hacklink Adalet.az | CƏHƏNNƏMDƏN GƏLƏN VAR Adalet.az | CƏHƏNNƏMDƏN GƏLƏN VAR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

CƏHƏNNƏMDƏN GƏLƏN VAR

26759    |   2007-08-25 06:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Qapını zərblə çırpıb otaqdan çıxdı. Otağın sahibi heç nə olmamış kimi səsinin tonunu qaldıraraq:
   
   - edirsən cəhənnəmə get. uya durub dalınca yüyürüb buna minnətçi düşəcəm- dedi.
   
   Sanki qapını çırpan elə bu sözü gözləyirdi. Qapı bir də açıldı və o, yenə əvvəlki əsəbiylə dedi:
   
   - Bu cənnət məmləkəti cəhənnəmə çevirən elə sizin kimilərdi...
   
   Bu söhbətin bir neçə gün öncə şahidi olmuşam. Qapısını döydüyüm məmurlardan biri ona üz tutmuş şikayətçini bax beləcə yola salırdı. Açığı, əvvəl fikirləşdim ki, uğursuz bir məqamda gəlmişəm, necə deyərlər, naxışım gətirməyib. Qanqaraçılıq üstə gəlib çıxmışam, amma sonra dərindən fikirləşəndə gördüm ki, bu cür hallar hər gün və özü də müxtəlif idarə və təşkilatlarda, müxtəlif səviyyələrdə baş verir.
   
   Elə baş verənlərin adiliyi, ötəri olması az qala bizi özünə o qədər bağlayıb, öz təsir dairəsinə o qədər daxil edib ki, mobil telefonların operatorlarının dediyi kimi, əhatə dairəsindən çıxa bilməmişik. Və düşünmüşük ki, elə yəqin belə də olmalıymış. Baş verənlər həyatın bir anı, bir çaları, bir faktıdır. Bəs niyə baş verir? Onu isə düşünmürük və yaxud da düşünmək istəmirik. Məhz sonuncu hadisədən sonra sözün həqiqi mənasında cəhənnəmlə cənnətin bu qədər bir-birinin içərisində olduğunu, bir-birinə qaynayıb-qarışdığının fərqinə vardım. ördüm ki...
   
   Dünyanın böyük söz adamlarından tutmuş siyasi fiqurlarına qədər istər ötən əsrlərdə, istərsə də bu gün Azərbaycan haqqında söylədiklərini göz önünə gətirəndə ilk öncə yada bu məmləkətə cənnət yarlığı vurulması gəlir. Baxıb görürsən ki, Dümadan tutmuş Süleyman Rüstəmə qədər hər kəs Azərbaycanı cənnət hesab edir və hətta Süleyman Rüstəm hayqıraraq deyib ki, "Cənnət görmək istəyən Azərbaycana gəlsin!" Həqiqətən də təbiətini, coğrafiyasını, yeraltı, yerüstü sərvətlərini sadalayanda, xatırlayanda və yaxud da görüb kitabdan-dəftərdən oxuyanda, televizyondan seyr edəndə bu məmləkətin başdan-başa cənnət olmasına heç bir şübhə qalmır. Doğrudur, din xadimləri bu məsələyə bir az ayrı cür yanaşırlar və mənim də onlarla heç bir mübahisəm yoxdur və ən vacibi də odur ki, mən insanların xoş gününü elə onların cənnətdə olması kimi qəbul edirəm. İstəyir beş gün olsun, istəyir beş il, istəyir bir an. Yəni o içərisində olduğun xoşbəxt an elə sənin cənnətin huri-mələklərinin dizinin dibində oturub xurma ilə mey nuş etməyinə bərabərdir. Hər halda bu mənim düşüncəmdir. Qayıdaq mövzumuza.
   
   Hər yerdə olduğu kimi, Azərbaycanın ictimai-siyasi həyatının elə bir sahəsi yoxdur ki, əlini "Quran"a basıb and içəsən ki, burada bütün kadrlar yerindədir, bütün işlər də yağ kimi gedir. İstər səhiyyə olsun, istər təhsil, istər ordu olsun, istər polis. İstər dövlətin digər qurumları. Mütləq bir yaxşının, bir kamil insanın yanında bir qaba, bir nadan kök salıb sığınıb onun kölgəsinə. Səni xoş üzlə qarşılayıb halına yanıb problemini çözməyə çalışıb yola salmaq istəyəndə həmin o qaba, o nadan çıxır önünə. Qalırsan cənnətlə cəhənnəmin arasında. Bax onda düşünürsən ki, gözü şagirdin ovcunda, fikri əsgərin cibində və yaxud vətəndaşın əta edəcəyi nəmənədə olan müəllim, həkim, məmur, hissə komandiri, polis rəisi, prokuror və sair və ilaxır niyə bu qədər acgözlük edir? Axı o, Azərbaycan adlı bir cənnətdə yaşayır. Niyə özünün bu hərəkətiylə, bu "ayı xidmətiylə" cənnəti cəhənnəmə çevirir? Ümumiyyətlə, bu haqqı ona kim verib? Söhbət Tanrının yaratdığından gedirsə, mən inanmıram ki və heç ağlıma da gətirmirəm ki, böyük yaradan insanların bir-birinə bu cür zülm etməsi üçün kiməsə cənnət haqqı, kiməsə cəhənnəm haqqı vermiş olsun. Yəni cənnətdə oturub cənnəti cəhənnəmə çevirmək heç kimin imtiyazında deyil. Biz bunu dərk edirikmi? Etmiriksə, bəs niyə?
   
   Şahidi olduğum hadisə mənim iç dünyamı silkələsə də, amma özümüzün də nə qədər günahkar olduğumuzu düşünmək zorunda qaldım. Düşündüm ki, bizim mütiliyimiz, bizim haqqımızı qoruya bilməməyimiz və o haqqı bəzən qorumaqdan çox, tələb etməkdən çox satın almaq istəyimiz elə həmin o cənnəti cəhənnəmə çevirənlərin quyusuna su tökmək kimi bir şeydi. Özümüz öz günahlarımızı, öz səhvlərimizi görmədən, onu aradan qaldırmaq uğrunda savaşa çıxmadan cəhənnəmi qəbul edirik...
   
   ... Səhər evdən çıxanda o qədər söz tapşırdılar ki, başımı itirdim. Və öz-özümə dedim ki, əşi, bu cəhənnəm əzabından nə vaxt qurtaracağam? Və bir anlıq duruxdum, cənnətdə olub cəhənnəmə çevirdiyimiz həyatdan qurtulmağın bir yolu var...
   
   P.S. Qəbiristanlığa meyit aparırlar və mollaya sataşmaq üçün soruşurlar:
   
   - Molla, sən bilərsən, tabutun önündə getmək doğrudur, yoxsa arxasınca?
   
   Molla da məsələnin nə yerdə olduğunu anladığından fikirləşmədən cavab verir:
   
   - Harda gedirsən get, təki içində getmə.
   
   Yəqin başa düşdünüz...


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK