hacklink Adalet.az | HÖRMƏT(sizlik) Adalet.az | HÖRMƏT(sizlik) Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

HÖRMƏT(sizlik)

24967    |   2007-08-04 10:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu yazı elə-belə yazılmır. Bu yazı əslində elə bir-birimizə hörmətin və (sizliyin) nəticəsidi. Yəni mənim diqtə etdiklərimi bilgisayara köçürən Vüsalə xanım əslində öz işini görməklə yanaşı, həm də bir hörmət, diqqət göstərir. Və beləcə balaca bir kollektivdə bir-birimizə hörmətin, diqqətin sayəsində həm boynumuza düşən yükü səhərisi günə daşıyırıq, həm də ən azı bir-birimizin insan kimi könlünü xoş edirik. Amma...
   
   gəlin əvvəldən başlayaq. Azərbaycanın eni, boyu bəllidi. O cümlədən əhalisinin sayı da, iqtisadi mənzərəsi də, siyasi durumu da. Bax, o bəlli olan bütün cəhətlərin içərisində həmişə nəsə çatmır. Və özü də bu çatmayanın nə olduğunu hamı bilir. Təəssüf ki, hamı da bilə-bilə bu "çatmayanı",bu addım başı ehtiyac duyulanı tapıb yerinə qoymağa, tərtib etməyə iynə ucu boyda da olsa cəhd göstərmir. Bir arxayınçılıq, bir laqeydlik, bir biganəlik, bir dözümlülük nümayiş etdiririk. Sanki elə belə də olmalıdı... O vaxta qədər ki, həmin o addımbaşı yeri görünən, ehtiyac hiss olunan, zəruri sayılan, amma biganəlik göstərdiyimiz bizim özümüzə gərək olur. Bax onda...
   
   Bu balaca Azərbaycanda kim nə istəyir, necə istəyir, nə cür istəyir edir və yaşayır. Necə deyərlər, az qala heç kim heç kimin ərizəsini oxumur. Hətta özünü babat ziyalı hesab edənlər də bu boyda məmləkətdə gündəlik çıxan beş-altı qəzetin oxusa birindən, uzaq başı ikisindən xəbərdar olar. Elə ki, cırtdan bir qəzetdə həmin o babat ziyalının biri haqqında balaca bir cızma-qara işıq üzü gördü, onda aləm qarışır bir-birinə. Qəzeti əl-əl axtarırlar. Adı, ünvanı bilinməyən həmin o qəzeti, onun redaktorunu, yaradıcı, qeyri-yaradıcı kollektivini, bilgisayarından tutmuş, korrektoruna qədər hamısı axtarılır, bir-bir kimin kimsənəsi olduğu araşdırılır, hətta regionu da, kəndi də dəqiqləşdirlir. Beləcə şübhələr, təhqiqatlar davam etdirlir, sonrası da məlum.
   
   Bunu elə-belə xatırlatmadım. Bu faktın özü bizdə hələ ki, adını çəkmədiyim, amma yazının başlığına çıxartdığım əxlaqi keyfiyyətin hansı durumda olduğunu göstərir. Yəni demək istəyirəm ki, ildə bir və ya iki dəfə çıxan qəzetin xırda bir sancması aləmi qatır bir-birinə. Amma gündəlik çıxan, hər şeydən və hər kəsdən yazan, hər şeyə və hər nəyə münasibət bildirən, qapı açan, sayqı göstərən mətbu orqanı isə o cür əlim yandıda axtarılmır. Çünki həmin o gündəlik qəzetdə həmin o babat ziyalını və yaxud məmuru sancmayıblar. Sancsalar yuxarıda göstərdiyim proses bu qəzetin tərkibində də təbii ki, eyni ilə davam etdiriləcək. Bu da öz yerin- də...
   
   Dəfələrlə müşahidə etmişəm. Yəqin hər kəsin də xəbəri var. Bir kəsi cəzalandıran kimi aləm dəyir bir-birinə. İstər iqtidar olsun, istər müxalifət. Bir yaxa cırması başlayır ki, Allah göstərməsin. Amma o cəzalandırılan adamın günahı və yaxud onun bizim çevrəmizdə, gözümüzün qabağında törətdikləri, yolunu çaşması, başqasının haqqını tapdalaması, sayqısızlıq göstərməsi və sairə aylarla, illərlə bizim yanımızda, ətrafımızda, gözümüzün qarşısında baş verir. Heç birimiz dillənmirik, hətta çalışırıq ki, diqqətimizdən kənarda qalsın. Elə ki, həmin o dediyim məqamlar pozulur və kimsə bu məqamları pozanı dayandırır, onda bir etiraz dalğası gəlir. guya biz insan haq-larını, ədaləti qorumağa başlayırıq. Anlaya bilmirəm ki, biz dünənə qədər harada idik? görmürdük o adamın əməllərini?
   
   Ailədə böyüklərdən biri - ya ata, ya ana olmayanda (müxtəlif səbəblərdən) böyük övlad o missiyanı öz üzərinə götürür. Yəni ailə idarə olunur, vay odur ki, ailədə bir başıpozuqluq olsun, heç kim bir-birinin yerini, səlahiyyətini, nə boyda olduğunu bilməsin. Bax, vaynövsə onda qopur. Kollektivdə də belədi. Bu gün biz gündəlik qəzetin yükünü daşıyırıq. Üzərimizə götürdüyümüz bu missiya əslində hər birimizin vəzifə borcu, çörək ağacı olsa da onun icra mexanizmində yenə yazının başlığına çıxartdığım hörmət dayanır. Təəssüf ki, ölkəmizdə olduğu kimi, bu balaca "ölkədə" də bir-birimizə hörmət və diqqət ancaq sözdədi. Və bu yerdə hardasa oxuduğum bir şer misrası yadıma düşür:
   
   - görəsən, biz niyə beləyik?
   
   İnsan ömrünü dini yanaşmayla dəyərləndirsək sanılı gündü. Allahın yazdığı tarix vaxtında öz nöqtəsinə çatır. Əgər bu belədirsə onda bir-birimizə niyə hörmət etmirik. Axı, insanı yaşadan təkcə hava, çörək, su deyil, həm də diqqətdi, sayqıdı. Məşhur filmdə deyildiyi kimi: "Söhbət sosiskada deyil, söhbət vinimatelni olmaqdadı". Bəlkə biz də vinimatelni olaq. Ən azı üzərimizə düşən işə qarşı. Bu iş prosesində bir-birimizə qarşı. Bu yaşadığımız həyatda özümüzə və ətrafımıza qarşı. Vallah, billah mən bundan yaxşı heç nə tanımıram və görmürəm. Onsuz da mən də hamı kimi sanılı bir gün yaşayıram. Və bilirəm ki, dünyada bir rəhmət qalır, bir lənət. Sonuncu bizdən uzaq olsun.
   
   P.S. Diqqətli oxucu yəqin ki, daşın hardan götürüldüyünü hiss etdi. Amma neyləyim ki, mənim şerlərimin birinin də adı "Diqqət"dir. Və ömrüm boyu da çalışmışam ki, heç kimə qarşı diqqətsiz olmayım. Hörmət(sizlik) anlayışı mənim üçün çox önəmlidi. Bu sözü bitişik görmək istəmirəm. Amma həyatda ən böyük amalım bütövlükdü. gəlin hörmətli olaq, diqqətli olaq. Məncə, belə daha yaxşıdı.
   
   


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK