağdəniz arasını tarixi torpaqları kimi daimi olaraq qələmə verir. Bu yalanlarına əvvəlcə özlərini inandırır, sonra da bu yalandan nəyisə uman imperiailstlərin ağzının heliyini axıda-axıda onları da özlərinə şərik edir. Bu səbəblə, müqəddəs Qarabağ və Qərbi Azərbaycan torpaqları təkrar əldə edilmədiyi müddətcə bu mövzuda daimi yazmalıyıq, hər cürə cəhdi göstərməliyik və gələcək nəsilləri də bu müqəddəs əqidə uğrunda şüurlandırmalıyıq, çünkü bunu genimizin milli məsuliyəti və zəmanə tələb edir.
   
   Dünyaya göz açdığım İğdır vilayətinin Dizə kəndində kiçik bir hərbi hissə vardı və bu hissənin həyətində əhənglə boyanmış daşlarla bu cümlə yazılmışdı: Sərhəd, dövlətin namusunun qorunduğu yerdir!
   
   Ağdam yolunda keşik çəkən Azərbaycanlı Məmmətçiklərin yanına getdikdə onların da bu şüurda olduqlarını müşahidə etdim və qürur hissi duydum.
   
   Yazıçı və millət vəkili dostum Aqil Abbasla Heydər əliyevin hakimiyyəti əlinə alması münasibətiylə təşkil olunan mərasimdə iştirak etmək məqdəsiylə füsunkar bir gözəlliyə bürünmüş Ağcabədi şəhərindəyik. Gündüz müxtəlif tədbirlər oldu, ətrafı dolandıq, sərhəddə keşik çəkən Məmmətçiklərimizi ziyarət etdik və rusların işğal edərək haylara təhvil verdiyi tarixi Türk şəhəri Ağdama uzaqdan uzağa ürək ağrısı ilə tamaşa etdik. Axşam da məhəlli sənətçilərin iştirak etdiyi böyük bir konsert təşkil olundu. Konsertdən qabaq şəhərin idarəçisi Şahin Məmmədov, millət vəkili Tahir Rzayev və Aqil Abbas çıxış etdilər. Həddən artıq maraqlı və gözəl təşkil olunmuş konsertin axırında Şahin bəyin verdiyi məlumata görə 700 atəşfəşanlıq gülləsi atıldı. Ağcabədi göyləri cürbəcür rənglərə bürünüb düşmənə gözdağı verdi. Bu atəşfəşanlıq biraz o yandakı haylara xəbərdarlıq edirdi. Atəşfəşanlığı seyr edərkən mərhum görkəmli şairimiz Şəhriyarın "Səhəndim" adlı şeirindəki bu misraları xatırladım:
   
   Amma zənn etmə ki, dağlar yenə qalxan olacaqdır
   
   Məşhər olmaqdadı bunlar, daha vulkan olacaqdır,
   
   Zülm dünyası yanarkən də tilit qan olacaqdır.
   
   Vay... Nə tufan olacaqdır!
   
   Sözün burasında Aqil Abbas üçün ürəyimə gələn xüsusi bir neçə sözü demək istəyirəm. Aqil Abbas kəskin qələmli bir yazıçı, duyğulu bir sənətkar və qardaş Azərbaycanla Türkiyə arasında körpü olan, hətta Türkiyəni, Türkiyəlilərdən də çox sevən bir insandır. İş otağına və evinə qədəm qoyduqda elə bilərsən ki, Türkiyənin ən fanat millətçisinin otağını və ya evini ziyarət edirsən, bu fikir səni çulğayar. Onu 1988-ci ildən bəridir tanıyıram və o ildən bəri Türkiyənin uğurları ilə dəfələrlə həyəcandan, narahatçılıq keçirdiyi vaxtlarda da kədərlənib ağladığının şahidi oldum. Qarabağ bölgəsində bir neçə kənddə kitabxana tikdirib, içini kitabla doldurub. Qarabağın, Türkiyə Türkcəsindəki bir ifadəylə desək "gözünü budaqdan sakınmayan" və vaxtı çatdıqda padşah da olsa sözü onun üzünə deyən igid bir ziyalımızdır Aqil Abbas. Oğlu Tuncayı Ankarada Polis Akademiyasında oxudaraq şüurlu bir komissar kimi yetişdirib müqəddəs Azərbaycan dövlətinə təhvil verməsi bir çox şeyi başa salır deyə fikirləşirəm. Ona uzun və sağlam, xoşbəxt və uğur dolu bir ömür arzulayıram.
   
   Qarabağ diyarı tarix boyu Türklüyə nələr qazandırmayıb ki..! Azərbaycanda ilk qəzetin çapına nail olan və Azərbaycanda ziyalanma, mariflənmə hərəkətini başladan, Osmanlı Dövlətini Azərbaycan Türklərinin ümid qapısı və qan qardaşı olduğunu oxucularına xatırladan, Anadolu və Azərbaycan Türklüyü arasında məhəbbət köprüsü salan, bu uğurda başı bəlalar çəkən, dəhşətli narahatçılıqlara məruz qalan, ancaq əqidəsindən əsla dönməyən mərhum Həsən Məlikzadə Zərdabi, böyük şair Molla Pənah Vaqif, dünya miqyasında tanınmış sənətkarımız Üzəyir Hacıbəyli və adları cildlərlə kitaba düşəcək böyük şəxsiyyətlər, hansını sayım ki?!
   
   Qarabağ bugün məhzun, Qarabağ üzgün, Qarabağ dərdli, Qarabağ izdirablı, Qarabağ düşmən çəkməsi altında əsir..! Qarabağ, Türkün dəmir yumruğunu masaya (stol) vurmağı gözləyir...
   
   Qarabağı ağlım başıma gələndən ürəyimə nəqş etmişəm, daha düzü atam və anam nəqş edib. Qardaş Azərbaycana və digər Türk yurdlarına olan məhəbbətim də ata-anamın əsəridir. Rəhmətlik atam ölməyinə üç ay qalmış mənə vəsiyyətini bu sözlərlə elədi:
   
   "Türkiyə, millətimizin son ümid yeridir, bu müqəddəs dövlətimizə laqeyd nəzərlə baxsan atalıq haqqımı sənə halal etmərəm, iki əlim o biri dünyada yaxanda olar; Azərbaycan da bizim dədə-baba torpağımızdır, qardaş diyarımızdır, tayfamızın yarısı da ordadır, oranı da yadından çıxartsan haqqımı sənə halal eləmərəm, bunu əsla unutma...!"
   
   Savadsız olan atamın milli şüuru və dünyamızı dərk etmə səviyyəsinin nəhəngliyi illər ötdükçə və Türk dünyasını hər yönüylə tanıdıqca, bu dünyanı darmadağın etmək istəyən imperialist qüvvələrin əməllərinin səbəbini daha yaxşı başa düşdüm. Atam, tarixi döyüşlərdə üz-üzə dayanıb öz qanımızın torpağa calanmasına və potensial canlı qüvvəmizin qırılmasına səbəb olan əmir Teymurun da, Bayəzidin də, Şah İsmailin də, Yavuzun da adı çəkiləndə əsəbləşər və hiddətdən gözləri kəlləsinə çıxardı. "Tarixi yaxşı bilən insanların yanında çox oturdum oğul" deyirdi.
   
   Qarabağın bugün düşmən çəkməsi altında nalə çəkməsinin əsl günahkarları taxt uğrunda, iqbal yolunda Türkün gücünün axırına çıxan, onun dizinin taqətini kəsən bu cür xaqanlarımızdır. əgər onlar potansial hərbi və iqtisadi gücümüzü məhv etməsəydilər, yurdlarımızı-yuvalarımızı viran eləməsəydilər, dövlətlərimizi yıxmasaydılar, biz teleskoplarla göydəki ulduzlara üz tutub elmlə məşğul olduğumuz zamanlarda Orta əsrin barbarlıq atmosferində yaşayan, inqvizisiya məhkəmələrində qırğınlar törədən, psixoloji xəstələri, "ruhuna şeytan giribdir" deyərək döyə-döyə qətlə yetirən bugünkü müasir texnolojiyə malik imperialist qüvvələr indiki qüdrətlərində ola bilməzdi. Onlara bu imkanı, bu yolu bizim dünya hakimiyyəti əldə etməyi beyninə yerləşdirmiş bəzi xaqanlarımız təmin etdi. əslində biz böyük bir mədəniyyətə, ilahi bir dövlət gələnəyinə malik, dünyaya nizam-intizam vermiş, məzluma arxa, zalıma bəla kəsilmiş bir millətik.
   
   Məmməd Akif Ərsoy;
   
   Bir zamanlar biz də millət, həm də nə millətmişiz
   
   Gəlmişiz dünyaya millət nədir, milliyət nədir öyrətmişiz...
   
   sözlərini elə-belə deməyibdir.
   
   16 Eylül (sentiyabr) günü, Türk Dili Danışan Ölkələrin Dövlət Başqanları Zirvəsinin onuncusu İstanbulda Çırağan Sarayında təşkil olundu. Zirvədə Azərbaycan, Qazaxstan, Qırğızstan, Türkmənistan dövlət başqanları iştirak etdi. Özbəkistan bu zirvədə yenə də iştirak etmədi. Cümhurbaşqanı Abdullah Gül haqlı olaraq; Qardaş xalqlarımız və ölkələrimiz arasındakı ortaq dil, din, tarix, kültür və dəyərlərə söykənən əlaqələr çox güçlüdür-dedi.
   
   Sovetlər Birliyi iyirmi ildir dağılıb və iyirmi ildir Türk cümhuriyyətləri müstəqildi, ancaq Türk cümhuriyyətəri arasında ürəyimiz istəyən bir birlik yarada bilmişik?! Özbəkistanın bu işə soyuq nəzərlə baxmasına nə ad qoyaq? Əmir Teymur-İldırım Bayəzid, Şah İsmail Xətayi-Yavuz təcrübələri tariximizdə hələ də qanayan bir yara kimi qarşımızda bütün çirkinliyi ilə dayanarkən qardaşlar arasındakı bu soyuqluğun səbəbi nədir, kim və nə üçündür?! Avropalılar dünənə kimi bir-birinin qanını içdi, başda Almaniya, Fransa yerlə yeksan oldu, Avropa bir başdan o biri başa yanıb kül oldu, ancaq bəyənmədiyimiz, gavur dediyimiz Avropalılar aradan əlli il də ötmədən dünyanın qiptə etdiyi bir birlik yaratdılar və böyük bir qüvvəyə çevrildilər. Bizlər isə qan və can qardaşı olduğumuz halda bir qərara gəlirik, ancaq istədiyimiz birliyi arzuladığımız şəkildə yarada bilmirik. Birliyimiz yaranmadıqda da Qarabağ, Güney Azərbaycan və digər bölgələrdəki problemlərimiz həll olunmamış qalır. Dünyanın ən strateji bölgəsində və insanlığın ən möhtacı olduğu energi kimi strateji bir silaha malik olduğumuz halda bu silahımızdan layığınca istifadə edib problemlərimizi həll edə bilmirik.
   
   Qarabağ boynu buruq, Qarabağ məhzun, Qarabağ mənəvi işgəncə altında inildəyir, müqəddəs Qarabağımız yolumuzu gözləyir..
   
   Ey tanrının ordusu olan ulu və təmiz millətimin təminatı olan gənc nəslimiz, aydınlarımız, siyasətçilərimiz, ey xalqlarımız..! Tariximiz, keçmişimiz, gələcəyimiz və ilahi məsuliyətimiz bizdən əl-ələ verməyimizi gözləyir, bizə bunu əmr edir..!
   
   Gəlin bir olaq, iri olaq, diri olaq...!


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK