hacklink Adalet.az | 35 QURUŞ Adalet.az | 35 QURUŞ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

35 QURUŞ

24745    |   2010-07-10 00:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Türklər tarix səhnəsinə çıxandan üzübəri böyük bəlalarla üzləşmiş, fəlakətlərə, soyqırımlarına, sürgünlərə məruz qalmış, ancaq yenə də dünyanın pərsənginin, ədalət nizamının saxlanmasında, ilahi ədalətin gerçəkləşməsində həddən artıq önəmli rol oynamışdır. Bu rol onlara tanrı tərəfindən ilahi bir missiya kimi təqdim edilmişdir.
   
   Orta Asiya və Qafqazyada bugün beş müstəqil türk cümhuriyyəti vardır. Bu cümhuriyyətlərin yaranmasına səbəb olan amillərdən biri də 1917-ci ildə təşkil olunan Rusiya Müsəlmanları Qurultayıdır.
   
   Qurultayın ilk cələsəsində kürsüyə çıxan Tatarıstan nümayəndəsi Fateh Kərimov deyirdi:
   
   "Bizim tariximiz vardır. Rusiyanın harasını qazsanız, harasını axtarsanız babalarımızın sümükləri çıxar. Bizim Türküstanda, Volqa boylarında, Kırımda milli, qədim əsərlərimiz vardır".
   
   Mərhum böyüyümüz Fateh Kərimov hələ 1917-ci ildə Rus əsarəti altında təhsil alıb, böyüyüb boya-başa çatmasına baxmayaraq gələcək nəsillərə önəmli mesajlar verib. Bəli, Türküstan deyilən bir Türk yurdu vardı, indi Türküstan beş Türk cümhuriyətinə bölünüb, milli gücü beş yerə parçalanıb.
   
   Gəlin həmin qurultayda iştirak edən Türküstan nümayəndəsi Abdullah Xocayevin dediklərinə fikir verək:
   
   "Biz Türküstanlılara nə haqsızlıqlar və zorbalıqlar edilirdi! Mənim qənaətimə görə biz Türküstanlılar, millətlər arasında hüququ ən çox tapdalanmış, təzyiqə məruz qalmış bir millət idik. Hətta Yəhudilərdən də az hüquqa malik idik. Nə boyda məzlum idik..! Siz Türküstanlılar, müsəlmanlar arasında mədəniyyətcə ən dalda qalmış insanlardı desəniz, biz bu sözünüzün qarşısında deyəcək bir dənə də söz tapa bilmərik. Siz bizdən çox irəli getdiniz. Siz inkişaf və maarif yolunda addım atdınız. Biz sizi izləyə bilməyərək geri qaldıq. Çünkü keçmiş idarə bizə maarif və tərəqqi yoluna düşmək imkanını vermədi".
   
   Ya rəbb, nə dəhşətli etirafdır bu!
   
   İmperializm, sümürdüyü kütlələrin oyanmasına əsla və əsla nə razı olar, nə də icazə verər. İmpərialist rusiyanın gördüyü iş də bu idi. Rusiya, irq, tarix və mədəniyyət yönündən özündən olmayan bir milləti, öz daxilində mənasız işlərlə başını qatacaq şeylərə yönəldib, energisini oralarda sərf etdirərək öz hegemonluğunu davam etdirməsi izləyəcəyi yeganə yolu idi və onu da həyata keçirirdi.
   
   Qırğızların həmin qurultayda iştirak edən nümayəndəsi C. Dostməhəmmədin dedikləri də bu fikrimizi dəstəkləyən ayrı bir nümunədir, buyurun oxuyun:
   
   "Biz iki yüz il boyu xaricilərin qapazı altında əzildik, daha bunu istəmirik. Bizə özgə millətlərin yüksək səviyyəli idarəsi lazım deyil. Öz evimizdə, öz yurdumuzda, ilkin mərhələdə yaxşı olmasa da özümüz özümüzə hökmran olmaq istəyirik".
   
   Şübhəsiz ki, Azərbaycan nümayəndələri bu konqresə öz möhürünü basmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd əmin Rəsulzadə qurultay iştirakçılarına üzünü tutub kürsüdən bunları deyirdi:
   
   "Biz Türk-Tatar millətləri, eyni soydan gələn Türk oğlu Türk olmaqla birlikdə ayrı şivələrə və müxtəlif xüsusiyyətlərə də malik olduğumuz danıla bilməz. Bugün Volqa boyundakı tatarların özlərinə məxsus ədəbiyyatı, mətbuatı, yazıçıları və şairləri vardır. Türküstan Cığataycası zəngin bir ədəbiyyata malikdir. Qazaq və qırğızların mətbuatı da yola düzülüb. Bunlardan heç biri zorbalığa təslim olub öz xüsusiyyətini fəda edə bilməz.
   
   Azərbaycan Türkləri də öz dilinə, ədəbiyyatına və adətlərinə əlvida deyə bilməz.
   
   Bu xüsusiyyətləri aradan götürmək nə lazımdır, nə də faydalıdır. Qoy hərə öz yolunda doğma surətində yerisin. Müxtəlif Türk çaylarının axıb nəhayət töküləcəyi bircə dəniz vardır: Böyük Türk Dənizi!"
   
   Qəbrin nurla dolsun ey böyük insan. Müxtəlif Türk çaylarının töküləcəkləri Böyük Türk Dənizig Yüz illəri qabaqlayan bir şüurg
   
   Qurultay iştirakçılarının arzuladığı şeylər, öz ana dillərindən azad şəkildə istifadə etmək, öz doğma yurdunda azad və müstəqil olmaq, müasir mənada demokratik bir həyatda qadın-kişi bərabərliyinin hökmran olduğu bir idarə şəkli idi. Bunu istəyərkən də, türküstanlısı, qafqazyalısı, Sibiryalısı eyni duyğuları bölüşür və bütün türklərin doğma qardaş olduğunu bilir, ürəkləri bir-birləri üçün döyünürdü. Onlar, bir türkün barmağına daş dəyəndə özünün ürəyinin başının sancacağının şüuruna malikdilər.
   
   İndi 21-ci yüzillikdəyik. Çox şükür Orta Asiyada Birləşik Türküstan olmasa da, türküstanı təmsilən dörd cümhuriyyətimiz, bir də gözümüzün giləsi Azərbaycanımız vardır.
   
   Ankarada cümhuriyyət savçısı (prokuror) vəzifəsində işləyən bir şagirdim var, adı Bəşir Çiflikdir. Aralıq qəsəbəsində ibtidai məktəb müəllimi işləyərkən şagirdim olmuşdu. Ələ-ovuca yovuşmaz, dəcəl, yaşdaşlarına görə də biraz balaca biriydi. Dəcəlliyindən də yüz qat artıq ağıllı idi. Onu yerində bir an belə dinc oturan görə bilməzdim. Aradan illər ötdü, Bəşir orta məktəbi, universiteti bitirdi, evləndi və işində də həddən artıq bacarıqlı bir savçı oldu. Ailəliklə tez-tez görüşürük. Azərbaycandan 24 iyunda qayıtdıqdan bir neçə gün sonra çayını içib söhbət etmək məqsədiylə yanına getdim, narahatçılığı baxışlarına hopmuşdu. Biraz oturduqdan sonra mülki libasda bir komissar içəri girdi və Bəşir bəyə xitabən, tələbələrin eşikdə gözlədiyini, haçan istəsə onları dindirə biləcəğini söylədi. Bəşir bəy də, yaxşı komissar qovluğu incələyim sizə səslənərəm gətirərsiniz-dedi.
   
   Komissar otaqdan çıxandan sonra başladı danışmağa.
   
   Üç-dörd tələbə, ikisi qırğız, biri Türkmən biri də Moldovalı, gecə bir yerdə görüşürlər və bir bara gedib pivə içir söhbət edirlər. Sonra durub Türkmən tələbənin qaldığı evə gedirlər, gecənin gec vaxtlarında eşiyə çıxıb ora yaxın olan bufetdən pivə alırlar və bir divarın üstündə əyləşib içməyi davam etdirirlər. Aralarında mübahisə yaranır, Türkmən olan tələbə qırğız tələbəni bıçaqla vurub öldürür. Öldürülən qırğız tələbənin cibindən bir tələbə kimliyi və 35 quruş pul çıxıb.
   
   ........
   
   Türkiyə illər uzunudur, müstəqilliklərini qazandığı gündən tutmuş Türk cümhuriyyətlərindən on minlərlə tələbəni, şagirdi gətirib oxudur və ziyalı bir kadr kimi yetişdirərək ölkəsinə yollayır. Ölkələrinə qayıdan bu ziyalı gənclər, qardaş ölkələrimizin inkişafında və çiçəklənməsində gözəl işlər görürlər. Halal olsun belə gənclərimizə, belə əzizlərimizə.
   
   1917-ci ildə təşkil olunan Rusiya Müsəlmanları Konqresinin iştirakçılarının millətçilik anlayışına bir fikir verin və bir də müstəqil iki türk cümhuriyyətinin vətəndaşı olan, qanı bir, dili bir, dini bir qardaş olan ziyalı namizedi iki gəncin yaratdığı bu hadisəyə baxın. İnsan nəinki narahat olur, mənən məhv olur, alovlanıb yanır!
   
   İnsanlar bir-birləriylə mübahisə edə bilər, vuraş bilər, hətta bir-birini öldürə də bilər. Gündəlik həyatda dünyanın hər bir küncündə milyonlarla bu cür hadisələr yaranır. Azı iki yüz illik rus əsarətindən yaxasını xilas etmiş və öz müstəqilliyinə qovuşmuş türk cümhuriyyətlərindən xüsusi olaraq seçilib Türkiyəyə yollanan və ziyalı bir kadr kimi yetişməsi gözlənən və tələb olunan gənclərin bir-birini bıçaqlayıb öldürməsini insan başa düşə bilmir.
   
   Üstündən 35 quruş çıxan qırğız tələbə bəlkə də yüksək səviyyəli, ya da varlı bir ailənin övladı deyildi. Qatil olan Türkmən tələbəni gördüm. Boylu-buxunlu, yaxşı bir gəncdi. Savçının otağına daxil olduqda gerçəkləştirdiyi hadisədən duyduğu peşimançılıq və mənəvi olaraq diz çöküşü gözlərində əks etmişdi. Ancaq nə xeyri vardı, olan olmuşdu. Qan qardaşını qara torpağa yollamışdı, özünü də dəmir qəfəs arxasına. Deyəcək sözü tapa bilmirəm..!
   
   Bir vaxtlar Qırğızstan dövlət rəhbəri Əskər Akayev, İrəvana getdiyində dırnaqarası soyqırım abidəsinə əklil qoymuşdu. O İrəvan ki, tarixin ən başından bəri Türk yurdu idi və İngilislərin planı, Rusların və Amərikalıların da təzyiqi nəticəsində ermənilərə peşkeş çəkilmişdi. Askar Akayev, üzdəniraq abidəyə əklil qoymaqla öz milliyətinə xəyanət və doğma xalqını on illər boyu əsarət altında saxlayan məlum imperialist xalqa xidmət eləmişdi. Allah millətimizi və dövlətlərimizi bizdən görünən bu cür məxluqatlardan saxlasın...
   
   Bir neçə gün qabaq Ermənistana gedən Amerikan dövlət katibi Hillary Clinton dırnaqarası soyqırım abidəsinə əklil qoyub oranı ziyarət etdi.
   
   Qarabağ torpaqları rusların yardımıyla işğal edildi, amerikalılar, Fransızlar və digər qərblilər səslərini də çıxartmadılar. İşğal altındakı torpaqlar məsələsini həll etmək üçün Minsk Qrupunu yaradan BMT deyildi!? Həmin BMT, İraqın ABŞ və İngiltərə tərəfindən işğalına yaşıl işıq yandırmadıə Yandırdı. Bəs bu işğal məsələsi niyə həllə qovuşmur və ata-baba yurdundan qovulmuş bir milyondan artıq Azərbaycan Türkünün öz yurduna qayıtması üçün niyə bu qərbli bəylərin tükü də tərpənməz?
   
   Hillary Clintonun dırnaqarası abidəyə əklil qoyması da, qərbin Qarabağ məsələsində tükünü də tərpətməməsi də yeganə bir məqsədə xidmət edir. Ermənilər necə ki bir vaxtlar maşa kimi istifadə edildi və bugün də edilir, ediləcək də. Ancaq 19-cu əsrdən üzübəri yaranan hadisələrdə daim yanan biz olduq, qərb bunu yaxşıca bilir. Həqiqətləri bilirlər ancaq onların yeganə məqsədi, həm Qarabağı, həm də dırnaqarası soyqırımı necə deyərlər demoklun qılıncı kimi başımızın üstündə saxlamaqdır. Clinton sadəcə olaraq bu məqsəd üçün həmin yerə əklil qoymuşdur. Həmin Clinton, Bakıya getdiyində Xocalı Soyqırımı üçün bircə kəlmə də deməmiş və bu hadisədə maşa kimi istifadə edilən erməniləri və onların dəstəkçisi rusları qınamamışdır. Bəs bu xanım Xocalı Soyqırım abidəsinə niyə ki əklil buraxıb dünyaya bir mesaj vermir? Verməz də, çünkü babalarımız əbəs yerə deməyiblər "ilanın ağına da, qarasına da lənət" çünkü ilan ilandır.
   
   İlan ilanlığını eləyəcək, bu təbiidir, ancaq Əskər Akayevlər və Türkiyəyə oxumağa, adam olmağa gedib doğma qardaşını heç nə üçün qanına qəltan eliyən yazıqlar məsələsini kim həll edəcək. Göydəki mələklər, yoxsa yerdəki şeytanlar?! Bəlkə ancaq və ancaq biz həll edəcəyik...
   
   Türklər haçan silkinib özünə gələcək ya Rəbb..?!
   
   Yerin nurla dolsun Bilgə baba, nə gözəl deyibsən:
   
   "Ey Türk titrə və özünə qayıt! Sən özünə qayıdanda böyük olursan..!"


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK