ANA SƏHİFƏ / YAZARLAR

Sarsıntılar Dahisi, sarsıt... virusu və göstər bir də qalib gəlməyi! - Aydın Can yazır

49709    |   2020-07-08 10:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Düşməni və "düşməni" döyüş meydanında yox, sözdə (onu da axıracan yox) öldürməyi "bacaranlar"ın menyüsünə:

Sarsıntılar Dahisi, sarsıt... virusu və göstər bir də qalib gəlməyi!

və yaxud

alın yazısı döyüşdə həlak olmaq olanı... xəstəlik aparmaz!

Bir partiya oxumuşam yazılanları - gün ərzində!
Bir partiya sevinir!
Bir partiya dua edir!
Bir partiya gözləyir!

Arada...Aqil Alışov mənə deyir ki, heç İŞİD sənin kimi bəla deyil!
Arada O-na deyirlər. Ki...
Deyirlər də... o qədər deyirlər!
1-in 9 milyondan çox və böyük olduğu ölkədə yaşayırıq, əzizim Miri -Mir Şahin Ağayev: Sözün, Sözünün, Sözümüzün Ağası!

Sən seyid nəslindənsən: seyidlər sonuncu peyğəmbərin nəslindən - Allah bütün xəstəliklərlə, məhrumiyyətlərlə, zindanlarla sınağa çəkib!
Bir gün Sənin seyid baban Abu Qasim Məhəmməd ibn Abdullah ibn Abd əl-Müttəlib ibn Haşimə biri deyir ki, necə peyğəmbərsən e, gah deyirsən başım ağrıyır, gah deyirsən ÜSTüm, gah deyirsən ALTım... 70 yaşım var, indiyəcən heç haram ağrımır!

Baban səlləllahu ələyhi və alihi və səlləm də deyir ki, ala, bicbala, mən bilmirəm sən necə vələdüznasan ki, Allah sənə heç bir xəstəliyi rəva görmür! Çün bəni-Adəm hər dəfə xəstələnib sağalandan sonra paklaşır!
YƏNİ: bir günahı yuyulur!

Sənin paklığa doğru növbəti addımın mübarək, təki yuyulan günahın olsun!
Seyid baban bütlərin sonunu gətirdi! Bütləri qıra-qıra gəldin - vaxt Sənindir!

Bizim tarixin... İÇ XƏBƏRi "Mir Şahinin vaxtı"ndan olacaq, xalqın NƏZƏR NÖQTƏSİ Sənin dediklərindən bəhrələnəcək, DAHİLƏRİN DİVANIna Səndən icazə alınmaqla imza atacaqlar, bu REALlıqla hamı barışacaq... sonda!

Sənin "kəsilib nizəyə keçirilmiş başın və BAŞın belə" düşmənlərinin boyundan yuxarıda, ucada olacaq!

Və sən... hətta düşmənlərinə babalarının allahdan əfv dilədiyi kimi, aman diləyəcəksən - necə ki, burda, eləcə də... qiyamət günü:
"Ya Rəbbim! bunlar neyləyir? Sən bu nə etdiklərini bilməyənləri bağışla" deyən baban Hüseyn kimi!

Sən hələ ölməmisən, qiyamətə qədər diriliyinə Yaradanın şəhadət verdiyi Ağa?
Axı bizimkilərin arzuları-hesabıynan ölməliydin... qiyamətəcən diri olanımız?

Genetik və para babalarının kimliyi bilinməyənlər müqəddislikdən müqəddəs gələn müqəddəsin müqəddəs övladlarına xitabı vardı: "seyidlərin yaxşısını özlərinə görə, pisini mənə görə bağışlayın" (Abu Qasim Məhəmməd ibn Abdullah ibn Abd əl-Müttəlib ibn Haşim (s.ə.v.a.v.s.)...

Biz peyğəmbər, öndər, alim, filosof hərləyən deyilik!
Cümhuriyyət babamız Məhəmməd Əminə satqın damğası qoyub, müstəqillik babamız Elçibəyi agent çıxarıb, yunsatan polkovnikin əlindən almaq üçün "Heydər baba, gəl bizi xilas elə" deyib sonra Ona diktator yarlığı YAPanlarıq...

Sənə deyilənlər yasında segah üstündə mərsiyə oxumaq kimi bir şeydir... onlarla müqayisədə!
Biz həm də bütpərəstlərik axı! - Mənatın, Latın... Lutun torunları!

Arada o biri dostum - adını telefonumda "Böyük Qardaş" yazdığım da mənə deyir ki: "Alı Mustafayev öldü, sən ölmədin, Çingiz Mustafayev öldü, sən ölmədin, cavan-cavan oğlanlar Qarabağda öldü, sən ölmədin..."
Onun sözü olmasın, Miri, öl, canın qurtarsın bu... qaragüruhdan!
Amma bunlar bilmirlər Sən necə (rəhmətlik Heydər Əliyev tərcüməsini tapmamışdı o sözün, elə birbaşa da elə demişdi, amma ayrıları haqqında), "zaraza"san!

Sən hamıya qalib gəldin... koronavirusa da qalib gələcəksən!
Sənin qalib gəldiklərinin içində koronadan beşbetərləri olub: mutantlar, buqələmunlar, ...

Dünən bir dost mənə bƏlLİ ...BEÇƏləri nəzərdə tutub deyir ki, Aydın, sən onlarla necə bacarırsan, mən dəhşətə gəlirəm, qayıtdım ki, əzizim, mən qəhbələrlə bacardım, bƏLlİ BEÇƏlərlə bacarmaq nədir ki?
Əzizim Miri, mən bu unutqanlara bir misal da gətirə bilərdim, amma ikisini, hətta üçünü gətirəcəm:

1. Vaqif Səmədoğlu ilə müsahibən - yatağında!
2. Aqşin Yenisey ilə müsahibən - yatağında!
3. Heydər Əliyevin Klivlenddən ancaq və ancaq Səninlə danışmağa razı olması - yataqda olanda!

Səni kim haçan, harda istədi, oldun... yanında, yastığının başında, dərdinin böyründə, çiyninin tinində, məzarının üstündə, şəklinin altında... amma və lakin... bir kişi istəyirəm gəlib yastığının başında dursun və desin: "necəsən, əzizim?" Lap elə...sarkazmla!

Səni Yaradan Sənə kimsənin bu sarkazmı belə sərgiləməyə heç kimə imkan verməyib!

Sən bir də ÖL(dür xəstəliyini) orda Sənə ÖLüm arzulayanlar üçün, gəl, qiyamətə qədər diriliyinə Allahn şəhadət verdiyi... Ağa!

Özüm bircə kəlmə də yaza bilərdim, Sənin təbirincə: "Allah amanında".
İndi bilirəm vaxtın çoxdu, odu uzun yazdım - oxu da özün üçün! və ÖL...mə! Elə lap... acığa!

p.s. kiminsə ölməyiylə düzəlsəydi... nə vardı ki?



İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-08-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK