Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Qardaşıq, planetimiz ayrı... Adalet.az | Qardaşıq, planetimiz ayrı... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Qardaşıq, planetimiz ayrı...

Yadplanetlilər məni niyə transfer edə bilmədilər?

24133    |   2008-02-23 00:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Futbol azarkeşləri yaxşı bilirlər ki, "transfer pəncərəsi" bağlanmaq üzrədir. Yəni bir klubun hansısa komandanın futbolçusunda gözü varsa, onu bu ərəfədə öz heyətinə qata bilər. Yoxsa sonra gec olacaq. "Transfer pəncərəsi" bağlandısa FİFA prezidenti Jozef Blatter də futbolçunu başqa kluba göndərə bilməz.
   
   "Transfer pəncərəsi" təsadüfən yadıma düşmədi. Müsəlmanın sözü olmasın, o gün dörd dost, dörd yoldaş dörd araqlıq oturmuşduq. Etiketinin üstündə Rusiyada istehsal olunduğu yazılan arağı Zabratda necə düzəltmişdilərsə səhərəcən narahat yatdım. Bu azmış kimi səhərə yaxın əcaib-qəraib yuxu gördüm. Gördüm ki...
   
   Axşam işdən evə qayıdıram. Qarşıdakı tindən çıxan dörd nəfər yolumu kəsir. Kamali-ədəblə salamlaşır, deyirlər ki, bəs biz başqa planetdən gəlmişik. Əvvəlcə inanmıram. Deyirəm ki, gedin iş-gücünüzlə məşğul olun, belə də yadplanetli olar? Bəs sizin başınızdakı antena-filan hanı? Onlar da söz altda qalmırlar, gülə-gülə deyirlər ki, başı antenalı yadplanetlilər keçmişdə qaldılar. İndi biz tərəflərdə heç kim başında antena-filan gəzdirmir. Nə isə, dedim, sizə nə kömək edə bilərəm? Xətkeşlə ölçüblər kimi hamısı eyni boyda olan həmin dörd başqaplanetlilər bir-birləri ilə məsləhətləşib deyirlər ki, səni biz yaşayan yerlərə transfer etməyə gəlmişik, şərtlərimiz də yaxşıdır.
   
   Cin vurur təpəmə, nə transfer, nə başqa planetə getmək, bunlar nə danışır, mənim oralarda nə işim var? Sizcə Ronaldoya Bərdənin ABN komandasına gəlmək təklif edilsə onun sifətindən nələri oxumaq olar? Mənim də sifətimdə təqribən həmin ifadəni oxumaq mümkün idi.
   
   Lənət sənə, kor şeytan deyib onların şərtinə qulaq asıram. Zalım balaları fasilə bilmədən danışırlar. Qızıldan dağlar, gümüşdən bağlar vəd edirlər. Görürəm ki, dayanmaq istəmirlər, əlacsız qalıb sözlərini kəsirəm. Bu dəfə mən dil boğaza qoymuram. O qədər sual yağdırıram ki, yadplanetlilər buralara gəldiklərinə peşman olurlar. Əlacsız qalıb suallarıma cavab verirlər. z aramızdı, gəlmə olsalar da qabiliyyətli idilər. Bir sualımı da cavabsız qoymadılar.
   
   Nə isə, ayaqüstü, lakin uzun sürən tanışlıqdan sonra məlum olur ki, oralarda hamı avtobusa ancaq dayanacaqda minir, avtobusdan yalnız dayanacaqda düşür. Onların avtobuslarında "Ciblərinizi, çantalarınızı və mobil telefonlarınızı cibgirlərdən qoruyun!" elanı vurulmur. Sürücü siqaret çəkib səni səhər tezdən hissə vermir, avtobusun maqnitafonunda gic-gic sözləri, əttökən musiqisi olan mahnılar oxutdurmur.
   
   Yadplanetlilərin cavablarından belə anlaşıldı ki, onlar əvvəllcə küçəni qazıb kommunikasiya xəttlərini keçirirlər, sonra isə asfalt çəkirlər. Oradakı insanların çox qəribə xasiyyətləri var. Yazıqlar mobil telefondan istifadəni də düz-əməlli bacarmırlar, teatr binasına, konsert zalına daxil olunca telefonlarını söndürürlər. Zalda işıqlar sönən kimi heykələ dönüb yerlərində oturub heç yana tərpənmirlər. Məktəbə, təhsilə fikir vermirlər. Uşaqlardan biri də məktəbə pərdə pulu aparmır ki, məktəbin direktoru sinif otaqlarını abıra salsın, bir şagird süpürgə pulu vermir ki, otaqları silib-süpürsünlər. Belə məktəblərdə oxuyan uşaqların gələcəyi necə olacaq?
   
   Məhləmizə gələn yadplanetlilərin suallarıma cavablarından elə anladım ki, onlar heç torpaqlarını qorumağı da bacarmırlar. Belə də iş olar? Əsgər komandirinə mobil telefon üçün danışıq kartı almır, cib xərcliyi vermir. Mən ki, hesablayıram, yaxın iki-üç aya onların torpağı işğal olunacaq. Tamam başqa planetdən gəlib onların ərazisini tutacaqlar.
   
   Nə başınızı ağrıdım, onların təklifi ilə razlaşmadım. Mədəni şəkildə yadplanetlilərə çatdırıram ki, transferim üçün milyon dollar da versəniz sizinlə oralara gedən deyiləm. Belə maraqsız ölkədə adamın ürəyi partlayar. Bizim məmləkətə çatan olmaz. Ona görə də buralarda qalmaq əladı. Dedim, inciməyin, qardaşıq, planetimiz ayrı. Onlar da çıxıb gedirlər.
   
   Elə bu vaxt yuxudan ayıldım. Deyəsən, onlara yox cavabı verməklə səhv etmişəm.
   
   Məni bağışlamaq olarmı?


YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK