ANA SƏHİFƏ / YAZARLAR

Əziz Sancarın Türkiyədə başına gətirilənlər – Yılmaz Özdil yazır

16824    |   2020-07-04 09:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Varlığı ilə qürur duyduğumuz professor Əziz Sancar qəflətən Nobel mükafatına layiq görüldü.

Obbaa, sənsənmi qazanan?!

Türkmü, yoxsa kürtmü olduğu mübahisələrə səbəb oldu.

"Yarıtürk” olduğunu deyənlər oldu.

"Qismən türk” olduğunu deyənlər də.

BBC yeni şübhənin rişələrini əkdi.

"Ərəb əsillimisiniz” deyə soruşdu.

Adamcığaz türk bayrağının önündə şəkil çəkdirib Anadolu xəbər agentliyinə açıqlama vermək məcburiyyətində qaldı, "mən türkəm” dedi.

Söz-söhbət qurtarmadı.

Sonra da ələvimi, ya sünnimi müzakirəsi başladı.

Amerikalı arvadının müsəlman olub-olmadığını müzakirə etməyə başladılar.

Nobel mükafatını hüceyrələrin zədələnmiş DNT'ləri necə düzəltdiyini və genetik məlumatları necə qoruduğunu göstərərək qazandı.

Bu isə heç kimin diqqətini çəkmədi.

Ancaq etnik və məzhəbi DNA-sını bitdə-bitdə araşdırdılar.

Nobel mükafatını almaq üçün İsveçə getdi, Stokholm Universitetində konfransı təşkil olundu, yaxasına Atatürl nişanı taxmışdı, qalstukunun motivləri isə Osmanlı monoqramı idi.

Obba, sənsənmi taxan?!

Nişanı və qalstuku barədə yüzlərlə məqalə yazıldı.

TV-lərdə üç gün bu mövzu danışıldı.

Kimisi əslində Osmanlıçı olduğunu, Atatürkçülərin reaksiyasından qorxduğu üçün Atatürk nişanı taxdığını iddia elədi.

Kimisi əslində Atatürkçü olduğunu, Osmanlıçılara şirin görünmək üçün o qalstuku taxdığını dedi.

Kimisi Türkiyənin Atatürkçülərdən və Osmanlıçılardan ibarət olmadığını, illərdir ABŞ-da yaşayan Əziz Sancarın artıq Türkiyənin gerçəklərindən xəbərinin olmadığını dedi.

Əbdülhəmiddən Vəhdəddinə, İsmət İnönüdən Adnan Menderesə qədər hər mövzu yenidən açıldı, hər kəs bir-birini təhqir elədi.

Arada milləti bir-birinə qarşı qoyduğu üçün Əziz Sancar təhqir olundu.

Əziz Sancar nişanla qalstuku taxdığına görə peşman elədilər.

Nəhayət, Türkiyəyə gəldi.

Nobel mükafatını Atatürk və Cümhuriyyət sayənidə qazandım, rol modelim Atatürkdir, vəfa borcumu ödəmək üçün bu mükafatımı Atatürkə və Cümhuriyyəti quranlara ərmağan edirəm” dedi.

Nobel mükafatını Anıtkabirdə sərgiləmək üçün Baş Qərargah rəisinə təslim etdi, Atatürlün hüzurunda ona hörmət əlaməti olaraq təzim etdi, çiçək qoydu, dua etdi.

Obba, sənsənmi Anıtkabirdə dua edən.

Siyasi dinçilərin hücumuna mərzu qaldı.

O günə qədər elə qürür duyuruq, belə fəxr edirik deyənlər anidən Əziz Sancar düşməninə çevrildi. Əziz Sancarın Amerika vətəndaşı olduğunu, Amerika universitetinə işlədiyini, Türkiyəylə əlaqəsinin olmadığını deməyə başladılar.

Onun mükafatını Baş Qərargah rəsisinə verməyini çevrilişçi zehniyyətə dəstək kimi qələmə verdilər.

Atatürkün ruhuna fatihə oxumasını da tənqid edənlər oldu.

Madam ki, Osmanlı qalstuku taxırdın, o zaman Fatehin türbəsinə də gedib dua edərdin” dedilər.

Əziz Sancarın könlü qırıldı.

Bir daha geri gəlməmək şərtilə Türkiyədən qaçdı.



Dilimizə uyğunlaşdıran: Eminquey




İmza:

YAZARIN ARXİVİ

2020-08-04 : ACI KAYBIMIZ
2020-08-04 : Ağdamda son azan
2020-07-27 : TƏBRİK
2020-07-23 : TƏBRİK
SON XƏBƏRLƏR
2020-08-05


VİDEO