Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ARİFİ NƏLƏR AĞRIDIR Adalet.az | ARİFİ NƏLƏR AĞRIDIR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ARİFİ NƏLƏR AĞRIDIR

(xatirə dəftərindən )

14518    |   2007-08-11 03:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xalq yaradıcılığının mühüm qollarından biri olan aşıq poeziyası, aşıq sənəti el içində həmişə sevilib və xüsusi rəğbətlə qarşılanıb. Bu sənətin Qurbani,Tufarqanlı, Aşıq Ələsgər, Aşıq Hüseyn Bozalqanlı, Aşıq Şəmşir kimi görkəmli nümayəndələri hər zaman xalq ruhunun əsl tərcümanı olmuşlar. İbrətamiz fikirlərin, lirik duyğuların sadə, təbii ifadəsi aşıq poeziyasını güclü və həmişəyaşar edən əsas cəhətlərdəndir. Bəzən aşıq ədəbiyyatına, saz melodiyasına kampaniya xarakterli hücumlar, bəzən də əksinə, həddən ziyadə aludəçilik cəhdi onun cəmiyyətdə, xüsusən gənclər arasında əhəmiyyətli yer tutmasına əngəl törədir. Elə aşıqlar da olub ki, vətən torpağına, el-obaya həqiqi aşiqlikləri unudub rəhbər vəzifəliləri, günlük hadisələri vəsf etməklə ad çıxarıblar. Aşıq sənətinin məzmunu və şəkli dəyişən dövrlərdə onun təsiri və əhəmiyyəti də xeyli azalıb. Oxuduqları ürəkdən yox, boğazdan gəldiyi üçün səslənənlər, söylənənlər eşidənlərin qulağını dəlsə də qəlbinə yol tapmayıb. Onların müasir aşıq ədəbiyyatı kimi təqdim olunan yazıları çap edilsə də, səhnədə, efirdə səslənsə də ağlı başında olanlar tərəfindən bəyənilməyib. Aşıqlıq "aşiqləri" bəzi rəsmi təltiflər alsalar da xalqın məhəbbətini qazanmayıblar. Bəs aşıqdan tələb olunan nədir? Aşıq necə olmalıdır? Bu suala fərqli zamanlarda fərqli cavablar verilib. Məncə, ən dəqiq və dəyərli səslənən fikir böyük ustad Aşıq Ələsgərindir. Onun bu gün də çox müasir və aktual səslənən dəyərləndirməsinə görə, öz deyimiylə desək, aşıq gərək:
   
   
   
   Xalqa həqiqətdən mətləb qandıra,
   
   Şeytanı öldürə, nəfsin yandıra,
   
   El içində pak otura, pak dura,
   
   Dalısınca xoş sədalı gərəkdir.
   
   
   
   Aşıq sənətiylə bağlı bəzi fikirlərimi təsadüfən paylaşmadım. Mən bu yazıda otuz illik bir xatirəmi oxucularla bölüşmək istədim.
   
   
   
   VURĞUNUN VURĞUNLARI
   
   YUBİLEYƏ HAZIRLAŞIRDI
   
   
   
   1976-cı ildə qüdrətli şairimiz, böyük vətəndaşımız Səməd Vurğunun anadan olmasının 70 illiyi təntənəylə qeyd olunacaqdı. Bu ərəfədə respublikanın hər yerində müxtəlif tədbirlər keçirilirdi. Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi Fəqan Əliyev məni yanına çağırıb yubileylə bağlı komsomolun tədbirlər planının layihəsini bir də nəzərdən keçirdı. Dedi ki, plana baxıram, hər şey var: görüşlər, sərgilər, mühazirələr, əsərlərin müzakirəsi. Amma bütün bunlarla yanaşı, elə bir tədbir keçirməliyik ki, bütün respublikaya səs salsın, xalq tərəfindən rəğbətlə qarşılansın. Sən şair oğlusan. zü də sizin ailənin Səməd Vurğuna xüsusi rəğbəti olduğu hamıya bəllidir. Yaxşı-yaxşı fikirləş, yazıçılarla da məsləhətləş və təklifini iki gün içində mənə bildir.
   
   1969-cu ilin iyulunda Heydər Əliyev respublikaya rəhbərlik etməyə başlayandan sonra gənclərə diqqət xeyli artmışdı. Hər sahədə gənc kadrlara üstünlük verilir, yaradıcı düşüncə tərzi, təşkilatçılıq qabiliyyəti, iti təfəkkürü olan insanlar irəli çəkilirdi. O illərdə Komsomolun Mərkəzi Komitəsi istedadlı gəncləri, sənət adamlarını öz ətrafina toplaya bilmışdi. Onların arasında Anar, Elçin, Cabir Novruz, Fikrət Qoca, Məmməd İsmayıl, Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli, Ramiz Quliyev, Fuad Salayev, Firəngiz Əlizadə, Amalya Pənahova, Fidan, Xuraman Qasımova bacıları, Arif Hüseynov, Arif Əzizov kimi gənc simalar vardı. Hər il mütəmadi olaraq respublika səviyyəsində müsabiqələr, festivallar,sərgilər keçirilərdi. "Oxu tar", "Çal-oyna", "Qızıl payız", "İstedadlar axtarırıq", "Bədii qiraət ustası" müsabiqələri, yaradıcı gənclərin Zuğulba, Zaqatala seminarları gözəl nəticələr verirdi. İndi məşhurlaşan bir cox incəsənət xadimi məhz o zaman sənət aləminə vəsiqə almışdı.
   
   Biz tanınmış ziyalılarımızla, yaradıcı fəallarımızla yubiley tədbirləri ilə bağlı məsləhətləşdik. Müxtəlif fikirlər səsləndi. Amma çox götür-qoydan sonra belə qərara gəldik ki, Səməd Vurğunun 70 illiyi ərəfəsində gənc aşıqların birinci respublika müsabiqəsi keçirilsə yerinə düşər. Bu, həm də qədim xalq sənətimizin təbliği olar, gənclərin saza-sözə marağını artırar. Təklif üst səviyyələrdə də razılıqla qarşılandı. Təşkilat komitəsi yaradıldı, münsiflər heyətinin tərkibi müəyyənləşdi. Müsabiqəni Bakıda deyil, Qazaxda keçirmək qərara alındı. Tədbir həqiqətən yüksək səviyyədə hazırlanmışdı. Xeyli qonaq çağırılmışdı. Qonşu respublikalardan nümayəndələr dəvət edilmişdi. Münsiflər heyətinə görkəmli şairimiz Hüseyn Hüseynzadə rəhbərlik edirdi. (Hüseyn Arif - E.B.) Fəxri sədr isə ağsaqqalımız Aşıq Şəmşir idi. Bu ixtiyar sənətkarın tədbirdə iştirakı hamını ruhlandırmışdı. Təəssüf ki, o vaxt videokamera yox idi. Azərbaycan Dövlət Televiziyasının "Xəbərlər" proqramı üçün 16 millimetrlik siyah-bəyaz kinolentə çəkilən operativ süjetlər yəqin ki, çoxdan it-bat olub. Həmin tədbirdən qalan yalnız mətbuatda yazılan xəbərlər, məlumatlar, xatirələr, çəkilən fotoşəkillər, bir də iştirakçıların yaddaşında solmayan təəssüratlardır.
   
   Gənc aşıqların müsabiqəsinin keçirilməsində ən fəal iştirak edən ziyalılarımızdan biri Hüseyn müəllim idi. Belə bir tədbiri o, çoxdan arzulayırdı. Bu haqda dəfələrlə söhbətimiz olmuşdu. Aşıq sənətinin gələcək inkişafına diqqət yetirməsək qiymətli sazımız təsadüfi adamların, söz dəllallarının əlındə qəymətini itirər, sənət aləminə soxulmuş işbazların əlində adicə qazanc alətinə çevrilər, xalqın dilmancı vəzifəsi unudular. Buna diqqət yetirmək, lazım gəlsə, həyəcan təbili çalmaq lazımdır. Qoşmalar, gəraylılar, təcnislər, nağıl və dastanlar unudulmamalı,yeni məzmun kəsb etməli, müasirləşməli, inkişaf etdirilməlidir. Komsomolun yaradıcı gənclərlə bağlı tədbirlərində Hüseyn müəllim həmişə fəal iştirak edərdi. Təbii, səmimi yalansız, riyasız, boyasız insanı - böyük istedad sahibini cavanlar çox sevərdi, şəxsiyyətinə, şair sözünə hörmətlə yanaşardı. Aşıq ədəbiyyatına, musiqisinə məhəbbət isə onun qanında, canında olduğu üçün ərafındakılara sevdirməyi də hamıdan yaxşı bacarardı. Amma, əfsuslar olsun ki, həyatında bəlkə də ən böyük zərbə məhz həmin müsabiqə keçirilən günlərdə ona dəydi.
   
   
   
   
   
   SƏN SAYDIĞINI SAY...
   
   
   
   O axşam Səməd Vurğun adına sovxozda müsabiqə iştirakçılarının şərəfinə ziyafət verilirdi. Ərklə Hüseyn qağa deyə müraciət etdiyimiz doğma şairimiz öz sinə dəftərini açmışdı. Səməd Vurğunla bağlı xatirələrini söyləyirdi, aşıq sənətinin müqəddəsliyindən, əsl aşıq sözünün hər zaman yüksək məna kəsb etdiyindən şövqlə danışırdı. Ara-sıra şer oxumağı da unutmurdu. O, çox şən və nəşəliydi. Bu arada kimsə mənə yaxınlaşıb dedi ki, Bakıdan zəng vurub Hüseyn müəllimi istəyiblər. Onu təcili raykoma çağırırlar. Maşın qapıda gözləyir. Onu necə xəbərdar edək? Soruşdum ki, xeyir ola, kişi şer deyir, heç olmasa, qoy sözünü tamamlasın. Qağa hökumət adamı deyil, rəsmi vəzifəsi yoxdu. Onu axşam vaxtı təcili olaraq kim axtara bilər? Sözünü bitirəndən sonra Hüseyn müəllimə raykoma çağırıldığını dedik. O, özü də buna təəccübləndi. Zarafatla dedi ki, bəlkə raykomdakılar da axşam vaxtı məndən şer eşitmək istəyirlər və "Qartalla söhbət" in son bəndini söyləyib maşına tərəf yollandı.
   
   
   
   Minnətçi olmadım həyatımda mən,
   
   Oldumsa, üzümə aşkara deyin.
   
   Bircə xahişim var, pələngi sirkdən
   
   Hüseyni iclasdan azad eyləyin.
   
   
   
   Bunu eşidənlər gülüşdülər və şairi alqışlarla yola saldılar. Hüseyn müəllim, bizimlə vidalaşmadan maşına minib raykoma getdi. Tezliklə qayıdacağını zənn edirdi. Elə də oldu. Telefonla danışdı və təcili qayıtdı... Amma bizim yanımıza yox, birbaşa Bakıya... Oğlu Arif avtomobil qəzasına uğramışdı. Ona telefonda demişdilər ki, zədələnıb, xəstəxanadadır. O anda Allahdan oğluna şəfa diləyən, ümidlə Bakıya yollanan Hüseyn müəllimin də, şairin şirin söhbətlərinin davamını gözləyən məclis iştirakçılarının da baş vermiş faciənin acı nəticəsindən xəbəri yox idi. Arif dünyasını dəyişmişdi. Əslində bu dərd valideyn üçün daşınası yük deyildi. İncə təbiətli, həssas qəlbli şair üçün, Hüseyn müəllim kimi təbiətin özü qədər saf bir insan üçün bu, daha ağır zərbə idi . Nə yazıq ki, olan olmuşdu. Dözməkdən başqa çarə qalmamışdı. Artıq bu yükü qəlbində gəzdirmək onun tale yazısı olacaqdı. O, bəlalı yazıyla barışmaq istəmirdi . Amma əlinə qələm alıb onu redaktə də edə bilməzdi. Məncə, o günlərdə Hüseyn müəllim özü də asanlıqla dünyasını dəyişə bilərdi, amma bu fani dünyanı heç cür dəyişəmməzdi. Bunu dərk edən andan Hüseyn Hüseynzadə adlı şair daha yox idi. Az sonra onun yaradıcılıq yolunu davam edəcək, qəlbindəki dağıdıcı sarsıntılara sinə gərən Hüseyn Arif meydana çıxacaqdı...
   
   
   
   Məktub yetişdi
   
   
   
   Sonralar da Hüseyn müəllimlə ara-sıra görüşərdik, səmimi söhbətləşərdik. Hər dəfə mənə gənclik illərindən maraqlı xatirələr danışardı. Həmişə deyərdi ki, atan Adilin də başı cox bəlalar çəkib. Yazıq erkən getdi. Səni ata dərdi yandırır, məni oğul dərdi.
   
   Bir səhər iş otağımda telefonum zəng çaldı. Dəstəyi qaldırdım.
   
    - Oğul, salam.
   
    - Salam.
   
    -Mənəm. Hüseyn qağan. Ordasansa indi gəlirəm yanına. On beş dəqiqəyə aşağı düşsən yaxşı olar.
   
   Mən o zaman Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin mədəniyyət şöbəsində işləyirdim. Bilavasitə Mədəniyyət Nazirliyi, yaradıcı təşkilatlarla əlaqəli idim. Az sonra aparatın yaxınlığındakı bağda görüşdük. Bir-birimizdən hal-əhval tutduq. O mənə bir zərf verdi. Dedi ki, indi lazım deyil, otağa qalxanda açıb oxuyarsan. Elə düşündüm ki, rəhbərliyə ünvanlanan ərizə, yaxud şikayət məktubudur. Əlbəəl mənə verir ki, ünvanına tez çatsın. Soruşdum ki, istəyiniz nədir, bir problemmi var? Dedi, yox ey. Narahat olma, heç bir problem yoxdur. Mənim şikayətim zəmanədəndir, ona da sizin idarədə baxmırlar. Məktubu heç kimə vermə, özün oxu. Yazılan sənə aiddir. Bu sözlərdən sonra biruzə verməsəm də lap nigaran qaldım. İş otağıma çatmağımı gözləmədim. Liftə girər-girməz zərfi açdım. Gördüm ki, içində bir şer var. Mənə ithaf edildiyi diqqətimi çəkdi. Oxuyub yaman həyəcanlandım. Otağıma gəlib "Ay oğul" adlı üç bəndlik şeri yenə təkrar-təkrar oxudum. Hüseyn müəllimə zəng elədim. Hələ evə çatmamışdı. Onu axşam tapa bildim. Minnətdarlığımı söylədim. Hər ikimiz kövrəldik, heç nə deyə bilmədik. Şerin səmimiyyəti, misralardakı həyəcan ikimizi də kiritmişdi. Bəzən insanlar sözsüz də danışa bilirlər. Hüseyn qağa şeri bir daha dilə gətirməklə telefon dəstəyindəki sükutu pozdu. Həmin anda deməyə başqa söz çətin ki, tapılaydı. O səs, o ifadə tərzi hələ də qulağımdan getməyib.
   
   
   
   
   
   AY OĞUL
   
   
   
   ( Əziz Etibar üçün )
   
   
   
   
   
   tən çağımı düşünək,
   
   Gələn çağımı, ay oğul?
   
   Möhnət solumu qurudub,
   
   Həsrət sağımı, ay oğul.
   
   
   
   Bəxt ulduzu axdı ömrün,
   
   Ümidini yaxdı ömrün,
   
   Qarasımı çoxdu ömrün,
   
   Görən, ağımı, ay oğul?
   
   
   
   Arifi nələr ağrıdır,
   
   Eniş çətin, yoxuş ağır,
   
   Ata dağımı ağırdır,
   
   Oğul dağımı, ay oğul?..
   
   
   
   Hüseyn muəllim hər görəndə bu sualı mənə verərdi: Ata dağımı ağırdır, oğul dağımı? O, bu sualın cavabının sorağındaydı. Ata üçün bala itkisindən böyük ağrı-acı varmı görən? Tale ona elə dağ çəkmişdi ki, aylar, illər ötsə də onu unutdura bilmirdi. Nə yaxşı ki, şair ilhamı onu yalqız buraxmadı. O, yenə də yazırdı, yaradırdı. Qara bəxtinin acılarını çoxlarından gizlətsə də yazı masasının arxasında saatlarla əyləşib bəyaz kağızlarla paylaşardı. Axı, ata dərdiylə yanaşı, şairi bir vətəndaş kimi ağrıdan çox şeylər vardı. Rast gəldiyi haqsızlıqlar onu acıdardı. Sənət aləmini zibilləyən istedadsızların varlığı onu hiddətləndirərdi. Bacarıqlı, qabiliyyətli insanları iş tapmayan görəndə narahatlıq keçirərdi. Cəmiyyətdə adamların yerı səhv düşəndə əsəbləşərdi. O da şair Qabil kimi bu fikirdəydi ki, "müsibət oluruq biz, səhv düşəndə yerimiz". Sosial ədalətsizliklərə, ictimai haqsızlıqlara güclü etiraz hissi, vətənə sevgi, torpağa məhəbbət, insana inam onu xalqin şairi etmişdi. Bir qədər öncə adını çəkdiyim "Qartalla söhbət" şerindən iki bəndi yada salmaq istəyirəm.
   
   
   
   ...Hərə bir tor atıb, bir tələ qurur,
   
   Dəyişir varlığın xilqəti, rəngi.
   
   Qamçıyla oturub, qamçıyla durur,
   
   Qayalar pələngi, daşlar pələngi.
   
   
   
   Necə söyləyəsən yaxına, yada,
   
   Belə oyunlardan kar aşarmı heç?
   
   Tülküylə, çaqqalla bir meydançada
   
   Təlxəklik pələngə yaraşarmı heç?
   
   
   
   Təlxəklik pələngə yaraşmaz, Hüseyn müəllim, heç yaraşmaz. Amma bəzən meydanda tülkülər, çaqqallar elə coxalır ki, pələng təlxəklik etməsə sağ qala bilmir, dönüb pişiyə bənzər olur. Bunu görəndə pişiklər də pələnglik sevdasıyla cövlan etməyə başlayır, yeri gələndə tülkünün, çaqqalın da böyüklüyünü tanıyır. Tülkü də, çaqqal da yaxşı bilirlər ki, bu pişik özünün iddia etdiyi kimi pələng deyil, fəqət, yalan onların işinə yaradığına görə üstünü açmırlar. Qoy hamı elə bilsin ki, "meşələr padşahı" da tülküylə, çaqqalla bir yerdədır, birlikdədir. Amma halva-halva deməklə ağız şirin olmadığı kimi, pişiyə pələng deməklə də dəyişib "meşələr padşahı" olmur. Şair yana-yana deyirdi ki:
   
   
   
   Minnətçi olmadım həyatımda mən,
   
   Oldumsa, üzümə aşkara deyin.
   
   Bircə xahişim var, pələngi sirkdən
   
   Hüseyni iclasdan azad eyləyin.
   
   
   
   Eh, Hüseyn müəllim, Allah sizə rəhmət eləsin. Sirkdə sizin dediyiniz kimi, "qamçıyla oturub, qamçıyla duran" hələ o qədər pələng var ki...
   
   


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK