Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | SEYMUR BAYCANLA BİR HƏFTƏSONU GÖRÜŞÜ Adalet.az | SEYMUR BAYCANLA BİR HƏFTƏSONU GÖRÜŞÜ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

SEYMUR BAYCANLA BİR HƏFTƏSONU GÖRÜŞÜ

20215    |   2008-02-12 16:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu təklif nə məndən gəldi,nə də Seymur Baycandan. "525-ci qəzet"in yazarı Aydın Bağırov telefon açdı: Tofiq müəllim, Seymur Baycanla sizin tərəflərdə,8-kmdə görüşəcəyik, sizi də dəvət edirik,Seymura da demişəm.Məmnuniyyətlə razı oldu. Bu həftə sonu bir görüş idi.Mənim özüm üçün də maraqlı ola bilərdi,- deyib getdim.Və 8-km qəsəbəsindəki xudmani bir yeməkxanada baş-başa verib söhbətləşdik.Bu görüşdən çox-çox öncə Seymur Baycan Ermənistana getmişdi. (Seymur Ermənistanı artıq su yoluna döndərib va ordan çox məmnun danışır, bu barədə sonra). Ermənistana getməzdən öncə mən bu xəbəri oxudum və tanıdığım bir neçə ziyalı və yazara SEYMUR BAYCAN NƏ İSTƏYİR sualı ilə müraciət etdim və sualdan qabaq bir açıqlama da yazmışdım ki, bəs Seymur Ermənistana yeni səfər eləyir.Siz buna necə baxırsınız?
   
   E-maillə göndərdiyim sualdan təxminən bir ay keçir və onlara bu e-mailin çatıb-çatmadığını bilmirəm, ancaq iki nəfər bu suala cavab göndərmişdi: tənqidçi-yazar Qan Turalı və Almaniyada yaşayan kiçik qardaşım və gözəl yazar Orxan Aras.
   
   ncə Orxan Arasın cavabı:
   
   "Salam
   
   Tofiq bəy necəsiniz?
   
   Bu Seymur Baycan kimdir heç mən tanımıram. Ermənistan??a sefer edib, qelet eləyib... Mən daha heç bir yazısını oxumamışam...
   
   Salam ve hörmətlə..
   
   Orxan".
   
   İndi isə Qan Turalının cavabı:
   
   "Seymur Baycanın nə istədiyini məncə, heç özü də bilmir. Amma mən jurnalistin Ermənistana, hətta Qarabağa getməsinə pis baxmıram. Mənə belə bir təklif olunsa məmnuniyyətlə razı olardım. Bu sırf jurnalist marağından irəli gəlir. Jurnalist üçün belə bir bariyer məncə olmamalıdır.
   
   Amma bir şey də var ki, prezidentlərin danışığı hələ də səmərəsizdirsə "xalq diplomat"larından nəsə gözləmək, ümumiyyətlə, mənasızdır. Onlar kimdirlər ki? Əllərində səlahiyyət yox, vəzifə yox. Bircə Seymur Baycanın əlində qələm var. Onu da qeyd eləyim ki, mən Seymurun Ermənistanla bağlı yazılarını çox maraqla oxumuşam.
   
   Xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu cür səfərlərin sülhü təmin edəcəyi barədəki deyilənlər hamısı uydurmadır. Məncə, Ermənistana gedənlərin özləri bunu desə mümkün qədər az tənqid olunarlar. Yoxsa bizim Seymurdan iraq, elələri var ki, səfərlə bağlı elə yekə bəyanatlar verir ki, elə bil bu, Corc Buşdur, məsələni yerində həll eləmək üçün Qarabağa gedir".
   
   Təbii ki, mən çox təəssüf edirəm ki, sualları göndərdiyim yazarlar mənə cavab göndərmədilər: və bunun səbəbini də özüm üçün izah edə bilmirəm.Ya onlar mənə ciddi yanaşmırlar, ya da Seymur Baycana... Hər iki halda mən qırılmıram və buna görə də heç bir incikliyim də yox.zləri bilərlər.
   
   İşin burası var ki, mən özüm də bu suala çox çətin cavab tapa bilirəm və hətta Seymur Baycanla o yemək süfrəsində dəfələrlə bu sualın üstünə gəlsəm də, ondan vaz keçdim.Vaz keçdim o nədənlə ki, Seymur Baycan mənim sualım olmadan da, o səfərdən danışdı və özü də necə danışdı...
   
   Təbii ki, bu təklif mənə olunsa qəti surətdə getmərəm, amma bu o anlama gəlməsin ki,mən Seymur Baycanın ora getməsinə qəti etiraz edirəm.Yox, bu onun yazar və vətəndaş işidir.Yoxsa, onu göndərən təşkilatın daha birisini tapa bilməmək yolumu, yoxsa Semur Baycan bu səfərlərdə bir şeylər qazanırmı, bunu da mən dəqiq bilmirəm.Amma Seymur Baycan bu səfərlərindən sonra ermənilərdən çox məmnunluqla danışır,onların yazar-çizərlərini çox təqdir edir.Təbii ki,bütün bunlara onun özünə görə, onun prizmasından baxaraq haqq qazandırmağa məcburuq.Seymur mən bilən başqa yol bilmir və o ümid eləyir ki, nə zamansa yenidən bu işlər qaydasına düşəcək və yenə də hər şey güllük-gülüstanlıq olacaq və yenə də biz
   
   Kür, Araz, Ararat
   
   Gözəldir bu həyat
   
   Qardaş olub Hayastan
   
   Azərbaycan
   
   mahnısını oxuyacağıq və burada Seymurun bir çıxış yolu olduğunu düşünməsini mən danmıram. Bəlkə də Seymur bizim millətin qeyrət damarına məndən daha yaxşı bələddir və daha yaxşı bilir ki, bizim millət hər şeyi bağışlamağı bacarır və hər şeyi də tez unudur. Necə ki, bizim görüşümüz yanarın 20-də idi və biz bir restoranda bir yerdə oturmuşduq çörək yeyirdik və söhbət edirdik. Söhbətimiz yenə də deyirəm ki,daha çox Ermənistana Seymurun səfəri ətrafında,onun oralardakı görüşlərindən və oradakı məcəralarından gedirdi. Seymur çox məmnun danışırdı Ermənistandan,onun oralardakı ziyalılarla görüşlərindən.
   
   Məncə, bu məmnun danışılan şeylərdən misal gətirməyə dəyməz.Amma Seymur Baycan danışdıqca mən içimdəki titrətməni heç cür saxalaya bilmirdim.Doğrudur, hava soyuq idi çöldə, amma biz restoranda oturmuşduq və Seymur əynindəki pencəyi belə çıxarmışdı. Və mən düşünürdüm ki,Seymur Ermənistanın baş kəndi Yerevanda necə sakit-sakit gəzirmiş və həmin paytaxtın hansısa bir başqa səmtində bir həbsxanada bizim əsir götürülmüş (diqqət XXI əsrdir) vətəndaşlarımız,ana və bacılarımız,gəlinlərimiz var (şayət verilən məlumatlar doğrusa).Bunu heç də sentimentallıq və ya sömürücü bir yanaşma məqamı olaraq demirəm,bu mənim şəxsi qənaətimdir.
   
   Və Seymur Baycan söhbət əsnasında daha acı bir şey danışdı. Bir erməni yazarla oturub yeyib-içdikləri vaxt kəndlərindən bir insanın başında yaşanan bir yaşam axınını anlatmış və erməni yazarı ağlatmış.Təbii ki,burada içkinin də bir təsiri olması ortada,bunu Seymur Baycan da etiraf edir.Amma azərbaycanlı bir yazarın bir az sarkazmla və lağla danışdığı bir hadisəyə erməni yazarın ağlaması nə qədər təəccüblü olsa da, buna insani tərəfdən normal baxmaq mümkündür, o erməni yazar da bir varlıqdır, içində bir şeylər gizlənib axı.Məhz içki onun içindəki şeyləri üzə çıxarıb.Yoxsa başqa zaman başqa cür olardı bəlkə də...
   
   Seymur Baycanın danışdığı o hekayət həqiqətən bir bədii əsər hadisəsi.Seymur bunu yazmır və ümumiyyətlə, Seymur Azərbaycanda bir qəzetçi,bir yazar olmanın nə dərəcədə düşük olduğunu təəssüflə danışır.Ermənistanda yazarların və qəzetçilərin bizlərdən daha üstün yaşadığını ürək ağrısı ilə qeyd edir.zünün bu ölkədə yazarlıq elədiyinə peşman olduğunu bütün söhbəti boyu təkrar-təkrar vurğulayır.Jurnalsitin 10 manata yazı yazmasının ən faciəvi tərəflərini anlada-anlada içindəki ağrının əzabına dözməyib, hətta çox açıq etiraflar edir.Təbii ki,Seymur bir yazar olaraq bu etirafları etsə də, mənim bunları yazmağa əlim gəlmir, çünki çox acı şeylərdir bunlar.
   
   Seymur bir daha... bir daha... bir daha... Ermənistana getməyə hazırdır və gedəcək də. Onun heç bir siyasi missiyası yox, xarici bir təşkilat ona müraciət edir (hətta bu haqqı da qazanmaq lazımdır) və o da çantasını qoltuğuna vurub gedir, hal-hazırda müharibə şəraitində yaşadığımız bir ölkəyə, yeyib-içir,gəzib-tozur sözün hər mənasında və yeni bir nəfəslə qayıdıb gəlir...
   
   Və yenə də gedəcək...
   
   Gəlib Frunzek Mkrtçyandan,onun kino işlərindən,onun son illərdə çəkdiyi filmlərdən,iqtisadiyyatı yoxsul Ermənistanın jurnalistlərinin yaxşı yaşamalarından yana-yana danışacaq, "on manata yazı yazılmaz"- deyib üsyan edəcək və bir tərəfdən də ümumiyyətlə, bizim ölkəmizdə oxucu olmamasından gileylənəcək.Elə bu acı-acı danışdığı bir məqamda bir nəfər restorana girəcək,yanımızdan keçəndə ayaq saxlayacaq.Salam verəcək,bir ay əvvəl sizin haqqınızda TRT kanalında bir filmə baxdım, siz Tofiq Abdinsiniz,- deyəcək. Mən həmən an öncə Seymur Baycanı, sonra Aydın Bağırovu təqdim edəcəm.Seymur Baycan deyən kimi adamın sifəti dəyişəcək,az qalacaq inanmasın.DEYƏCƏK: Mən sənin bütün yazılarını oxuyuram.Çox sərt yazırsan,çox gözəl yazırsan...
   
   Və sairə... və sairə...
   
   Beləcə, mənim e-mailimə cavab verməyən yazar və ziyalıların acığına bir həftə sonu təsadüfən alınan bir görüşdən qeydlər beləcə bəzi şeyləri aydınlışdırar məncə.Amma yazılmayan, yadda qalan şeylər daha çox oldu bu görüşdə.
   
   
   
   
   
   Seymur Baycanın şeirlərindən
   
   
   
   EVİN TƏK OLU
   
   
   
   - sən onu Rusetə
   
   elə göndərirsən
   
   heç Kərim Kərimov
   
   Yuri Qaqarini
   
   kosmosa
   
   belə göndərməmişdi
   
   Bizim qiymətimiz
   
   
   
   10 QƏPİKLİK KEKS
   
   
   
   Toyuğun bir budu
   
   Yarımçıq kolbasa
   
   nerjavik pomidor
   
   - Orda şokolad da var
   
   - Onu heç qarışqalar da yemir
   
   
   
   EHSAN
   
   
   
   Kişilər itə də tamah salır
   
   atam balası
   
   toyuq,
   
   ördək,
   
   keçi sevən
   
   amma hər kişinin
   
   öləndə kəsilməyə
   
   qara bir inəyə
   
   ehtiyacı var
   
   
   
   HƏRBİ HƏKİMİN TRİBUNALDA ÇIXIŞI
   
   
   
   mənim heç nəyim yox idi
   
   telefonumda konturum
   
   metro kartımda balansım
   
   üçünçü sinifdə oxuyan oğlum
   
   yodum
   
   bintim
   
   spirtim
   
   hətta sonda ölən ümidim
   
   
   
   MR
   
   
   
   bu yol nə uzun çəkdi
   
   bu mahnı nə çox çəkdi
   
   mən nə qədər
   
   siqaret çəkdim
   
   
   
   P.S. şeirləri ayıq başla oxumaq qadağandır!


YAZARIN ARXİVİ

2008-03-20 : FİNİŞ
2007-04-04 : BUQƏLƏMUNLUQ
2007-03-28 : VİDA-2
2007-03-14 : VİDA
2007-02-13 : ?OBURCUBUR YAZI?
2006-12-23 : ONLAR?BUNLAR?
2006-12-16 :
2006-12-15 : ONLAR?BUNLAR?
2006-10-07 :
2006-09-30 :
2006-09-25 : DANÜZÜ YAZILARI
SON XƏBƏRLƏR
2019-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK