ANA SƏHİFƏ / SİYASƏT

Ombudsman Avropa Şurası və Avropa İttifaqının birgə təşkil etdiyi onlayn görüşdə iştirak edib

17063    |   2020-08-01 09:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İyulun 31-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa Şurası (AŞ) və Avropa İttifaqının (Aİ) "Ayrı-seçkiliklə mübarizə üzrə vətəndaş cəmiyyəti institutları və ümumilikdə ombudsman institutları və vətəndaş cəmiyyətləri arasında əməkdaşlığa dair müsbət təcrübələr” mövzusunda birgə təşkil etdiyi onlayn görüşdə iştirak edib.

Bəhs olunan tədbir hər iki beynəlxalq qurumun "Şərq Tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət zəminində cinayət qurbanları üçün məhkəmədənkənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxış imkanlarının gücləndirilməsi” adlı regional layihəsi çərçivəsində həyata keçirilib. Onlayn tədbirdə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, AŞ Bakı Ofisi rəhbərinin müavini, Ombudsman Aparatının əməkdaşları, Gürcüstan və Ukraynadan olan, ayrı-seçkiliklə mübarizə sahəsində fəaliyyət göstərən ekspertlər, o cümlədən yerli vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə Müvəkkil Səbinə Əliyeva COVİD-19 pandemiyasının bəşəriyyət üçün ciddi təhdid olduğunu diqqətə çatdırıb. Ombudsman pandemiya dövründə ilk günlərdən əhalinin həssas qruplarının - əlilliyi olan şəxslərin, miqrantların və uşaqların hüquqlarının müdafiəsi məqsədilə müvafiq dövlət qurumlarına müraciət ünvanladığını bildirib. Vurğulanıb ki, pandemiya dövründə Ombudsman təsisatı bölgələrdə insan hüquqlarının vəziyyətini diqqətdə saxlamaq məqsədilə mütəmadi olaraq onlayn görüşlər keçirib. Eyni zamanda, Ombudsmanın regional mərkəzlərinin əməkdaşlarının yerli icmaların və milli azlıqların nümayəndələri ilə görüşləri olub.

Müvəkkil cari ilin əvvəlində Ombudsman təsisatının AŞ və Aİ ilə birgə əməkdaşlığı çərçivəsində Qubada Ombudsman institutunun mərkəzi ofisinin və onun regional mərkəzlərinin əməkdaşları ilə yanaşı, rayonda yaşayan milli azlıqların nümayəndələrinin də iştirak etdiyi "Azərbaycan Ombudsmanının regional nümayəndələri üçün təcrübədə ayrı-seçkiliyə qarşı mübarizə mövzusunda təlim seminarı” adlı təlim-seminar keçirildiyini iştirakçıların diqqətinə çatdırıb. O bildirib ki, bəhs olunan təlim-seminarın nəticələri Avropa Şurasının nümayəndələri ilə onlayn qaydada müzakirə edilib.

Səbinə Əliyeva vurğulayıb ki, Ombudsman təsisatının yeddi əməkdaşı müvafiq sahədə bilik və təcrübələrinin artırılması məqsədilə Avropa Şurasının müvafiq mövzuda onlayn kurslarına cəlb edilib və beynəlxalq ekspertlərin təcrübələrindən faydalanıb.

QHT və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın əhəmiyyətindən bəhs edən Ombudsman Azərbaycanın tarixən multikultural dəyərlərə önəm verdiyini, ölkəmizdə dinindən, dilindən, etnik mənsubiyyətindən və digər əlamətlərindən asılı olmayaraq müxtəlif millətlərin nümayəndələrinin daim tolerant mühitdə yaşadıqlarını, eyni hüquq və azadlıqlara malik olduqlarını bildirib. Nəzərə çatdırılıb ki, Azərbaycan Respublikasının Ombudsman haqqında Konstitusiya Qanununa əsasən, nəinki ölkə vətəndaşları, hətta əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, o cümlədən hüquqi şəxslər də Müvəkkilə müraciət edə bilər.

Ombudsman, həmçinin pandemiya dövründə hərbi münaqişələrdən çəkinmək, silahları susdurmaq kimi çağırışlar edən BMT-nin Baş Katibi cənab Antonio Guterreşin bəyanatını xatırladaraq 12 iyul tarixindən başlayaraq Ermənistan hərbi qüvvələrinin dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlar nəticəsində mülki şəxsin və hərbi qulluqçularımızın həlak olduğunu, bunun isə Ermənistanın beynəlxalq hüquq normalarına və prinsiplərinə məhəl qoymadığını bir daha göstərdiyini bildirib. Müvəkkil baş vermiş bu təxribatın nəticələrinin, pozulmuş insan hüquqlarının yerində araşdırılması məqsədilə Tovuz rayonuna səfər etdiyini, aparılmış monitorinqin nəticələri əsasında hazırlanmış hesabatın müvafiq beynəlxalq təşkilatlara və xarici ombudsmanlara ünvanlandığını bildirib. Müvəkkil, eyni zamanda, ermənilərin ABŞ və Avropa ölkələrinin müxtəlif şəhərlərində azərbaycanlı dinc aksiyaçılara qarşı törətdikləri təxribat xarakterli hücumlara etiraz məqsədilə bəyanatla çıxış etdiyini diqqətə çatdırıb.

Tədbir vətəndaş cəmiyyəti institutları və Ombudsman təsisatı arasında əməkdaşlığın genişləndirilməsi mövzusunda interaktiv müzakirələrlə davam edib və Müvəkkil ona ünvanlanmış sualları cavablandırıb.




İmza:

Ədalət Vəliyev Azərbaycan Milli Hərəkat Partiyasının sədri ilə görüşdü

Azərbaycan və Türkiyənin parlament sədrləri arasında telefon danışığı olub

Ermənilərin soydaşlarımıza qarşı nifrət zəminində törətdiyi cinayətlər Xorvatiya mətbuatında

Hikmət Hacıyev: BMT-nin xüsusi sessiyası 5-6 ay, hətta bir il davam edə bilər

XİN-dən erməni əsilli livanlıların işğal olunmuş ərazilərə köçürülməsi haqqında məlumatlarla bağlı AÇIQLAMA

Deputatlar avqustun 5-də plenar iclasa toplanır

AXCP və "Milli Şura"nın növbəti qeybətxana şousu: Karantinə görə insanların narahatlığı artır, bu da bizə sərf edir...

Milli Məclisin sabahkı iclasının gündəliyi açıqlandı

Azərbaycanın İtaliyadakı səfirindən dünya ölkələrinə ÇAĞIRIŞ

Hikmət Hacıyev Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə görüşüb

YAP İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib

Hikmət Hacıyev: Ermənistanın Milli Təhlükəsizlik Strategiyası sanki saxta tarix dərsliyidir

Ceyhun Bayramov "CNN Türk"ə Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribat barəsində danışıb

24 subartezian quyusunun qazılmasına 756 min manat ayrılıb - SƏRƏNCAM

Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Ceyhun Bayramov Türkiyə televiziyasına müsahibə verib

Vilayət Eyvazov Serbiyalı həmkarı ilə görüşüb

Telekommunikasiya ilə əlaqədar İnzibati Xətalar Məcəlləsində cərimələr müəyyənləşib

Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramov və Zakir Həsənovu qəbul edib

Baş Nazir Əli Əsədov ilə BP qrupunun baş icraçı direktoru arasında telefon danışığı olub

Ankarada Azərbaycan və Türkiyə Xarici İşlər nazirlərinin görüşü keçirilib - YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə uğurla inkişaf edir

SON XƏBƏRLƏR
2020-08-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK