ANA SƏHİFƏ / SİYASƏT

Özünü müxalifət adlandıran antimilli şura Ermənistanla eyni mövqedən çıxış edir - Elçin Mirzəbəyli

7513    |   2020-07-07 17:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan çoxpartiyalı siyasi sistemin təşəkkül tapdığı bir ölkədir. Çoxpartiyalı siyasi sistemin inkişafının ölkədə həyata keçirilən islahatların prioritet istiqamətlərindən biri kimi nəzərə çarpması, parlament idarəçiliyində müxalifətin iştirakı üçün imkanların yaradılması, siyasi partiyaların dövlət qeydiyyatına alınması ilə bağlı atılan addımlar, ən müxtəlif məsələlərlə bağlı iqtidar-müxalifət dialoqunun intensivləşməsi Azərbaycanda siyasi münasibətlərin yeni bir mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.

Bunu Trend-ə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli bildirib ki, amma görünür ölkəmizdə siyasi sistemin yeni dövrün tələblərinə, ölkənin milli maraqlarına, regional və qlobal çağırışlara uyğun olaraq rekonstruksiyası bəzi azsaylı siyası qrupların, o cümlədən "5-ci kalon”un klassik nümunələrindən biri və bəlkə də birincisi olan "Milli Şura” adlı antimilli təsisatın maraqlarına cavab vermir:

"Ölkədə islahatlar dərinləşdikcə, siyasi partiyalar arasında sivil və etimadlı münasibətlər sisteminin formalaşması prosesi sürətləndikcə antimilli "Şura”çılar daha da aqressivləşir, siyasi mübarizənin sivil forma və metodlarını inkar edir, siyasi hakimiyyətə deyil, Azərbaycan dövlətçiliyinə qarşı mübarizə aparırlar.

Antimilli "Şura”nın özünü müxalifət adlandıran bəzi nümayəndələrinin Azərbaycanın milli sərvəti, əsas gəlir mənbələrindən biri olan neftin qiymətinin aşağı düşməsinə sevinmələri, bu münasibətlə bir-birilərini təbrik etmələri dövlətinə, xalqına düşmən kəsilmənin, mənəvi və siyasi deqradasiyanın son həddidir.

Azərbaycanın neftdən əldə etdiyi gəlirlər əsasən hansı istiqamətlərə xərclənir? Təhsilə, ordu quruculuğuna, vətəndaşların sosial problemlərinin həllinə, o cümlədən qaçqın və məcburi köçkünlər üçün yaşayış binalarının, reabilitasiya mərkəzlərinin, xəstəxanaların, məktəblərin inşasına, yol çəkilməsinə, yeni infrastruktur layihələrinin icrasına, qeyri-neft sektorunun inkişafına, COVİD-19 virusuna qarşı mübarizəyə və bu kimi digər məsələlərin həllinə...

Neftin qiymətinin aşağı düşməsi isə Azərbaycan Prezidentinin müsahibəsində qeyd etdiyi kimi, ilk növbədə, insanların sosial məsələlərinin həllində özünü göstərə bilər. Həmçinin sadaladığım digər istiqamətlərdə müəyyən ləngimələrin olmasana zəmin yarada bilər. Deməli bu insanlar Azərbaycan vətəndaşlarının sosial məsələlərinin həllini, Azərbaycan Silahlı Qüvvələrinin daha da güclənməsini, təhsilin, səhiyyə sisteminin, qeyri neft sektorunun inkişafını və yeni iş yerlərinin yaradılmasını, yeni yolların çəkilməsini, xəstəxanaların, məktəblərin, uşaq bağçalarının, müharibə veteranları, şəhid ailələri, qaçqın və məcburi köçkünlərin mənzillərlə təmin edilmələrini, bütövlükdə ölkəmizin güclənməsini istəmirlər.

Əksinə, neftin qiymətinin aşağı düşməsi nəticəsində bütün bu layihələrin həyata keçirilməsinin mümkün olmayacağı ehtimalına sevinirlər, bundan xoşbəxt olurlar. Belə bir vəziyyətin yaranmasına isə, Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan torpaqlarını işğal altında saxlayan, azərbaycanlılara qarşı soyqırım aktları həyata keçirən, həmvətənlərimizi öz evlərindən didərgin salan, abidələrimizi, məscidlərimizi viran qoyan Ermənistan sevinə bilər.

Bu antimilli təfəkkür sahibləri Azərbaycan dövlətinə və xalqına münasibətdə Ermənistanla eyni mövqedən çıxış edir, açıq-aşkar düşmən münasibəti sərgiləyirlər. Təbii ki, ictimaiyyət də bu iyrənc mənzərəni görərkən kimin kim olduğuna bir daha əmin olur. Amma heç kim ümidlənməsin. Dövlətimizin başçısı da bəyan etdi ki, son illər ərzində yaradılmış böyük iqtisadi-maliyyə potensialı dövlətimizə istənilən böhranla bacarmaq imkanı verir. Nə olursa olsun Azərbaycan ayaqda qalacaq!”.




İmza:

Erməni təxribatları nəticəsində xarici ölkələrdə 53 soydaşımız xəsarət alıb - RƏSMİ

Kanadada Azərbaycanın dövlət bayrağı ucaldıldı

İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib

Ombudsman Avropa Şurası və Avropa İttifaqının birgə təşkil etdiyi onlayn görüşdə iştirak edib

Yaponiya və Özbəkistandakı Dostluq Cəmiyyətləri ermənilərin təcavüzkar siyasətini pisləyib

Hikmət Hacıyev: Ermənistanın Azərbaycanla sərhəddəki təxribatı tam fiaskoya uğradı

İsrailin Tel-Əviv Yafo şəhərində Azərbaycana dəstək aksiyası keçiriləcək

Prezident İlham Əliyev Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevə telefonla zəng edib

XİN Helsinki Yekun Aktının imzalanmasının 45-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Dövlət katibi: Bərpa olunan enerji mənbələri sektoru həm Rumıniya, həm də Azərbaycan üçün xüsusi maraq kəsb edir

Azərbaycanın İtaliyadakı səfirindən dünya ölkələrinə ÇAĞIRIŞ

Hikmət Hacıyev: BMT-nin xüsusi sessiyası 5-6 ay, hətta bir il davam edə bilər

Azərbaycan və Türkiyənin parlament sədrləri arasında telefon danışığı olub

Hikmət Hacıyev Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə görüşüb

Deputatlar avqustun 5-də plenar iclasa toplanır

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu UFC prezidentinə etiraz məktubu göndərib

Dövlət katibi: Bərpa olunan enerji mənbələri sektoru həm Rumıniya, həm də Azərbaycan üçün xüsusi maraq kəsb edir

Yaponiya və Özbəkistandakı Dostluq Cəmiyyətləri ermənilərin təcavüzkar siyasətini pisləyib

Kanadada Azərbaycanın dövlət bayrağı ucaldıldı

İsrailin Tel-Əviv Yafo şəhərində Azərbaycana dəstək aksiyası keçiriləcək

Hikmət Hacıyev: Ermənistanın Azərbaycanla sərhəddəki təxribatı tam fiaskoya uğradı

Ombudsman Avropa Şurası və Avropa İttifaqının birgə təşkil etdiyi onlayn görüşdə iştirak edib

SON XƏBƏRLƏR
2020-08-03


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aazyaşlı 3 uşaq küçədə söhbət edir.
Birinci uşaq:
— Bilirsiniz, atamla anam çoxlu pul verib məni leyləkdən alıblar.
İkinci uşaq:
— Mənim atamla anam çoxlu pul verib məni Şaxta Babadan alıblar.
Balaca Şakir :
— Mənim atamla anam kasıb olduğu üçün məni özləri düzəldiblər.

İndi biz kasıb və kiçik dövlət olduğumuz üçün gərək öz başımızın çarəsinə özümüz baxaq





digər lətifələr
ARXİV
FACEBOOK