hacklink Adalet.az | İNSAN HÜQUQLARI VƏ QƏRB Adalet.az | İNSAN HÜQUQLARI VƏ QƏRB Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

İNSAN HÜQUQLARI VƏ QƏRB

26856    |   2010-04-17 01:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"İnsan hüquqları" termini sonuncu əsrlərdə qərblilər tərəfindən uydurulmuşdur.
   
   Hələ orta əsrdə millətləşmə prosesini tamamlamağa başlayan qərblilər, qətliam, oğurluq, cinayət, təcavüz hadisələrini ifrat səviyyədə həyata keçirdilər. Onların inam geni bütpərətslik özülündə bina olduğuna görə Tanrıya olan inamı da, səmavi kitabların tələb etdiyi şəkildə dərk edə bilmədilər. Səmavi dinlərin tamamının əvvəlinci prinsipləri, düz insan olmaq, insanı sevmək, verdiyi nemətlərə görə tanrıya şükr etməkdir. Bunların tamamı qərblilərin karına gəlmədiyinə görə çirkabın bataqlığında min dürlü rüsvayçılığa quylandıqlarından əldəqayırma tanrılara (bütlər-ilahilər) tapındılar. Rəzilliyin bataqlığına elə quylanmışdılar ki, qızlarının saflığını qorumaq üçün "bekarət kəməri" deyilən və insanı xəcalətinən qıpqırmızı eliyən bir aparatı yaradıb istifadə etməkdən, epilepsiya xəstəliyinə düçar olub özündən gedən yazıq xəstələri "ruhuna şeytan girib" deyərək döyə-döyə qətlə yetirməkdən, keşişləri vasitəsiylə cənnətin açarını sataraq cahil insanların qanını sümürməkdən hicab duymadılar. Özlərinin də Allahın yaratdığı bir insan olduqlarını unudub işğal etdikləri yerlərdən yığdıqları insanları "mal" kimi bazarlarda satdılar.
   
   Amerika qitəsi tapıldığı vaxt Avropadan qalxıb, iylənmiş cəmdəyə şığıyan quzğunlar və kaftarlar kimi cuman, bugün özlərinə insan hüquqlarının müdafiəçisi (əəə!!!) adını yapışdıranlar və bizə demokratiya dərsi keçmək cürətini göstərənlər, Amerikanın yerli xalqları Aztekləri, Qızıldərililəri (Hindular), Mayaları və İnkaları kütləvi şəkildə soyqırımla aradan götürdülər (Bugün onların adını isə insanları məhv etməkdə istifadə etdikləri teyyarələrə, tanqlara və s. verirlər). İspaniyada imperiya səviyyəsinə çatmış müsəlman əndəlus dövlətini, burada yaranmış İslam mədəniyyətini qanda boğdular. Afrikanın bir ucundan digər ucuna kimi bütün aborigen tayfaların yurduna hücumlar çəkib sərvətlərini qarət edən bu canilər, tutduqları qaradərili kişi, oğlan, qız və qadınları aparıb kölələşdirdilər, onlara hər cürə alçaqlığı etdilər, namuslarına toxundular, sonra da yaratdıqları qadın bazarlarında satdılar. Bütün bunları eləməmiş kimi bir də üzləri qızarmadan bəşəriyyətin gözünün içinə baxa baxa bizə insan hüquqlarından söhbət açırlar, humanist olduqlarından züy tuturlar.
   
   İnsan Hüquqları əvrənsəl Bildirişinin memarı olan və Amerika Birləşmiş Ştatlarının quruluş anayasasını hazırlayan Amerikalı Thomas Painə hələ 18-ci əsrdə qərblilər üçün bunları yazırdı:
   
   "Avropanın bütün rejimləri əvrənsəl mədəniyət dəyərləri üstündə deyil, əksinə bunun tamamilə ziddi olan özüllər üstündə yüksəlmişdir. Bu rejimlər, bir-birləriylə olan əlaqələrdə vəhşi, ibtidai bir həyat üçün fikrimizdə nələr canlanırsa eynilə onun kimidir. Nə insanların hazırladığı, nə də tanrının buyurduğu qanunlara əməl edirlər. Qanunları həyata keçirməkdə və qarşılıqlı əlaqələrdə isə iptidai dövrlərin vəhşi insanları kimidirlər".
   
   Soyqırımları gərçəkləşdirən, hər cürə vəhşiliyi, ibtidailiyi və insana yaraşmayan hər cürə rəftara üz tutanlar özləri olduqları halda, nəinki həyata keçirmək, tarix boyu yadımıza da gətirə bilmədiyimiz "soyqırım" kimi alçaqcasına bir hadisəni yaratdığımızı dünyanın gözünün içinə baxa baxa və yalan olduğunu bilə bilə boynumuza yıxmaq istəyirlər.
   
   Bugün BMT kimi bir qurumu öz milli mənfəətləri istiqamətində qurulmuş bir saat burğacı kimi işlətdiyini İraqın işğalında gördüyümüz ABŞ-nın Afrikada, Çində, Yaponiyada, Vietnamda, İraqda həyata keçirdiklərinin hansı insan hüquqları ilə düz gəlirə? Avropalıların Əlcəzairdə, Livyada, Tunisdə, Afrikanın ucsuz-bucaqsız künclərində kasıb olsalar da öz qurduqları dünyada xoşbəxt yaşayan qaradərili insanlara, insanlığa yaraşmayacaq əməlləri həyata keçirmədilər? Əlcəzairdə öz milli müstəqilliyini tələb edən insanları telefon dirəklərinə yerdən bir metr hündürlüyə möhkəm-möhkəm bağladıqdan sonra qoyub gedən və onların diri-diri kaftarlar tərəfindən ayaqlarından başlanarak yeyilməsinə səbəb olan və bu cür vəhşi bir işgəncəni həyata keçirənlər qərbli insansevər (!!!) xalqlardı, biz deyildik!
   
   Qafqazda milyonlarla müsəlmanı yerindən yurdundan didərgin salan, on minlərləsini kütləvi şəkildə qıran ruslardı, biz deyildik. 20 Yanvar qırğınını, Xocalı Soyqırımını yaradanlar da onlardı, biz deyildik. Xocalıda tökülən qanların günahkarı ruslardı və ingilislərdi, çünkü bizim dədə-baba torpaqlarımıza erməniləri gətirib məskunlaşdıran onlardı. Bakı neftinin əlindən çıxmasına qarnı ağrıdığından, erməniləri silahlandırıb dinc əhalinin üstünə salan, qadın-uşaq-qoca fərqi qoymadan soyqırım törətdirən ruslardı, biz deyildik. Əgər yaradılmış bir soyqırım vardırsa onu Amerikalılar, avropalılar və ruslar yaradıbdır, biz deyil.
   
   Bizim tariximiz şanla, şərəflə, ədalətlə və insan sevgisiylə doludur.
   
   Tariximizdən bir nümunə:
   
   Qəznəvilər, 10-cu əsrdə hökmran olmuş böyük bir türk dövlətidir və bu dövlətin ən görkəmli xaqanı da Qəznəvi Mahmuddur. Tarixdə heç bir xaqan Mahmud Qəznəvi kimi Hindistanı bir ucdan bir uca buyruğu altına ala bilməyib, heçbir müsəlman sultanı da onun İslam dininin ilahi ədalətini bu yerlərdə onun səviyyəsində həyata keçirə bilməmişdir. Mahmud Qəznəvi belə bir xaqandı.
   
   Yeni hakimiyyət altına alınan bir Tacik qəsəbəsindən biri bir gün gəlib Sultan Mahmud ilə görüşmək istədiyini deyir, ancaq cangüdənlər təhlükəsizlik amilini nəzərə alıb onu Mahmudun yanına getməyə qoymurlar. Tacik təkid edir və səsini ucaldır. Səsi eşidən Mahmud Qəznəvi otağından çıxır və məsələnin nə olduğunu soruşur, vəziyyəti ona deyirlər. Taciki yanına gətizdirir və "Dərdin nədir?" -deyir. Tacik də, "Onu sənə burada deyə bilmərəm, xəcalət çəkirəm, biraz bunların yanından aralanaq"-deyir. Biraz aralanan kimi Tacik başlayır başına gələnləri deməyə.
   
   "Siz buranı tutandan bir neçə gün sonra bu boyda, bu buxunda, bu yaşlarda olan bir əsgəriniz gəlib məni evdən çıxartdı, balaca uşaqlarım və yoldaşımla bir müddət evdə qaldı sonra çıxıb getdi. Bu işi bir neçə gündən bir görür. Sizdən qorxduğuma görə ona heç nə deyə bilmirəm".
   
   Mahmud Qəznəvi, mühafizlərinə adamı göstərir və "Bu şəxs günün hansı vaxtında gələrsə gəlsin dərhal mənim yanıma gətirərsiniz" deyə göstəriş verir. Tacik gedir aradan üç gün ötəndən sonra azan vaxtı qaçaraq gəlir, Sultanla görüşmək istədiyini bildirir. Görüşdürürlər və o, əsgərin gəldiyini Mahmuda çatdırır. Sultan Mahmud, mühafizlərindən bir neçəsini götürür, məşəlləri yandırıb sürətlə üz tuturlar adamın evinə. Mahmud, Tacikə deyir ki; "Evinə yaxınlaşdıqda mənə deyərsən!" Adam, evə iki və ya üç yüz metr qalmış, "Yaxınlaşdıq" -deyir. Sultan Mahmud məşəlləri keçirtdirir və siyirmə qılınc qaçaraq evə daxil olurlar. Əsgəri bir andaca o biri dünyaya vasil edirlər.
   
   Mahmud, "Məşəlləri yandırın!" deyir. Məşəlləri yandırdıqda, üzü üstə düşüb dəbbələnə dəbbələnə canverən əsgəri gördükdə, "Arxası üstə çevirin!" deyə göstəriş verir. Onu döndərən kimi əyilib üzünə baxır və o andaca səcdə edir "Şükür ya rəbb" deyəndən sonra namaza durur və iki rəkat şükür namazı qılır. Sonra da evin gəlininə üzünü tutur: "Qızım mənə pendir çörək və biraz da su gətir!"-dəyir. Gəlin onun dediklərini gətirir, Mahmud oturur meyidin yanında biraz pendir çörək yeyir, sudan içir. Ev yiyəsi Tacik dözə bilməyib özünü salır Sultan Mahmudun ayağına. "Ey hökmdar, bütün bunların mənası nədir, maraqdan az qalıram dəliyə dönəm. Xahiş edirəm məni məsəldən hali elə!"
   
   Sultan Mahmud başlayır danışmağa:
   
   "Sən gəlib məsələni danışdıqda və əsgəri təsvir etdikdə onun mənim oğlumun da ola biləcəyini fikirləşdim, çünkü o təsvir oğluma da uyurdu. Evinə biraz məsafə qaldıqda məşəlləri keçirtdim ki, içəridəki oğlum olarsa atalıq duyğularım qələbə çalar və oğlumu öldürməyimizə əngəl törədə bilər, ancaq hər kim olarsa olsun o hərəkəti eliyən ölməliydi. O öldürüləndən sonra dalı üstə çevirtdirib əyilib üzünə baxdıqda onun mənim oğlum olmadığını gördüm və tanrıya səcdə etdim, sonra da iki rəkat şükür namazı qıldım. Çörək yeməyə gəldikdə, sənin gəldiyin o gündən üzübəri, yəni üç gündür narahatçılığımdan asılı boğazımdan tikə keçməyib. Çox acmışdım ona görə yoldaşından çörək, su istədim və biraz yeyib aclığmı bastırdım".
   
   Bugün özünə insan hüquqlarının müdafiəçisi adını qoyan amerikalılar da, avropalılar da, digərləri də, öz tarixlərində buna oxşar bir hadisəni tapa bilərlər!? Aldığı bir diyarın insanına, bir əsgərinin və ya komandirinin etdiyi həqarəti və haqsızlığı bu cür cəzalandıran bir qərbli vardırmı?! Biz belə bir millətik. Tariximizdə iyrəncliklər tapılmaz. Biz tanrının özünə ordu yaratdığı bir millətik. Yaradılanı da, Yaradandan ötürü sevirik, hörmət edirik. Dini, dili, irqi, dərisinin rəngi nə olarsa olsun, insanı yaradılmışların ən şərəflisi kimi qəbul edir və sevirik. Bunun fərqinə varan nəcib və pak bir millətik. Tarixi, soyqırımla, işğalla, qul ticarətiylə, müstəmləkəçiliklə dolu olanlar, bugün öz iyrənc əməllərini unudub bizə böhtan tullamasınlar.
   
   Biz ümman olan bir millətik, qərblilərin ağızlarıyla tulladıqları bir qətrə nəcasət bizi murdar etməz.


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-15
2019-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK