hacklink Adalet.az | ÇƏRÇİVƏ Adalet.az | ÇƏRÇİVƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ÇƏRÇİVƏ

26024    |   2008-06-14 00:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

axKöhnə iş yerimdən iki-üç illik qəzet dəstini özümlə götürmüşəm. Bu dünyanın dərdlərini, sitəmlərini unutmaq istəyəndə qəzetləri qabağıma tökür, saralmış vərəqləri çevirdikcə özümü təkrar-təkrar o illərin qoynunda hiss edirəm. Səhifələrdəki imzaların, şəkillərin çoxu tanışdı mənə. Bəzilərini indi də görürəm. O zamankı məktəblilər indi ortayaşlıdılar, ortayaşlılarsa bu gün artıq ahıl sayılırlar. Həyatda heç nə sabit deyil - hər şey dəyişir. Formasını da, məzmununu da. O zaman tamam başqa ovqatda yazılar hazırlamaq tələb olunurdu, desəm, yeni bir fikir söyləmiş sayılmaram. Əgər o yazılarımızdakı sürət və vüsət həqiqətən həyatımızda da, gördüyümüz işlərdə də olsaydı, kommunizmin al bayrağı çoxdan Comolonqumada dalğalanırdı. Elə buradaca dərindən köks ötürüb " Eh... Olan oldu, keçən keçdi" demək istəyirsən. Özünü üzməyin nə mənası var? Axar suya ikinci dəfə ayağını batıra bilməzsən...
   Dedim ki, ən çox ürəyim dolanda, köhnə əyyamlarçın qəribsəyəndə bir zamanlar mühüm işlər görmüş, bu günsə artıq ömrünü başa vurub arxivlərə verilən bu qəzetləri vərəqləyirəm. Həm də ciddi yazılar deyil, daha çox yumorlu, əyləncəli yazılar axtarıram. İstəyirəm maraqlı bir şey tapıb oxuyum, fikrim dağılsın. Əyləncəli olmasa da, bir məqalə diqqətimi çəkir. Kənd məktəbində riyaziyyat müəllimi işləyən birisi 13 rəqəminin nəhsliyi haqqında maraqlı faktları toplayıb redaksiyaya göndərmişdi bir zaman. Yazının "Riyaziyyat və din" rubrikasında dərc olunması mütaliənin dadını qaçırsa da, onu çox iştahla bir də oxuyuram...
   Müəllif əvvəlcə 13 rəqəminə aid edilən nəhsliyin haradan gəldiyini izah edir. Rəvayətə görə, İsa Məsihin 12 şagirdi olub və həmin şagirdlər İsaya oxşayırmışlar. Buna görə də İsanın düşmənləri onu ələ almaqda çox çətinlik çəkirmişlər. Bir gün şagirdlər yığışarkən necə olursa oturanların sayı 13 olur. Qəflətən peyda olan 13-cü şagird İsaya xain çıxır və onun vasitəsilə "Allahın övladı"nı öldürürlər. Məhz bu rəvayətə görə 13 rəqəmini nəhs adlandırmışlar.
   Bu məqalə 13 rəqəminin bədbəxtlik rəmzi olması barədə müxtəliv qəzet və jurnallarda, hətta o zamanlar kitabça şəklində buraxılan təqvim vərəqlərinin arxasında oxuduqlarımı yadıma saldı... Məsələn, qədim yəhudilər 13 rəqəmini "M" hərfi ilə göstərirdilər. Onlarda "M" hərfi ölüm ("mem") mənasında işlənirdi. Buna görə də yəhudilər 13 adamın bir yerə yığışmasını ölüm və ya bədbəxtliyin yaxınlaşması əlaməti kimi sayırdılar. Hətta belə bir əhvalat da olubmuş: öz şəkər zavodu üçün İngiltərədən maşın sifariş edən sahibkar stol arxasında oturanların sayının 13 olduğunu görüb müəyyən bir bəhanə ilə oradan durub getmişdir.
   Bəzi ölkələrdə gəmidə 13 nömrəli kayutu və yataqxanalarda eyni nömrəli otağı tutmağa ehtiyat edirlər. Ona görə də həmin ölkələrdə indi də 13 rəqəmli kayutlara rast gəlmək mümkün deyil. İnqilabdan əvvəl Peterburqda ilk tramvay xətti işə salınan zaman çar hökuməti 12-ci marşrutun ardınca dərhal 14-cünü nömrələmişdi. Çünki hökumət Peterburq əhalisinin 13 nömrəli tramvayda gedəcəyinə əmin deyildi. 13 nömrənin xofu idmançılara da sirayət eləmişdi. Futbolçuların bəzisi həmin nömrə altında meydançaya çıxmağa ehtiyat edirdilər...
   Niyə insanlar ellikcə bir fikrin ardınca getməyə bu qədər meyllidirlər?! Üstəlik çoxlarının ayrıca uğurlu saydığı rəqəmlər, hətta əşyalar da mövcuddu. Tələbəlikdə qızlar arasında belə söhbətlərin tez-tez şahidi olurdum: "Sən öz qələmini mənə ver, keçən dəfə onunla yazmışdım, "beş" aldım", "Filan paltarım mənə düşür, sabah imtahana onu geyinəcəm" və s. Bütün bu vərdişlər bəlkə də özlüyündə maraqlıdı və yaxud hələ dərk edə bilmədiyimiz mistik bir anlamı var. Ancaq əsl həqiqət budur ki, bu sınamalar yığılıb bir vərdiş halına keçir və zaman keçdikcə biz bu komplekslərdən xilas ola bilmirik. Kimi qabağına it, pişik çıxmasını, kimi qonşusunun uğurlu-uğursuz rastlaşmasını, kimi də ona pul, pay verənin əlinin ağır və ya yüngül olmasını sınayır. Mən özüm də bu sınaqların bəzilərindən xilas ola bilmirəm. Məsələn, mən tək səbirdən qorxuram. Ailəlikcə bizə düşmür. Çox zaman məni lağa qoyub deyirlər: "Heç inanmaq olmur ki, sən belə avam şeylərə inanırsan". Çox istəyirəm bu fikirdən qaçam, uzaqlaşam, amma neyləyim ki, xilas ola bilmirəm.
   Nədən qorxuruq bu qədər? Görəsən, insan taleyinə təsir edən bu əlamətlər varlıqlarını özləri sübut ediblər, yoxsa biz qorxudan onları yaratmışıq? Gündəlik həyatımızda baş verənlərə diqqətlə yanaşdıqda, saf-çürük elədikdə görürsən ki, doğrudan da, qarşıda bizi gözləyən uğurlu və uğursuz olaylardan xəbərdar edən qüvvələr var. Elə həssas insanlar var ki, onlar baş verəcək hər şeyi, bütün olacaqları duyurlar və bu üzdən çox iztirablar çəkirlər. Deyim ki, belələrinin vəziyyəti qətiyyən qibtə ediləcək deyil.
   Hər bir işdə olduğu kimi, bu məsələdə də "inqilabçı"lar var. Yenə də başıbəlalı 13 rəqəmindən başlayaq. 1970-ci ildə Meksikada keçirilən dünya birinciliyində SSRİ yığma komandasının heyətində olan məşhur qapıçı Lev Yaşin 13 nömrəli idi. Lakin Meksikada onun bu nömrə ilə çıxış etməsinə icazə vermədilər. Bu vəziyyət düz 30 il davam elədi. Portuqaliya futbolçusu Eysebio isə öz xatirələrində belə yazır; "Dünya birinciliyi uğrunda keçirilən oyunların biri iyulun 13-də oldu və mən 13-cü nömrə ilə çıxış elədim. Bizim komanda həmin oyunda qələbə qazandı".
   1969-cu il yanvarın 25-də dörd sovet təyyarəçi-kosmonavtı - Şatalov, Volınov, Xrunov və Yeliseyevlə görüşə həsr olunmuş mətbuat konfransında müxbirlərdən birinin "Sizə 13-cü uçmaq nəsib olmuşdur. Deyilənə görə, bu rəqəm nəhsdir. Bu barədə nə deyə bilərsiniz?" sualına Şatalov belə cavab vermişdi: "Gördüyünüz kimi, mən sizin qarşınızda tribunada dayanmışam. Bu isə mənim üçün xoşbəxtlikdir".
   Rəqəmlərin uğurlu-uğursuz olmasından söz düşəndə ağlımıza gələn ilk rəqəm 13 olduğuna görə bu yazıda ona çox yer ayırdım. Əslində isə nəfəsimiz yetənəcən saya bildiyimiz rəqəmlər ömrümüzün ayrılmaz hissəsidir. Rəqəmlər heç də quru, darıxdırıcı deyil, romantik və duyğusaldılar. Onların köməyilə keçmişə də, gələcəyə də səyahət edə bilirik. Rəqəmlər bizə xatirələrlə yaşamaqda, xəyallar qurmaqda kömək edir... On-on iki il bundan əvvəl evim iş yerimdən xeyli uzaqdı. İkitərəfli asfalt yolun qırağındakı səkiynən gedib-gələkən sağa-sola şütüyən maşınların arasında ağ rəngli "Niva"ya gözüm sataşanda qəribə bir həyəcan bürüyürdü məni. Məsələ burasındaydı ki, bu maşının nömrəsindəki sonuncu rəqəm 622 idi və hər dəfə bu rəqəmi görəndə anlaşılmaz bir duyğu məni rahat buraxmırdı. Günlər, aylar keçirdi, mənimsə həyəcanım ötüb keçmirdi. Bir gün qəfildən hər şeyi anladım: Axı, mən tələbəlikdə 622-ci qrupda oxumuşdum və nədənsə bu rəqəmi heç yadıma salmırdım...Və bu sınıq-salxaq "Niva" onu mənim yadıma saldı... Ev telefonumun nmrəsi mənzilin əvvəlki sahibinin doğum tarixidi. O da bir vaxt mənim indi işlədiyim idarədə işləyirmiş. İşçilərin evinə telefon çəkilib nömrə paylananda xahiş edib ki, ona məhz bu nömrəni versinlər. Keçən il ilk rəqəmlərin üstünə 5 rəqəmini gəldilər və min doqquz yüz neçənci ildə doğulan o adamın təvəllüd tarixi dönüb oldu altı min doqquz yüz neçənci il. Deyirlər insan bir neçə dəfə dünyaya gəlir. Bəlkə həmin şəxs də düz beş min il sonra bir də bu gözəl-göyçək dünyaya təşrif buyuracaq... Mistikadı, ancaq olduqca şirin bir xəyaldı...
   Qibtə ediləsi o kəslərdi ki, heç bir nəsnəni vecinə də almadan öz ömrünü yaşayır. Heç nədən qorxmadan, heç nəyi sınamadan ömrün hər gününün, hər saatının dadını çıxarır. Bunu isə hamımız bacarmırıq. Sınaqların, ehtimalların, gümanların dalınca qoşa-qoşa vaxt itiririk, ömür çürüdürük. Bu sətirləri yazıram və düşünürəm ki, çərçivəyə salınıb divardan asılan şəkillərin məni nədən darıxdırdığını niyə indiyədək anlamamışam. Bayaqdan bəri yazdıqlarım da elə bu fikrə gəlib çatmaq üçün bir vasitə idi. Hamımız 4 rəqəminin əsiriyik. Dörd divarlı, dörd künclü çərçivənin. Çıxa bilmirik içindən. Bir tərəfdən cəmiyyətin yaratdığı çərçivə, bir tərəfdən də özümüzün içimizdə hördüyümüz, qala divarları kimi ucaltdığımız çərçivələr... İkinci daha dəhşətlidi. Bağa qınından, ilbiz balıqqulağından boylanan kimi boylanırıq içimizdən. Ömrümüzün cəmi iki nöqtədən ibarət olduğunu unuduruq. Başlanğıc və son nöqtədən. Və bu nöqtələr də elə rəqəmlərdən ibarətdi. Başlandığımız nöqtəni bizə deyiblər. Qurtaracağımızı isə təkcə Tanrı bilir. Bəs, bizə nə qalır? Çərçivəsiz bir ömür sürmək... Bacarırıqmı? Sualın cavabı hər kəsin öz bildiyi kimidi...


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK