Adalet.az | GÖRƏK SONRA NƏ OLACAQ? Adalet.az | GÖRƏK SONRA NƏ OLACAQ? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

GÖRƏK SONRA NƏ OLACAQ?

Əbülfət MƏDƏTOĞLU

48441    |   2015-03-12 10:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bunu həyatımdakı Bəxtiyar Qaraca deyib

Xeyli vaxt bundan öncə maşınla yol gedirdim. Adətim üzrə maşında tək olanda həmsöhbətim radio olur. Və mən həmin gün də radionun düyməsini basıb dalğalarda gəzişdim. Hansı dalğadasa diqqətimi bir musiqi çəkdi, xüsusilə onun sözləri. İnanın, səmimi deyirəm. Yola çıxmışdım və səfərimdə də məqsəd bir problemin çözümü idi. Ancaq istəyim bir daşa gedib dirənmişdi. Onu yerindən tərpədə bilməsəm, bütün zəhmətim boşa çıxacaqdı. Məhz bu səbəbdən də fikrimdə elə hey dolaşdırırdım ki, görəsən bu gedişim, bu ardınca düşdüyüm iş necə olacaq? Alınacaqmı, alınmayacaqmı...…

Bax, indi özünüz fikirləşin. Həmin o sualların içərisində çapaladığım məqamda radioda xalq artisti İlhamə Quliyeva sanki mənə təsəlliverici bir şəkildə deyir ki, görək sonra nə olacaq.

Yenə etiraf edim ki, bu sözlər məni çaşdırdı. Sonra içimdə bir qəhərli sevinc baş qaldırdı. Üzümü Tanrıya tutub səmimi qəlbdən şükür etdim. İnandım ki, əlim boşa çıxmayacaq, istəyimə çatacam. Çünki düşündüklərimin əks-sədasını o mahnıda tapmışdım. Axıra qədər dinlədim o mahnını. Mahnı bitdi, sonda xalq artisti vurğuladı ki, dinləyicilərə eksklüziv olaraq təqdim etdiyim bu nəğmənin sözlərinin müəllifi Bəxtiyar Qaracadı...…

Onda tələbə idim. Hardasa bir-iki ay olardı ki, birinci kursa başlamışdıq. Altıncı mərtəbənin, yəni Dövlət universitetinin o möhtəşəm binasının altıncı mərtəbəsinin pəncərəsi önündə dayanıb uşaqlarla söhbət edirdik. Birdən məndən bir kurs yuxarıda oxuyan və artıq tanış olduğum Mehdi adlı tələbə yoldaşımız üzünü mənə tutub soruşdu:

- Əbülfət, sən hansı rayondansan?

Təbii ki, cavabı ləngitmədim. Amma içimdə bir təəccüb də baş qaldırdı, "görəsən bunu niyə soruşdu?"

Mehdi də təəccübümü, marağımı gözlərimdən oxuyub gülümsəyərək dedi:

- Sənin şeirlərindəki ruhun bir damarı mənə şirin, doğma gəlir. Ona görə bu şirinliyin, doğmalığın ünvanının hardan gəldiyini bilmək istəyirdim. İndi tapdım.

Dərhal soruşdum:

- Hardan? Necə tapdın?

- Bəxtiyar Qaracanı tanıyırsan? - deyə soruşdu məndən Mehdi.

- Adını eşitmişəm, amma elə bir tanışlığım yoxdu.

- Bax, o da səninlə bir rayondan, bir bölgədəndi. Onun şeirlərindəki təbiət, sevgi notları ürəyimə çox yatır. Səndə də bu az-çox var...…

Bəli, Mehdi həmin gün mənə Bəxtiyar Qaracanın bir neçə şeirin əzbər dedi. Düzünü deyim ki, həmyerlimi yaxından tanımadığım üçün içimdə bir az sıxılsam da, amma onun şeirlərini əzbər söyləyən və onun barəsində ürəklə, ağızdolusu danışan tələbə yoldaşımın yanında mən də qürrələndim. Axı mən Bəxtiyar Qaraca ilə bir bölgəni təmsil edirdim. Deməli, adamlar həmişə yaxşını, uğuru özünə çıxdığı kimi, mən də milli mentalitetimizə uyğun olaraq yaxşını, uğuru həmişə özümə doğma sanmışam və bunu da dana bilmərəm. Ən azından mən də azərbaycanlıyam və deməli, bunu dansam, özüm xoş olmayan bir duruma düşə bilərəm...…

Tələbəlik illərində mən Bəxtiyar Qaraca ilə görüşə bilmədim. Amma ara-sıra mətbuatda şeirlərini oxudum. Çünki onda Bəxtiyar Qaraca təhsilini davam etdirmək üçün Moskvaya getmişdi. İçimdə nə vaxtsa onunla qarşılaşacağıma bir ümid yatıb qalmışdı. O ümid məqamını gözləyirdim. Günlərin birində o məqam oyandı. O ümid mənim əlimdən tutub Azərbaycan Televiziyasına apardı. Daha doğrusu, Azərbaycan radiosunun "Xalq yaradıcılığı "Bulaq”” verilişi ilə əməkdaşlıq etdiyimdən dəyərli dostum İntiqam Mehdizadənin görüşünə getmişdim. Söhbət əsnasında Bəxtiyar Qaracanı soruşdum. Bir rayondan olduğumuzu dedim. Amma bugünə qədər görüşmədiyimizi də İntiqam müəllimə söyləməkdən çəkinmədim. Aşkar marağımı hiss edən İntiqam müəllim bir an fikirləşib dedi:

- Studiyaya gələndə Bəxtiyar Qaracanı televiziyanın həyətində gördüm. Çəkilişdən gəlirdilər, yəqin ki, yerində olar. Gedib özün görüşsən...…

Məncə, sizi bir-birinizə qədim etməyə ehtiyac yoxdu, - deyib fikrini tamamladı.

Bəli, həmin gün mənim üçün həyatımın yaddaqalan bir anı kimi yaddaşıma yazıldı. Mən radiodan çıxıb televiziyanın binasına üz tutdum. Birinci mərtəbənin foyesində qarşıma çıxanlardan Bəxtiyar Qaracanı soruşdum. İkinci mərtəbəyə qalxmağı məsləhət gördülər. Mən də qalxıb onun iş otağının qapısını döydüm. İçəridən:

- Gəlin! - deyən bir səs eşitdim.

Qapını açıb içəri keçdim. Qarayanız, saçlarını yana daramış, gözlərindən süzülən işıqla üzündəki yorğunluğu gizlətməyə çalışan Bəxtiyar Qaraca əlindəki qələmi kağızın üzərinə qoyub üzümə baxdı.

- Tuğ kəndindənəm, Dağlıq Qarabağdan. Radioya gəlmişdim. Sizinlə görüşmək istədim.

O yerindən qalxdı. Mən yaxınlaşıb onunla əl görüşdüm. Üzbəüz əyləşdik. Özüm haqqında, yazı-pozum barəsində danışdım. Sözarası onu da vurğuladım ki, verilişlərini, bundan öncə isə mətbuatda çıxan yazılarını izləmişəm, şeirlərindən xəbərim var.

Xeyli söhbət etdik. İş telefonunu verdi mənə. Əlaqə saxlamağı tapşırdı. Otaqdan çıxanda birdən nə isə fikirləşib:

- Bir dəqiqə ayaq saxla, - dedi.

Geri qayıtdım. Çalışdığı redaksiyanın əməkdaşlarından kimisə daxili telefonla yanına çağırdı:

- Əbülfətlə tanış ol. Növbəti verilişlərindən birinə onu dəvət edərsən...

Bəli, ilk tanışlıq, ilk baş-başa söhbət və ilk daxildən, ürəkdən gələn bir səmimiyyətin göstəricisi olan qayğı...… Mən həmin gündən yazı-pozumda da, adamlarla təmasımda da müəyyən jestləri, hərəkətləri gözdən keçirməyə, onları redaktə etməyə başladım. Çünki radioda, televiziyada tanıdığım adamların böyük əksəriyyəti mənim həmyerlimə xüsusi bir sayqıyla, həm də işini bilən bir adam kimi yanaşırdılar. İlk baxışdan duyulurdu ki, Bəxtiyar Qaraca özünü kollektivə sevdirib. Özü öz yerini haqq edibdi. Ona görə də ətrafdakıların ona qısqanclığı, paxıllığı yox, yaxşı mənada bir həsədi var. Təbii ki, bu həsəd də məni ruhlandırırdı, məni sevindirirdi. Bax, o gündən bu günə qədər teleməkanda, yazı-pozu dünyamda özümün də xəbərim olmadan çiynimdə bir əlin olduğunu hiss etdim. Bircə dəfə də bu əlin sahibi səsini çıxarıb demədi ki, "Mən burdayam!" Amma o, həmişə burda, yəni yanımda oldu. Və mən də yanımda olan Bəxtiyarın dəstəyi ilə, məndə yaratdığı inamla sabaha baxmağa, sabaha qovuşmağa daha çox can atdım. Çünki min dəfə ağıl süzgəcindən keçirib, min dəfə vərəqləyib gördüm ki, yanımda olan Bəxtiyar göstərdiyi qayğını, diqqəti təmənnasız, bir həmyerlim kimi yox, sadəcə məndə iynə ucu boyda işıq gördüyü üçün edir. Deməli, bu insan işığın, xeyirxahlığın, səmimiyyətin və bir də uğurlu nəticənin adamıdı... ona köklənib, onu özünə həyat amalı seçibdi...

İndi mənə şirin bir xatirə kimi gələn və əslində elə həm də dünənin bir parçası olan o zamanı xatırlayıram. Üzərindən təqribən 28-30 il ötübdü. Və bu illər ərzində biz bir-birimizi daha da yaxından tanımağa, bir-birimizin evinin içindən, ailəsindən xəbərdar olmağı bacardıq. Bir söz adamı marağı ilə soy kökümüzü, çevrəmizi araşdırdıq. Üst-üstə düşən, uyğun gələn, paralel olan və bəzən orta məxrəc kimi qarşımıza çıxan neçə-neçə məqamın şahidi olduq. Gördük ki, bu həyat bizim yollarımızı qovuşdurmağa sözün böyük mənasında məhkum imiş. Ən azından ona görə ki, bizim dərdimizin də, kədərimizin də, ağrı-acılarımızın, itkilərimizin və nəhayət sevincimizin də bəxt yazısı eyni imiş. Yəni başımızın üzərindəki təkcə göy üzü yox, həm də bizi qapqara rəngə yüklənmiş, ağırlığından hər kəsin canı sızıldayan bir yurdsuzluq nisgili, bir yurdsuzluq sindromu qovuşdurub, kökləyib. Ondan qaçıb qurtulmağın yolunu da birlikdə axtarmağa məhkumuq. Düzdü, sözümüz, qələmimiz o ağrıyla, o yüklə mübarizə aparır. Ancaq bu qara buludların çəkilməsi, göy üzümüzün aydınlaşması bizim və hamımızın işi olmaqla yanaşı, həm də bir Allah işidi. Bax, bütün bunların fonunda mən Bəxtiyar Qaracanı kənarda dayanıb saatlarla izləməyi, səmimi etiraf edim ki, çox xoşlamışam. Ona görə ki, onun yerişində də, əl hərəkətlərində də, hətta tribunada dayanıb nəyisə nitq edəndə də və yaxud bir çevrədə dayanıb hansısa məsələyə münasibət bildirəndə də onun öncə təmkini, sonra isə məntiqi məni ovsunlayıb. İnanın ki, o qədər asta-asta, o qədər rahat danışır, fikir söyləyir ki, o rahatlıqdan həzz alırsan. Üstəlik də səni o qədər arxayınlıqla, diqqətlə dinləyir ki, bəzən nəyisə uzun-uzadı danışdığından özün xəcalət çəkirsən. Məncə bu təkcə şəxsi tərbiyə deyil, həm də tərbiyə etmək mədəniyyətidi.

Əvvəl zəngləşərdik və yaxud da təsadüfdən görüşərdik, məclislərdə qarşılaşardıq. Amma buna baxmayaraq, o həmişə televiziyada olduğundan imzasını, simasını görmək, xüsusilə Dövlət Televiziyasında xeyli müddət özünün idarə etdiyi, layihə müəllifi olduğu "Xoş gəlmisən" verilişi, həmçinin "Gənclik" studiyasının təqdimatları onu bizim evin əzizi etmişdi... mənim ürəyimin sakininə çevrilmişdi. Sonra həyat elə gətirdi ki, Bəxtiyar Qaraca yazılı mediaya qayıtdı. İndi onu demək olar ki, hər gün görürəm. Onda Azərbaycan Televiziyasında idi, indi isə "Azərbaycan" qəzetində. Gah dəhlizdə qarşılaşırıq, gah bir-birimizin iş otağında. Hər dəfə də şəxsən mən onu ilk dəfə gördüyüm səmimiyyətlə görürəm, ilk dəfə mənə göstərdiyi münasibətdə qarşıma çıxır. Hələ də təsəvvür edə bilmirəm ki, insan bu qədər sabit və öz içində özünə dayanıqlı ola bilər. Axı adətən doğamalaşdıqca, dostlaşdıqca bir sadələşmə, bir vərdiş yaranır. Ancaq mən bunu Bəxtiyar Qaracanın münasibətində bugünə qədər görməmişəm. Onunla hər qarşılaşmağım, hər görüşüm bir növü ilkinlikdi, başlanğıca qayıdışdı - istər verdiyi suallar, istər bildirdiyi münasibətlər... Demək olar ki, hər şey təzədi. Bircə köhnə olan diqqətdi!

Mənim oxucum yəqin ki, bilir, bütün həyatım boyu diqqət xəstəsi olmuşam. Tanıdığım, sevdiyim, güvəndiyim, insanlığını hiss etdiyim hər kəsdən yeganə umacağım diqqət olubdu. Allahımdan o qədər razıyam ki, o məni həmişə dostlarımın diqqət mərkəzində saxlayıb. Məncə, bunun özü böyük hərflərlə yazılmağa layiq xoşbəxtlikdi. Bax, bu mənada içimdə olan adamların sırasında yeri olan, daha doğrusu, yerini özü qazanmış Bəxtiyar Qaraca məni xoşbəxt edən dostlarımdan biridi. Və düşünürəm ki, bu dostluğun, bu xoşbəxtliyin yaşı da, ömrü də təkcə bizim yaşımızla, ömrümüzlə deyil, bizdən sonrakı davamçıların yaşında, ömründə öz əksini tapacaqdı!..

P.S. Həyatımda qəribə məqamlar çox olub. Amma mən onları yalnız içimdə olan adamlarla bölüşmüşəm. Bu mənada düşüncələrimi bölüşdüyüm, arzularımı deməkdən çəkinmədiyim, hətta bəzən maddi ehtiyacımı da olduğu kimi qarşısında ifadə etdiyim Bəxtiyar Qaraca yəqin ki, mənim bu yazımı olduğu kimi qəbul edəcək. Onun qüsurunu da, nöqsanını da, gerçək üzünü də. Ən azından ona görə ki, o, yazımda vurğuladığım Bəxtiyar Qaracadı! Görək sonra... Yaxşı olacaq.





İmza:

YAZARIN ARXİVİ

2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-08-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK