Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | CÜRƏTLİ VƏ ETİRAF DOLU ŞEİRLƏR Adalet.az | CÜRƏTLİ VƏ ETİRAF DOLU ŞEİRLƏR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

CÜRƏTLİ VƏ ETİRAF DOLU ŞEİRLƏR

Şair Elnur Astanbəylinin "ALMA" qəzetinin sayındakı şeirləri fonunda

14437    |   2008-01-24 11:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mənim tanıdığım ədəbi camiənin insanları arasında Elnur Astanbəylinin istedadına şübhə edən adamlar da var,onun istedadını yerli-dibli rədd edən insanlar da.Bu da məncə ondan qaynaqlanır ki, Elnur Astanbəyli acı yazılar yazır və açıq-saçıq hücumlar edir.Sözün müstəqim mənasının (bunu mən heç vaxt sevmədim) itdiyi bir cəmiyyətdə, sözü necə deməyi artıq unutmağa doğru gedən bir ədəbi camiədə məncə onun tutduğu yolda da bir həqiqət var.Və ya onun içindəki bir çox acılar onu bu cür yazmağa sövq edir: bu dediklərim Elnur Astanbəylinin köşə yazıları və publisistikasına aiddi.Hələlik mən onun uzun nəsr əsərini oxumamışam və orta yaşlı yazarların ən danlaq yeri də budur ki, onlar hələ ortaya heç bir şey qoymayıblır, amma yekə-yekə danışırlar.Bu yanaşma üsulunu mən qətiyyən alqışlamıram, yəni ədəbiyat haqqında bir söz demək üçün heç də yekə-yekə şeylər yazmaq, cild-cild kitablar ortaya qoymaq vacib deyil.Və bunu mən Amerika kəşf etmiş kimi söyləmirəm.Şayət, ədəbiyyatda publisistika deyilən bir janr varsa və indiki vaxtda dünyanın bir çox tanınmış yazarları məhz publisistikadan iri həcmli əsərlər yazmağa keçibsə, nədən bu orta yaşlı yazarların sinələrinə çöküb bir iş görməyiblər deyə dimdikləməyimiz bizim ədalətsizliyimizdir.Məhz "bunlar bir iş görməyiblər" deyəndə, mən hələ də bilmirəm iş nəyə deyilir.İş 500-600 səhifəlik qarmaqarışıq şeylər yazmaqsa, bu yazarlar yazı texnikasını bildiyi üçün inanın ki,500-600 səhifəlik bir şeylər də yaza bilərlər.Amma onlar ağıllıdır, onlar bilirlər ki,indi klassik azəri romanlarının vaxtı deyil.Yox, heç vaxtı deyil.Və mən bilən Allah onlara ömür verəcək,onlar mütləq bu giley-güzar edənlərin də qarşısına sıxacaq. Bəzən onları lap "ədəbsizlikdə" günahlandırırlar.Belə vaxtlarda insan artıq dözə bilmir və mən heç zaman nümunələr vermək iddiasında olmadım, çünki ədəbiyyatda ədəbsizlik deyilən bir şeyin nə olduğunu hələ özüm üçün tam aydınlaşdırmamışam. Və elə çıxmasın ki,ədəbsizliyin tərəfindəyəm.Mən yazmıram deyə kimsə də yazmamalıdı deyə bir şey də yox.
   
   Və ədəbi camiəmizdə çox ədəbli yazarlarımız var ki,onlar teleməkanları və teleşouları zəbt ediblər.Onlara heyran olan teleyazarlar və telejurnalistlər uuzzun uzun romanlar yazan bu qələm sahiblərini artıq teleulduz eləyiblər.Ədəbli-ədəbli də danışırlar. MƏNdən başqa əvəzlik də tanımırlar.Baxın, biz müsəlmanıq və burada mənim qulağımın dibində bir səs pıçıldayır: Tofiq paxıllıq eləyir.Yox, vallah, mənim artıq kiməsə paxıllıq eləmək vaxtım deyil.Mən gəncliyimdən bəlkə paxıllıq edə bilərdim,indi artıq çox gecdir.Başımı aşağı salıb elə o zamandan öz işimi görmüşəm və zamanımı gözləmişəm.Bu yazarlar ki, bizlər onları dışlayırıq, onların istedadına inanmırıq və onları hərc-mərclikdə qınayırıq,onları iri bir əsəri yox ki, ortaya qoysunlar kimi iddialarla zəhərləyirik, bu çox aptal və insafsız yanaşmadır.
   
   Və hətta şifahi danışıqlarda da mən onlara ədalətli yanaşmağı tövsiyə edəndə hər dəfəsində turşumuş üzlərlə qarşılaşmışam və bu mənə heç toxunmur da.Bu yazarlar ki, indi onlar daha çox publisistika meydanında söz deyirlər, onlar istedadlı insanlardır və Azərbaycanın onlara ehtiyacı var.Nə qədər acı və nə qədər açıq-saçıq, nə qədər ürək ağrıdıcı şeylər yazsalar da, bizim onlara çox böyük ehtiyacımız var.Ən azından onlar bizi kifləşməyə qoymurlar,onlar bizi formda saxlayırlar,onlar bizə ədəbiyyatın hansı səmtdə getməsi barədə yol göstərirlər və biz bu yolu tutmasaq da o yolun olduğunu hiss edirik və gec-tez o yol bir yerə çıxmalıdır.
   
   Elnur Astanbəyli bir neçə dəfə mənə dedi ki,bəs sizə yeni şeirlərimi vermək istəyirəm, ƏDALƏT qəzetində öz səhifəndə verərsən.Mən bu təklifə çox sevindim və gözlədim.Amma Elnur şeirlərini özü çalışdığı ALMA qəzetinə verməyi üstün tutdu.Həmin şeirləri ALMA qəzetində oxudum, mən həm də ALMA qəzetinə abunəçiyəm.
   
   Təbii ki, bu, Elnurun öz seçimidir.Çünki hər qəzetçi öz qəzeti üçün yaxşı yazı axtarır və yaxşı şeyləri çap eləmək istəyir.Mənim şeirə artıq bir alerjim var, bəlkə də yaşdan gəlmədi.Mən bir dəfə də yazmışam: indi sevgi şeirləri zamanı deyil və mən də mütəfəkkir ola bilmirəm ki, filosofanə şeirlər yazım.İçimdəki uşaqlıq məni mütəfəkkir olmağa qoymur.
   
   Amma Elnur Astanbəylinin şeirləri də məhz bu baxımdan, yəni mütəfəkkirsizlik və sevgisizlik,DİDAKTİKSİZLİK baxımından diqqətimi çəkdi.Bunlar bizim şeirimizin ölməz mövzularıdır.BTN SAVAŞLARA PARODİYA başlığıyla verilən şeirləri oxumaq üçün bunların olmaması ilk bəhanə oldu.Qoşmalar var,oxunaqlı və gözəl qoşmalardır, klassik və çağdaşlığı özündə ehtiva edən qoşma türü kimi mənə çox maraqlı gəldi (açığını deyim ki,Elnurun bir öncələr də qoşmalarını oxumuşdum və sevmişdim.) Daha sonra tam publisistik notlar üzərində qurulu şeirlər var, sarkazmla yanaşılan şeirlər var.Bütün bunların tam ifadəsi o ki, şeirlər alınıb.
   
   Təbii ki, şeirlər alınıb deyəndə mən bir oxucu və sıradan ədəbiyyat insanı kimi dediyimin məsuliyyətinə də cavabdehəm və buna görə də kimsənin mənə iradını indidən qəbul etmək istəməzdim.Hər şey zövqlə ölçülürsə mən Z zövqümün qurbanı olmağa hazıram və şeri daran-duruqdan,deklamasiyadan çıxararaq və şeiri bütün xıltlardan təmizləyərək yazmaq istedadı Elnurun şeirlərində o saat diqqəti çəkir.Neyləsək də misallardan qaçmayaq:
   
   Qoşmalarından :
   
   
   
   tər qərib-qərib üç telli durnam
   
   Car olar gözümün selləri boy-boy
   
   Şiddəti bağrımın başında oynar
   
   Əsdikcə qürbətin yelləri boy-boy
   
   
   
   O qədər atıldım peymanam doldu
   
   Saralıb gül gibi irəngim soldu
   
   Tərifli gözəllər gəlhagəl oldu
   
   Bəy tək bəzədilər yolları boy boy
   
   
   
   Yoxsulun ağzını vara çəkdilər
   
   Ha yazdım ağ üstən qara çəkdilər
   
   Beçere aşiqi dara çəkdilər
   
   Kəsildi dost deyən dilləri boy boy
   
   
   
   Vallah, mən dərs deyən deyiləm və ümumiyyətlə, şeirin izahını da doğru saymıram, amma Elnurun bu qoşmasında bir iç təlaşının olduğu ortada və Elnur sözün ilkin deyişini bizə təqdim edir ki, mən şəxsən belə bir qoşma yazsaydım, onun çalışdırdığı aşağıdakı sözləri işlətməyə cürət etməzdim.
   
   məsələn : PEYMANAM,GİBİ,İRƏNGİM,BEÇERƏ kəlmələri.İlk oxunuşda bir az birtəhər səslənsə də, bu sözlərin təbii ki,Elnurun doğulduğu bölgədə məhz elə bu cür deyildiyini kimsə dana bilməz,bir də şeirin ritminə və formasına uyğun olaraq bu sözləri bizim ədəbi dilimizdə olduğu kimi işlətsəydi, güman ki,bir o qədər də diqqəti çəkməzdi və qoşmaya şirinlik verməzdi.Təkcə bir GİBİ sözünü çıxmaq şərtiylə.Mən təbii ki, bu sözün azəri türkcəsində KİMİ olduğunu bilirəm, amam təmiz Türkiyə türkcəsindəə GİBİ olaraq çalışdırılması mənim üçün maraq doğurdu.Bəlkə elə bu sözün də Elnurun doğulduğu bölgədə bu yazılışı və deyilişi var.Və hətta olmadığı təqdirdə də bunu alqışlamaq olar.
   
   Yüz dəfə demişəm ki,ədəbiyyatın ən faciəli tərəflərindən biri də ona hansı aspektdən, hansı moraldan, hansı gözlərlə baxılması məsələsidir ki, bu, vacib bir yanaşmadır.Çox vacib bir detaldır.Bu açıdan mənim bu şeirlərə yanaşmam bir başqası üçün başqa cür ola bilər.Yəni bu şeirləri alıb insafsız olaraq tənqid etmək olar.Buna görə də mən Elnurun və onun kimi yazan çox yaşıdlarının şeirlərində bir dünyəvilik, çağdaşlıq axtarmağa çalışıram və tapıram da.Yəni şeir təkcə elə bizim bildiyimiz janrlardan ibarət deyil,şeirin janr üfüqləri artıq daha çox genişlənib və 30-40 ildi bir şerin mübarizəsini eşidirik: şeirin dilini danışıq dilinə yaxınlaşdırmaq. İstər bəyaz şeir olsun, istər publisistik şeir olsun, istər qoşma olsun, istər heca vəzni. Təbii, bu, çox anlamlı və geniş bir araşdırma işidir, amma indi dünyada və türk poeziyasında bu tür şeirlər çox böyük vətəndaşlıq hüququ qazanmış ki,biz hələ də bunun mübarizəsini edirik ki,ŞEİRDƏ ƏN BYK KEYFİYYƏT ƏZBƏRDƏN SYLƏMƏKdir.Bu baxımdan Elnurun da şeirlərində son dərəcə çağdaş içərilik diqqəti çəkməyə bilməz.İstər çox sərt yazılmış İŞ ELANLARI silsiləsindəki şeirlər olsun,istərsə də SOROKİN, GECƏ EKSPRESİ,SAVAŞA PARODİYA, NATİQİ ƏSƏBLƏŞDİRMƏK VƏ YA İRTİCA SHBƏTİ şeirləri buna açıq şərtdir.
   
   tən il yazıdığı İRTİCA SHBƏTİ şeirini oxuyaq:
   
   
   
   iran irticasının Güney türklərini
   
   döyüb-söyüb, asıb-kəsməsinə boş ver də
   
   məni bu iranlılara əsəbləşdirən
   
   bilirsənmi nədir, dostum,
   
   belə gözəl duzlu xiyar bağlayasan
   
   arağı da qadağan eləyəsən?!
   
   2007
   
   Elnur bir şair kimi özünə sitəmdən qorxmur və açığını söyləyim ki,bizim ədəbiyyatımızda bu cür cürətkar etiraflar heç zaman olmayıb və bunu birbaşa qəbul etmək də bəzən məni incidir.Məsələn, Ələkbər Əliyev bir kitabının adını MƏN ƏCLAFAM qoydu və çox pis bir rezonans versə də Ələkbər dediyindən əl çəkmədi,intervülərində dedi ki,bəs məni YAP üzvləri oxuyurlar.Doğru deyirmiş.Oxumasaydılar elə köhnə işində qalardı.Uğur qazandı.
   
   Elnur da heç bir pis gözdən çəkinməyərək İŞ AXTARIRAM şeirində bütün çılpaqlığı ilə bizə məxsus bir çox xasiyyətləri sıralamaqla şeirə gətirir və həqiqətən də bu cürəti mən alqışlayıram.Belə deyiliksə onda bu şair,bu gənc adam hardan bunu bizə rəva görür və beləyiksə o zaman nədən onu günahlandırırıq və ya o, daha hansı yolu tutsun, canım əfəndim?
   
   1.İş axtarıram
   
   
   
   hər cür oğraşlıq gəlir əlimdən
   
   sabunlu-sabunsuz girməyi bacarıram
   
   işverənliyimə söz ola bilməz
   
   əvvəllər suvaqçı olduğumdandır ki
   
   indi daha yaxşı malalayıram
   
   həqiqətləri
   
   nə olsun qabaqlar bənna olmuşam
   
    ev tikmişəm yəni
   
    ehtiyacın üzü qara olsun
   
    indi ev yıxmağa
   
    məcbur və hazıram
   
    cibə nəşə atmaqda
   
    tayım-bərabərim yoxdur
   
    yəni nə tayım var nə bərabərim
   
   
   
    yalan demək əlimdə
   
    su içimi kimi bir şey
   
    üzə də dura bilərəm
   
    ...iş axtarıram
   
    Acıdır, amma həqiqətdir və bu həqiqət də etika vurğunlarını tərpədir.Biz bu acı həqiqətlərdən yan keçdikcə bu yazarlar daha dərinə gedəcək və bizi daha da heyrətləndirəcəklər.Bunu unutmamaq lazımdır.
   
   Bunlar başqa cür olmaq istəmirlər.Bunlar bir çoxlarının gecə-gündüz söylədikləri YA OLDUUN KİMİ GRN ya da GRNDYN KİMİ OL anlamına ağılla,vicdanla yanaşaraq davam edirlər.


YAZARIN ARXİVİ

2008-03-20 : FİNİŞ
2007-04-04 : BUQƏLƏMUNLUQ
2007-03-28 : VİDA-2
2007-03-14 : VİDA
2007-02-13 : ?OBURCUBUR YAZI?
2006-12-23 : ONLAR?BUNLAR?
2006-12-16 :
2006-12-15 : ONLAR?BUNLAR?
2006-10-07 :
2006-09-30 :
2006-09-25 : DANÜZÜ YAZILARI
SON XƏBƏRLƏR
2019-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK