viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | ÖRKƏN Adalet.az | ÖRKƏN Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ÖRKƏN

...Nə qədər uzun olsa...

22933    |   2007-06-13 05:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yazının başlığını oxuyanda yəqin ki, yaşlı adamların fikrinə mütləq artıq zamanın sınağından çıxmış atalar sözümüz düşəcək. Atalarımız da deyib ki":Örkən nə qədər uzun olsa, hərlənib-fırlanıb gəlib doğanaqdan keçəcək". Düşünə bilərsiniz ki, bu məsəlin bu yazıya və yaxud da oxucuya nə dəxli var. Amma heç tələsib eləməyin, səbriniz olsun. Əgər səbriniz olsa, onda özünüz görəcəksiniz ki, məsələnin dolayısıyla yazıya, birbaşa isə içi mən qarışıq oxuculara dəxli var.
   
   Son vaxtlar ölkənin iqtisadi həyatında bazar-dükanla, məişət problemləri ilə, dolanışıqla, bir sözlə yaşamla bağlı bütün məsələlərdə sualların ünvanlandığı bir möhtəşəm qurum var. Onun da adı Tarif Şurasıdır. Marşrutların qiymətinin artmasından tutmuş enerji daşıyıcılarına qədər. Qaz pulundan tutmuş, su puluna qədər, tibbi xidmətdən tutmuş, çörəyə qədər, əkin-biçindən tutmuş ta dəyirmana qədər. Deməli, bax, özünüz gördünüz ki, hara əlimizi uzatdıq orda son dayanacaq nöqtəmiz yenə Tarif Şurası, yenə onun qərarları, yenə onun mövqeyi oldu... ATƏT-in Minsk qrupunun həmsədrləri, eləcə də sədrin şəxsi nümayəndəsi xeyli özünü oda-közə vurandan sonra, yəni yollar yorub özləri yorğun düşüb Yerevanda, Xankəndində, Bakıda nəfəs dərib, təam kəsdikdən sonra axır ki, bir açıqlama verdilər. Və dedilər ki, bu üçbucaq yəni Bakı-Xankəndi-Yerevan əslində çoxbucaqlıdır. Çünki bu üç ünvanın üstünə həmsədrlərin təmsil etdiyi üç ünvanı da gəlsək, sonra ora əlavə etsək İranı, ürcüstanı, Türkiyəni və daha marağı olan Almaniyadan tutmuş İngiltərəyə qədər neçə-neçə dövlətləri, onda görərik ki, həqiqətən məsələ çoxbucaqlıdır. Özünüz də bilirsiniz ki, çoxbucaqlının tərəflərini tapmaq bir az qəliz məsələdir. Və bunu bilmək üçün də baş sındırmağa da ehtiyac yoxdur. Çünki 1988-ci ildən bu günə kimi həmin o bucaqların arasında bilyard şarı kimi Qarabağ problemi qovhaqovdadır. Təbii ki, bu qovhaqov şarın nəhayət hansısa bir yuvaya düşəcəyi ilə nəticələnəcək. Amma hansına, nə vaxt, bu "uzundərə" məsələsidir...
   
   Elmar Məmmədyarov, yəni Azərbaycanın xarici işlər naziri özünün verdiyi açıqlamaya görə, İrana səfərə gedəcək. İran prezidenti də vəd verib ki, Azərbaycana təşrif buyursun. İnşallah, bu iki səfərin ikisi də baş tutar. Amma Xəzərin problemi həll olunub-olunmayacaq, bu başqa bir mövzudur. O mövzudan əvvəl İranın ABŞ-la üzləşdiyi müharibə məsələsi gündəmdə qalır. Olacaq, ya olmayacaq? Yəni ABŞ və ona fitil qoyanlar deyirlər ki, vur. İran da deyir... Nə deyir hamı bilir. Bu da qəliz olsa da, nə vaxtsa siyasi müstəvidə olmasa da döyüş səhnəsində yəqin ki, çözülən məsələdir. Çünki dondurulmuş məsələlər gec-tez əriyir. Yəni doğanaq məsələsi...
   
   Rusiya Qazaxıstan nefti ilə bağlı danışıqlarda istəyinə deyəsən nail oldu. Türkmənistanı da bu işə artıq cəlb eləyib. Düzdür, Amerika hələ də öz dediyini deyir və "Böyük Səkkizlik" Rusiyanı sıxışdırmaq istəyir. Amma Putin də Putindi də. O da özünün gözə görünməyən raketlərinə güvənib bildirir ki, heç oyan-bu yanı yoxdur. Nə səkkizlik, nə doqquzluq... Məndə "pryamoy" 21-dir. Dünyada iki dövlət var, lazım gəlsə birincisi bizik. Hətta Putin Buşa ismarıc da eləyib ki, özü də bizdən soruşub-eləmədən, Qəbələ RLS-i gəl şərikli işlədək. Qəbələ də Afrikadan tutmuş, Avstraliyaya qədər bütün yüksəklikləri nəzarətdə saxlaya bilir. ördüyünüz kimi, Putin nəyə güvəndiyini bizdən yaxşı bilirmiş. Amma o da çox bərk getməsin, örkən məsələsi var...
   
   İki gün öncə bir mərasimə qatılmışdım. Orada Türkiyənin Tarsus vilayətinin bələdiyyə başqanına da, bizim Adil Şirinə də "Vektor" Beynəlxalq Elm Mərkəzinini ödülü təqdim olundu. Təqdimatda Elçin İsgəndərzadə, Vaqif Bəhmənli, Vaqif Yusifli, İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani, Türkiyə Böyük Elçiliyinin təmsilçisi Fəthi bəy ədikli və daha neçə-neçə işıqlı insanlar söz söylədilər. Bütün deyilənlərin mərkəzində istedad, yaradıcılıq, Tanrı vergisi, Vətən sevgisi və xalq dayanırdı. Və dərhal mənim ağlıma gəldi ki, kim hara gedir getsin, kim hardan gəlir gəlsin dəxli yoxdur. Hərlənib-fırlanıb yenə xalqın, yenə vətənin ayağına gələcək. İstər düha olsun, istər adi bir yazar. Amma burda Allahı başımın üstündə görüb bir məqamı qeyd etməliyəm. Allah deyir ki, səndən hərəkət, məndən bərəkət. Verməyəndə vermir. Bu da belə. Sonda mütləq əvvəldə olduğu kimi, yenə də bir məsələ üz tutmalı oluram.
   
   P.S. Qonşu gəlin molladan örkən istəyir. Rəhmətlik də örkəni xoşu gəlməyən qonşusuna verməmək üçün deyir ki:
   
   
   
   - Bağışla, üstünə darı sərmişəm.
   
   Qonşu təəccüblə:
   
   - Bu necə olur?
   
   Molla:
   
   - Bəs, vermirəmi nətəhər deyim.
   
   
   
   P.P.S Biz yazını hardan başlayıb, hara gəldik. Özü də bu elə-belə olmadı. Çünki bu gün istər xarici dövlətlərdə, istər ölkə daxilində Azərbaycanla bağlı hansı iş görülürsə, mütləq örkənin gəlib doğanaqdan keçəcəyini nəzərə almalıdırlar. Çünki bu xalq səbrli, dözümlü olduğu qədər də qəzəblidir. ə


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
SON XƏBƏRLƏR
2019-07-20
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK