Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | KƏNDİMİZƏ DÖNƏK... Adalet.az | KƏNDİMİZƏ DÖNƏK... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

KƏNDİMİZƏ DÖNƏK...

21456    |   2008-05-17 11:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mənim bu "əyalət" sözündən heç xoşum gəlmir. Yenə də, "rayon", "bölgə" desək, bir az yönü bəridi. "Əyalət" deyəndə yadıma çar Rusiyası, Nikolay düşür. Ona görə Nikolay düşür ki, bizim nəslin babaları, nənələri ondan əvvəlki çarları xatırlamırdılar. Ucqarlıq, uzaqlıq, yadlıq ab-havası gizlənir bu sözdə. Hüquqsuz, torpaqsız, əzilən, soyulan zümrə gəlir göz önünə... Hər qurumun siyasi, iqtisadi vəziyyəti əyalətdə daha aydın görünür. Başdan iylənən balığın quyruğu əyalətdə çürüyür...
   İri şəhərlərin, xüsusən paytaxtın qeyri-rəsmi müstəmləkəsi sayılır əyalətlər. Bir millətin övladı deyilsənmiş kimi, soyuqluq, bəyənməzlik, digər tərəfdən pərəstiş, özünü aşağılama halları görünür münasibətlərdə. Rayona gələn vəzifəlilər xoruz kimi dartınır, paytaxtda tanınmayan, sayılmayan fonoqramistlər özlərini Hollivud ulduzlarının yerinə qoyurlar.
   Şəhərliyçin kənd, rayon adamı umacaq yeri, sağmal inəkdi. Payını verib, çox zaman da, qapıdan qayıtmalıdı-harada gecələyir gecələsin. Rayonlu da özünü həmişə şəhərliyə borclu bilir. Ondan ötrü şəhərli tanış və ya qonaq fəxarət mənbəyidi. Şəhərdən qonağı gələni kənddə barmaqnan göstərərlər. Şəhərli də həmişə kəndin "yaxşı vaxtları"nda təşrif buyurar. Bağ-bostanın bəhərli, meyvə-tərəvəzin bol çağında, cücələrin, hinduşkaların sayıldığı payızda, ətliyə bağlanan düyənin, erkəyin kəsilən vədəsində. Amma bu qonaqpərvərlər şəhərdə "kəndçi" rişxəndinin daşıyıcısı, oturuşunu-duruşunu, sözünün-söhbətinin yerini bilməyəndi. Kişiləri zığ, peyin, arvadları ağartı, his iyi vurandı...
   Kənd uşağı gözünü açandan günəbaxan kimi üzü şəhərə boy atır. Günlərin birində oxumaq adıynan kənddən çıxıb şəhərə gedir, üç-dörd ay keçməmiş ləhcəsini də dəyişir, əkinçi, maldar ata-babasını tanımaq belə istəmir. Gözü yolda qoyub gəldiyi su sonasını şəhərin ən çirkin qızına belə dəyişməyə hazırdı. Amma nə edir-etsin, şəhər qızlarının gözündə "çuşkadı ki, çuşka"... Bəzən ailəlilər də yaraşıqlı ev-eşiyini, geniş həyət-bacasını, şər-şəraitini qoyub şəhərin zirzəmilərində yaşamağı üstün tutur. Desinlər molla tacir olub, kişinin oğlu şəhərlidi...
   Bizim ümumi psixologiyamızdı bu. Bəlkə də dünyanın çox xalqlarında bu kimi hallar yaşanır. Biz gərək başqa işlərimiz kimi, bunda da birinciliyi əldən verməyək, axı... Belə elədik, Bakını Bakılıqdan çıxartdıq. Daha rayon mərkəzlərindən fərqi qalmayıb. Biz tələbə olanda mikrorayonlar beş-on ildi ki, salınmışdı. Geniş yolları, küçələri vardı. Yol qırağında əkilmiş ağacların çoxu hələ özünü tutmamışdı. Havası da təmizdi, adamları da daha mədəni, xoş rəftarlıydı. İndi oralara baxanda adamın ürəyi darıxır.O zamanlar müsəlman ölkələrinin çəkdikləri filmlərdə belə dükan-bazarı görərdik. Yönümüz Avropaya olsa da, müsəlman ölkələrinin qarmaqarışıq şəhər görüntüsünü paytaxtımıza köçürmüşük... Keçmişini itirdilər, gələcəyini də Allah bilir... Belə getsə, elə bəndələr də biləcək. Nə ondandı, nə bundan. Burda deyiblər ey, dad yarımçıq əlindən...
   
   ***
   
   Adamdan soruşarlar: kəndi bəyənməyən oğlan, niyə mağaralar kimi yeməkxanalar tikdirir, əyləncə, istirahət mərkəzlərində kəndin ekzotik mənzərəsini yaradırsan? Bir tərəfdə ot tayaları, araba təkərləri, kiçik su arxları, üstündən miniatür körpülər, o biri tərəfdə nehrə, mis səhəng, qazan, sini, məcməyi, aftafa-ləyən... Bu nədir? Nəyi reklam edirsən? Bəlkə bunlar da Avropaya məxsusdur? Bəs, onda öz kəndinə niyə arxa çevirmisən? Bilirsən, el arasında buna nə deyirlər? Atamı öldürmüşəm, goruna and içməyə...
   Ölkənin bu qədər rəsmi və qeyri-rəsmi qəzet-jurnalları kənd həyatından bir dənə də olsun sanballı yazı vermir. Verilən xəbərlər də ya suda boğulandandı, ya özünü asandan, ya da evi yanandan. Vəssəlam. Elə bilirsiniz, Sovet dövründəki o şirin oçerkləri, zarisovkaları indi yazmaq olmaz? Ya da bu yazıları oxuyan tapılmayacaq? Əksinə, indi kəndlərimizdə daha mühüm işlər görülür. O dövrdə dediyimiz yeni dünya, əslində, indi qurulur.
   
   ***
   
   Yox, deyəsən, işartılar var... Ötən həftə oxuduğum bir yazı... Bir yazı niyə? Nadir Bədəlovun "Ədalət" qəzetində (03 may 2008-ci il) "Qızılqayanı örtən buludlar" adlı məqaləsində gözlərimin axtardığı bir sürü fikirlər oxudum, ruhu təzələyən lövhələr tapdım. Deyəsən, şəhərin hay-küyündən, boğucu havasından, göylərin qoynundakı Ayı, ulduzları görünməz edən göydələnlərindən qaçıb özünü bir kənd yerinə verən Nadir müəllim gördüklərini təkcə fotoaparata deyil, gözünə, könlünə də yığmağa çalışıb. Könülsüz-könülsüz geri qayıdanda... "Kənddən çıxanda qadınlar, qızlar şır-şır axan bulağın qarşısındakı meydançada xalça-palaz yuyurdu. Onların içində ən fəal, işlək, güclü, sağlam, hündür, uzunsaçlı gənc qız bir an dönüb maşına baxdı. Bu baxış hər bir kişiyə tanışdır. Bu baxış min illərin o başından gətirib yadına salır ki, sən kişisən. Ona davam gətirmək olmur. Az sonra qız bir də dönüb maşına baxdı. Elə mən də, heç olmasa, on il bundan cavan olsaydım, bəlkə düşüb maşındakılarla xudahafizləşər, ömürlük burda qalardım. İndi isə belə məqamda "lənət şeytana" deyib yola davam edirlər. Maşın əyri yolla burulub aşağı düşəndə boylanıb geri, artıq yuxarı tərəfə baxdım. Uzunsaç qız artıq bizi unudub öz işləri ilə məşğuldu. İndi o, iki baxış arasındakı müddətdə o biri qızların səhvlərini düzəldirdi..."
   Bravo, Nadir müəllim! Nə vaxtsa bir kişinin qələmindən belə cümlələrin süzüləcəyini gözləyirdim. Bütün dəyərlərin, zövqlərin bayağılaşdığı, kişilərin gözəllik deyil, çılpaqlıq axtardığı, cərrahiyyə stolundan qalxmış silikon döşlü, dodaqlı, tatirovka qaşlı, calaq telli "gözəl"lərin dalınca qoşduğu bu günümüzdə kənd gözəlinə ünvanlanmış sözlərinizi oxuyarkən başdan-başa tikanlıq bitirmiş çöllərdən bir dəstə zərif, ətirli çiçək toplayırmış kimi sandım özümü. O gözəllərin iki addımlığında yaşayanlar, bir damın altında ömür sürüb böyründə yatanlar çoxdan unudublar siz deyən min illərin kişilik duyğularını. Mən fiziki yaxınlıqdan deyil, əsl ürək çırpıntılarından danışıram. Kimsə böyürdən deyə bilər ki, onları qınamalı deyil, gün-güzəranın çətinliyi həssas nöqtələrini dondurub, iflic edib adamların. Amma insanlar bu duyğuları elə o gün-güzəran qayğılarının fövqünə qaldırsaydılar, çox pislikləri, darıxdırıcı, cansıxıcı nəsnələri yendirə bilərdilər.
   Və o da mənə aydın oldu ki, hər azərbaycanlı kişinin içində bir Cahandar ağa yaşayır...
   
   ***
   
   Öz duyğularım kimi əminəm: həmin an Nadir müəllim ikinci dəfə dünyaya gəlməyi və o ömrü də elə məhz həmin kənddə yaşamağı istərdi. Bu istək mənə o qədər doğmadı ki,.. Bir yox, bir neçə dəfə dünyaya gəlmək istərdim. Bilirsinizmi niyə görə? Çox xoşladığım, həmişə xəyalı ilə yaşadığım bir neçə məkanın xətrinə. Yoxsa, dünyada maraqlı nə var ki,... Bir ömrümü Şamaxıda, ata-babalarımın su qıtlığından tərk etməli olduqları, nənələrimin laylalarından, oxşamalarından düşməyən, allı-güllü çəmənləri, yaylaqları yiyəsiz qalan dağ kəndimizdə yaşayardım. İkinci ömrümü Dərbənddə keçirərdim. Bir dəfə də ayağım dəyməyən, qalalarının, divarlarının ekran görüntülərini həsrətlə gözlərimə yığdığım Dəmirqapı Dərbənddə ömür sürmək əsl bəxtəvərlik olardı mənimçin... Bu şərtlə ki, bir də dünyaya çar pyotrlar gəlməyə...
   Bir ömrümü də Təbrizdə yaşayardım. Bu istəyi məndə oxuduğum kitablardan, eşitdiyim söhbətlərdən də çox Akif İslamzadənin "Qaragilə"si oyadıb. Təbrizin dolanbadolan küçələrini gəzər, yorulanda da Qaragilə deyilən o gözəllə baş-başa verib itirilən torpaqlarımız, qərib ellərimizçin doyunca ağlardıq. Ağlardıq... və bir gün meydana atılıb göz yaşlarımızı siləcək igidlərçin Təbriz güllərindən dəstə tutardıq...
   Qarşıda hələ bir ömrüm də var. Onu mütləq Şuşada yaşayacağam!!!
   
   ***
   
   Bir soruşan yoxdu: özün niyə kəndinə dönmürsən? Əslində ayrıldığım gündən kəndimizə yol gedirəm mən. Bir də, kəndimizdə yaşasam, onu bu qədər sevmərəm ki,.. Dilimizin başqa çalarında bu yazının adı "Özümüzə dönək..." anlamını verir. Fərqi nədir ki,.. Özünə dönmək, özündə yaşamaq elə kəndinə dönmək, kəndində yaşamaqdı...
   Nadir müəllimin yazısı çox tərpətdi, çox irəlilərə apardı məni. Bir də ayılanda qəlbimi nigarançılıq qarışıq məyusluq çulğadı: Görəsən, Nadir müəllim bu sözləri ürəkdən deyir, yoxsa çoxları kimi, o da yazdığı kimi deyil?! Sualıma elə onun öz sözlərində cavab tapıram. Bir yazısında dediyi kimi: Hər şeyin düzünü Allah bilir...


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-10-17
2019-10-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK