ANA SƏHİFƏ / MARAQLI

Görün camaat butulkadan nələr düzəldir?!

24321    |   2020-07-08 14:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İngilis Richart Sowa plastik butulkalar üzərinə qurduğu, çöldən gerçək kimi görünən kiçik süni adasında sadə və xoşbəxt həyat sürür. Karib adasında yaşayan ingilis bir dülgər olan Richart Sowa 50 yaşlarında ətraf mühit və sadə həyat könüllüsüdür. Həm plastik butulka çirkliliyinə diqqəti çəkmək, həm də bir az başı işlədərək sadə, dinc və özünə çata bilən bir həyat qurmanın bir çox yolu olduğunu göstərmək üçün qeyri-adi bir yol seçib.

Ətrafa atılmış plastik butulkaları toplamağa başlayıb, üç il ərzində 100 min şüşəyə çatdırmış, bunları böyük tora doldurub. Daha sonra bambu düzərək zəmin yaradıb. Bu zəminin üzərinə isə qum və torpaq atmış, suyun üzərində əvvəl bir platforma kimi dayanan plastik şüşələrdən ibarət olan bu quruluşa spiral bir şəkil verib. Torpaqla doldurduğu yerlərə palma, limon, kakos hətta badam ağacı belə əkib.


Başlanğıcda plastik şüşə yığını olan bu quruluşu üzən bir obyektə çevirmiş, adasına iki kiçik hovuz və günəş enerjisiylə işləyən bir şəlalə əlavə etməyi unutmayıb. Daha sonra plastik şüşələrdən hazırladığı bu adanın üzərinə taxta və bambudan bir Robinson daxması inşa etmiş, üzən adasına yerləşdirdiyi günəş enerjisi panelləriylə enerji problemini da həll edib. İki pişiyi və bir itini də yanına alaraq burada yaşamağa başlamış. Bunlara iki toyuq və bir ördək də artırıb. Adasına isə "New Spiral Island” adını verməyi uyğun görüb.. Sowa 20 kvadrat metrlik bu kiçicik sahədə, pomidor və ispanaq əkə biləcəyi yeri də hazırlayıb.



İmza:Eminquey
SON XƏBƏRLƏR
2020-08-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK