ANA SƏHİFƏ / YAZARLAR

Qoy Şakira gəlsin...

Amma əri bilməsin

42169    |   2014-10-25 01:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ukraynadakıların bəxti son dövrlər heç gətirmir. Nənələrimiz demişkən, qaraçuxaları yatıb. Neçə vaxtdır ki, ruslar onların gəmisinə minib bosmanla dalaşır, aləmi bir-birinə vururlar. Hələ üstəlik ukraynalıları da borculu çıxarırlar, deyirlər ki, istəsək Kiyevi də öz ərazimizə qatarıq. Bu azmış kimi, Avropanın bəzi başbilənləri də Ukraynanı barmağına dolayıblar, əvvəl vəd verib oyuna salıblar, indi də sözlərinin arxasında durmurlar.
Bir yandan da bizim "Qarabağ" ukraynalılara böyük zərbə vurdu, Avroliqanın qrup mərhələsində Dnepropetrovsk şəhərinin "Dnepr" klubunu məğlub elədi, özü də Kiyevin mərkəzində. Hələ mənə ağdamlı Muarem Muaremin gecənin o vədəsində hamımızı ayağa qaldırıb özünün isə səcdəyə getməsini demirəm.
Qurban Qurbanovun və onun cəsur döyüşçülərinin hər qələbəsi bizi sevindirir. Bu öz yerində, lakin məni bir məsələ son günlər yaman narahat eləyir. Berti Foqts "asta qaçan namərddir" - deyib istefa verəndən sonra futbol üzrə millimizin düşdüyü acınacaqlı vəziyyət məni doyunca sevinməyə qoymur. Tanrı heç bir yığmanı baş məşqçisiz qoymasın.
İndi AFFA, yəni Berti Foqtsu futbolumuza pərçim edən təşkilat küsüb gedən alman məşqçinin yerinə kadr axtarır. Bu vəzifəyə gündə bir adamın adı hallanır, səhər yazıb, axşam təkzib edirlər. Amma fakt odur ki, indi millimizin baş məşqçisi yoxdu, alman Foqtsun azərbaycanlı köməkçisi Mahmud Qurbanov bu vəzifəni müvəqqəti icra edir. Say-seçmə futbolçularımıza baş məşqçi olacaq adam isə axtarılır. Ötən dəfə seçəndə barmağı bala batan AFFA bu dəfə görək nə qərar verəcək. Belə götürəndə, həlli mümkün olmayan məsələ deyil. Bu gün dünyada bircə Ebola virusuna çarə yoxdu.
Azərbaycanın futbol üzrə milli komandası hamımızın olduğundan hər birimiz baş məşqçi axtarışında iştirak edə bilərik. Mən də, sən də, nə isə, bu, hamımızın görəvi sayılır. Şəxsən mən axtardığımı tapmışam və ümid edirəm ki, Foqtsun yerinə tapdığım namizəd hamının ürəyindən olacaq. Elə namizədə görə kim sevinməz, kim...
Kürəyimi çoxillik azarkeş təcrübəmə söykəyib əminliklə namizədimin adını açıqlayıram. Bu, müğənni Şakiradı, gözəllər gözəli Şakira! Hamı bilir ki, AFFA milimizin baş məşqçi postunu onsuz da Ağasəlim Mircavadova, Vaqif Sadıqova, Nazim Süleymanova etibar edəsi deyil, Şahin Diniyevin də məsələsi yəqin ki, müzakirə olunmur. AFFA-nın fikrincə, Azərbaycan futbolçularına əcnəbi baş məşqçi göstəriş verməlidi, özü də həmin xarici məşhur futbol mütəxəssisi olmalıdı.
Tamam, tamam, anladıq. Olsun AFFA deyən. Bəs mən nə deyirəm ki? Şakira məşhur deyil bəyəm? Kolumbiya əsilli bu gözəlçəni dünyanın hər yerində, hətta Antarktida da tanıyırlar, sevirlər. Düzdü, mənin namizəd kimi təklif etdiyim Şakiranın futbol sahəsində sanballı uğurları yoxdu, ən azından alman Berti Foqts kimi Dünya və Avropa çempionu olmayıb. Lakin bu o demək deyil ki, Şakiranın futbolla bağlılığı yoxdu. Milyonlarla fanatı olan Şakira xanımın əri ünlü futbolçu Pike bəydi. Əgər Şakira "Barselona"nın oyunlarını bu klubun məşqçi korpusu və ehtiyat futbolçular üçün ayrılmış yerdən izləyə bilirsə, nədən millimizə rəhbərlik etməsin?
Əgər biz Şakiranı baş məşqçi gətirə bilsək, say məsələsini də həll etmiş olacağıq. Şakiranın stadionlarda, meydanlarda hər çıxışının milyonlarla insanın izlədiyini nəzərə alsaq, millimizin oyunlarına gəlmək üçün azarkeşlər arasında əməlli-başlı mübarizə gedəcəyinə əmin ola bilərsiz. Deməli, biz bir güllə ilə iki dovşan vurmuş oluruq.
Fikrimcə, bu məsələni çox da uzatmağa ehtiyac yoxdu, çünki Berti Foqtsun bu illər ərzində yaman günə qoyduğu millimizdə çoxlu görüləsi işlər var. Qarşıdakı şənbə, bazar günlərini yola verib, bazar ertəsindən Şakira ilə bazarlığa başlamaq lazımdı. Özü də AFFA dünya şöhrətli Şakira ilə sövdələşməni xəlvətcə aparmalı və sonda gözəlçəni razı salmağı bacarmalıdı. Amma futbol qurumumuz elə etməlidi ki, Şakiranın əri Pike bilməsin. Hər halda, ortada qeyrət məsələsi var axı...






YAZARIN ARXİVİ

2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (25%)
İşdə (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK