viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | DÜNYA, MƏRHƏMƏTLİ OL!.. Adalet.az | DÜNYA, MƏRHƏMƏTLİ OL!.. Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

DÜNYA, MƏRHƏMƏTLİ OL!..

21885    |   2008-05-31 01:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gecə yarıdan xeyli keçib. Saat 2-yə, 3-əcən sağa-sola şütüyən maşınların, dəstə-dəstə küçələri dolaşıb uşağı-böyüyü vecinə almadan şaqqanaq çəkib gülüşən oğlanların da səsi çoxdan kəsilib. Üst mərtəbədəki gəlinin mənzili başına götürən şap-şapları da dincə qoyulub. Nə bir meh əsir, nə bir yarpaq xışıldayır. İşıqları da söndürüblər, deyəsən. Pəncərəmə elə qatı qaranlıq çöküb ki, göydə Ay-ulduzun görünüb-görünmədiyini deyə bilmərəm. İlin bütün fəsillərində gecənin istənilən saatında binamızın ətrafındakı ağacları bir-bir gəzib eyni notda nəğmə oxuyan adını bilmədiyim quş da səsini kəsib hansı budaqdasa mürgüləyir indi... Elə bil yaşadığımız dünyanı kainatdan ayırıb gecəsi-gündüzü bilinməyən zamansız, yad bir aləmə atıblar. İnsan özünü o qədər tənha, atılmış, unudulmuş hiss edir ki, bir də sabahın açılacağına, yenə gün doğub aləmi nura boyayacağına, hər şeyin əskisi kimi olacağına inanmağın gəlmir... Ancaq ola bilməz. Dünya birdən-birə məhvərindən qopa bilməz...
   Birdən... Mənzillərin hansındasa uşaq ağlayır... Elə qışqırır ki, sanki adamları dünyanı belə yiyəsiz, səssiz-səmirsiz qoyduqlarına görə danlayır... Yox, ya qarnı, ya qulağı ağrıyır, ya da sadəcə qarnı acdı... Hər nəysə, dünya bu çığırtıya bəndmiş elə bil. Ən azından anasını və o evdəkiləri oyatdı. Ətrafda hər şey nəfəs alıb dirçəldi. Bu səsdən pəncərəmdəki qaranlıq əridi, göy üzündə sayrışan ulduzlar da bir az aşağı enib şirin-şirin göz qırpdılar. Ağacların başı yelləndi, budaqlar tərpəndi, yarpaqlar pıçıldadı. Dünya özünə qayıtdı, Əli Kərim demişkən, kainat sahmana düşdü. O naməlum quş da çimir eləməmiş quş yuxusundan ayıldı, daha ürəklə həmişəki nəğməsini oxumağa başladı... Mən elə bilirdim dünyamızın keşiyini səf-səf ordular çəkir. Ölüm saçan raketləri balış kimi başının altına qoyub mürgüləyən dünyamızı qoruyan sənin süd qoxuyan nəfəsinmiş, körpəm mənim... Sən məni də özümə qaytardın. Səsin eşidilməyincə dünya necə də dəhşətliydi, bilirsənmi?!.
   
   ***
   
   Bu günə çox yaxşı ad qoyublar: Uşaqları Beynəlxalq müdafiə günü! Uşaqlar, doğrudan da, müdafiəsizdi, köməksizdi, özünü pisliklərdən, təcavüzdən qorumaq gücündə deyil. Amma niyə bir gün?! Hər gün, hər saat, hər dəqiqə qorunmalı, əzizlənməli, nəvazişlərlə əhatələnməlidi uşaqlar. Biz uşaqlarla uşaq ola bilirikmi? Onların saf, təmiz gözlərinə baxıb yuyunmağı, arınmağı bacarırıqmı? Elə bilirik ki, onlardan ötrü hər şeyi edirik. Etmirik. Dünyanı olduğu kimi duyan ağıllarını öz yalanlarımızla çaşdırır, duyğularını aldadırıq. Öz hərəkətlərimizin onların dünyaya ayna kimi açılan saf varlıqlarında necə əks olunduğunun fərqində olmuruq çox zaman. Bizim çəkməmiz gərəkən ağır dərdləri öz kiçik vücudlarına necə yüklədiklərini anlamırıq. Onlar çox şeyləri başa düşürlər - laqeydliyimizi, soyuqluğumuzu, yalanlarımızı...
   Uşağa münasibət xeyli dərəcədə qadına münasibətlə eyniləşir. Qadının azad olmadığı, sevgilərlə əhatələnmədiyi cəmiyyətdə uşaqlar da hər türlü duyğulardan kənarda qalır. Könül əyləndirdiyi qadının, qızın uşaq gözlədiyini anlayan müsəlman kişisi əlüstü ilim-ilim itir. Onu kişi sayıb könül verən, ağrılı-acılı dünyanın bütün gedişlərində yanında görmək istəyən, dağa sığındığını güman edən zərif məxluqu "mentalitet" adıynan meydan sulayan yırtıcı çevrənin ümidinə buraxır. Və bu cəmiyyət də bütün günahları qızın, qadının (o, hətta yetkinlik yaşına çatmasa da) üstünə yıxır. Hətta qadınlar özləri belə öz həmcinslərinin üstünə düşürlər: "Kişiyə nə var ki? Qadın gərək özünü qorusun". Kimdən? Könül verib ümid bağladığı, bundan sonrakı həyatını həmişə paylaşacağını güman elədiyi adamdanmı? Əhsən belə əxlaqa, belə mentalitetə!
   Ən yaxşı halda (?) uşaq dünyaya gətirilmir, bu da alınmadıqda hələ ana bətnindəykən təzyiqlərə məruz qalan uşaq ya şikəst, ya da eybəcər doğulur. Üçüncü halda sapsağlam doğulub... atılır. Yetimxanalarımız da bu gün özünüreklamın ən ucuz bazarıdı... Mən bir həqiqət tanıyıram: dünyaya gətirilən qorunmalıdı! Dünyaya gələn yaşamalıdı! Özü də necə lazımdısa, eləcə! Bunu qəbul etməyənlər özlərini insan saymamalıdırlar!
   Bütün yetimlər, kimsəsizlər nağıllarımızdakı kimi çoxbilmiş, kələkbaz olmurlar. Azman divi aldadan Cırtdan uşaqlarımızda özünə inamı nə qədər artırsa da, böyüdükcə hər addımbaşı həyatın sərtlikləriynən üzləşirlər. Qavroşlar, kozettalar təkcə uzaq-uzaq ölkələrdə deyil, bizim də dörd bir yanımızdadılar. Tağı Şahbazi Simurqun "Qayçı" hekayəsindəki, Mir Cəlalın "Bir gəncin manifesti" romanındakı uşaqların Sovet dönəmində ağ günə çıxdıqlarını sanırdıq. Çingiz Aytmatovun "Ağ gəmi", Əkrəm Əylislinin "Tənha narın nağılı" povestlərindəki uşaqlar ki, bizim "ideal" cəmiyyətimizdə yaşayırdılar. Babaların, nənələrin, xalaların, bibilərin, bəzən də tamam yadların ümidinə qalan uşaqlara necə sahib çıxırıq? Ümumiyyətlə, sahib çıxırıqmı? Yaşına görə yaşlanmış, baxışları mənalanmış, gözləri yol çəkən uşaqları seyr etməkdən ağır kədər varmı? Onun o bapbalaca yumruğu boyda ürəyini qüssəylə doldurub şişirtmək olarmı? Yan-yörəsindəki yekəbaşların, dünyaya cibinin, qarnının gözlüyündən baxan ikiayaqlı yırtıcıların çərlətdiyi kiçik, sovunmasız varlıq ("Ağ gəmi") özünü sulara vurur, balıqlara qoşulub Ağ gəmiyə çatmaq istəyir. Ağ gəmi onun təsəvvüründə qayğısız, sevgi və nəvazişlə dolu bir uşaq dünyasıdı. Hələ onun özünə həyan bildiyi əsgər haqqında xəyalları... İlahi, uşaq da intihar edərmi?! Uşaq kədərini, kimsəsizliyini bunca təsvir edən ikinci bir əsər tanımıram. Hələ bu kişiyə Nobel mükafatı verilməsi üçün ortaya söhbət də atırlar. Nəyinə gərəkmiş. Minnəti olsun Nobelin... Baş tutsa bundan ancaq mükafat şöhrətlənəcək!
   
   ***
   
   Kənddə böyümüşəm. Nə qədər ailə tanıyırdım ki, oğlanlarına qapı nökəri, qızlarına kəniz, qaravaş kimi baxırdılar. Səhərin gözü açılmamış altından döşəyi çəkib durğuzur, mal-qaranı örüşə aparmağa, bostan suvarmağa, alaq vurmağa, ot biçməyə, həyət-baca süpürməyə göndərirdilər. Kimsə sözümü kəsib deyə bilər ki, burda nə var, uşaqları kiçik yaşdan zəhmətə alışdırmağın nəyi pisdir? Xeyr! Uşaq öz uşaqlığını yaşamalıdı, onsuz da qabaqda çox zəhmət-zillət çəkəcək. Bir də ki, hər şeyin həddini aşdığı yerdə qəddarlıq başlayır...
   Təxminən iyirmi il bundan qabaq rayonumuzun ucqar kəndlərindən birinə möhkəm leysan düşmüşdü. Aran yerində indiyədək görünməmiş o yağışlı gündə çöldə qoyun-quzularını axtaran 12-13 yaşlı oğlan uşağını ildırım vurmuşdu. Oxuduğu məktəbin direktoru danışırdı ki, biz uşağı tapanda ağzıüstə yıxılmışdı, pencəyi hələ tüstülənirdi... Az qala yerlə göyün birləşdiyi həmin saatlarda beş-üç davardan ötrü uşağını çöllüyə göndərən valideyn görəsən, indiyədək öz vicdanını sakitləşdirə bilibmi? Yenə kimsə etiraz edib deyər ki, olacağa çarə yoxdu, ildırım o uşağı elə öz həyətlərində də vura bilərdi. Razılaşmıram. İndiyədək kimisə öz evində ildırım vurmasını eşitməmişəm. Hamını dağda-daşda, çöllükdə ildırım vurur. İnsanlar ev-eşiyi də elə yağışdan, küləkdən, ildırımdan qorunmaq üçün tikmirlərmi? İldırım vurmasaydı da, o uşaq elə havada ən azından sətəlcəm olacaqdı. Hər faciədə qınamalı kimsə, nəsə tapmaq olur və bu qınağımız da tam haqlıdı...
   Qadınlığın ən uca məqamından, ən gözəl halından - hamiləlikdən uşaqları qorumalıyıq. Bu qoruma da ananın özünü qorumaqdan başlayır. Dünyaya gələcək körpənin sağlam, gözəl, ağıllı olmasıyçın nə gərəkirsə etməliyik. Ananın gözləri ancaq gözəlliyə açılmalı, qulağı xoş kəlmələr eşitməli, dili şirin sözlər deməlidi. Könlü istəyəni yeməli, xoş saatlar keçirməlidi. Amma hardan? Hansımız gördük bunu? Zəhərli, tənəli sözlər, ikibaşlı atmacalar, ürəkbulandıran rəftar hansımızdan yan keçdi?!.
   Üstəlik, təşvişli pıçıltılar... "Görəsən, uşaq qızdı, ya oğlan?" Elə burda texnika "köməyimizə çatır"... və biz ilk cinayəti edirik. Tanrıya, yaranışa asiliyimizi, duyğusuzluğumuzu, ağılsızlığımızı ortaya qoyuruq. Nənələrimiz "UZİ"lərsiz də gəlinin rəng-rufundan, nə yemək istəməsindən, qarnının formasından uşağın cinsiyyətini təyin edə bilirdilər və "diaqnoz"ları da həmişə düz çıxırdı. Pərt olanlar da tapılırdı, "qız olsun, əl-ayağı düz olsun" deyənlər də. Qızların çoxluq təşkil etdiyi ailələrdə Bəsti, Qızyetər, Tamam, Qızbəs, Kifayət adları baş alıb gedirdi. Əslində bu kökdən gəlmə deyil, yad təsirlərdən həyatımıza, düşüncəmizə daxil olan naqisliklərdi. Türk ellərində tarixən əksər qızlara Aydan, Günəşdən, ulduzlardan, yağışdan, küləkdən, güldən-çiçəkdən yaranan gözəl-göyçək adlar qoyublar...
   ...O kiçik mələklərdən biri bayaqdan bəri mənimlədi. İş yoldaşım məktəbdən qayıdan balaca qızını yanımda oturdub. "Oturdub" sözünü elə-belə deyirəm. Oturmaq nədi, sanki otağımda nur dolaşır. Əvvəlcə qeydlər elədiyim kiçik kağızların hamısını götürür. Evlərinə aparacaq. Özündən böyük qardaşının da belə kağızlardan xoşu gəlirmiş, sən demə. Sonra bütöv vərəqlərin beş-altısını çantasına yığır. Siyirmədəki ucunda pozan olan qara karandaşla qırmızı yazan qələmim də bundan sonra onun olacaq. Əvəzində öz qələmini mənə vermək istəyir. Götürmürəm, "hamısı sənin olsun" deyirəm. Seyflərin gözlərindəki qovluqlarda, kitablarda nələr olduğunu, nələr yazıldığını bilmək istəyir. Başa salmaq istəsəm də, baxışlarından heç nə anlamadığı bilinir. Hardan anlasın ki? Hardan bilsin ki, sərəncam nədi, əmr nə? Bu sərəncam və əmrlərlə kimisə işə götürür, işdən çıxarır, məzuniyyətə buraxır, ezamiyyətə göndəririk. Mənzil növbəsinə götürür, ev, market, yanacaqdoldurma məntəqəsi, aptek tikmək üçün torpaq veririk. O sərəncamların içərisində icra başçısının deyil, qəddar taleyin imzaladığı hökmlər də var. Övladlığa, qəyyumluğa, himayəyə götürmə, yeimxanalara göndərilmə sərəncamları. Hələ bunları anlayacaq yaşda deyil. Bu mələyin indiki halını qoruya bilsəüdik, keşkə...
   
   ***
   
   Uşaqların yanından laqeyd ötən böyükləri anlaya bilmirəm. Siz heç toz-torpaqla oynayan uşaqların qarayanız, çirkli əllərini ovcunuza alıb onların gözlərinə baxmısınızmı? O parıltının, o duruluğun qarşısında heyrət etmisinizmi? Burnunuza tutub qoxulayın o balaca əlləri. Torpaq qoxusu verir... Torpağımıza, suyumuza, havamıza nə zərər veiririksə, zərbəsi balalarımıza dəyir...
   ...Uzaq-uzaq cəngəlliklərdə yaşayan yarımvəhşi tayfaların yarıçılpaq balalarına tuşlanan güllənin də qabağına sinəmi verməyə hazıram. Təki uşaqların əlləri ancaq torpağa bulaşsın, havadan barıt deyil, süd qoxusu gəlsin. Sən də ey təkcə pəncərəmdən deyil, ürəyimdən də qatı zülməti qovan Körpə, təkcə əllərin ananın sinəsini gəzəndə ağla. Bundan ötrü ağlamağa dəyər!!!


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-08-22
2019-08-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (80%)
“Linfild” (20%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK