ANA SƏHİFƏ / YAZARLAR

ON SƏKKİZ YAŞ... - Şahnaz Şahin yazır

Esse

27314    |   2020-06-29 12:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Oğlumun sağlamlığı ilə bağlı problemi yaranıb, axtarıb yaxşı həkim tapmalıyam, sonra ikimizə də münasib vaxtı müəyyənləşdirib randevu almalıyam..., elə qızım da bu yaxınlarda stomotoloqa baş çəkməlidi,.. ali məktəbə hazırlaşır, imtahanları necə verəcək və s.. Bu fikirlər mənim kimi bir çox anaların üzləşdiyi qayğılardı, amma bəlli yaşadək, yəni ölkəmizdə yetkinlik yaşı hesab edilən on səkkiz yaşa qədər. Sonra gənc öz başının çarəsinə baxmalıdı, işləməli, yaşamalı, həyat deyilən bir qapının açarını özü axtarıb tapmalıdır... Bu yazılan qanunlara görədi, amma gəlin görək həqiqət necədi? Doğrudanmı uşaqlar məlum yaşa çatdıqda azadlıq, sərbəstlik verilib, taleyin ixtiyarına buraxıla bilər və ya buraxılmalıdı? Valideyn də öz borcunu bitirmiş hesab edərək qalan ömrünü rahatlıqla yaşamağa davam edir və ya etməlidi? Bu əjdaha kimi qorxulu həyat udmazmı onu? Onunla mücadilə edə bilərmi təkbaşına?.. Hələ bərkiməmiş dizləri tab gətirə bilərmi zəmanənin eniş yoxuşuna?

Uzaqdan tanıdığım iki gəncin həyat hekaysəni xatırladım, varlı oğlanln ailəsi oğlunun istədiyi qız kasıb ailədən olduğu üçün bu izdivaca yox dedilər. Çıxış yolunu qoşulub qaçmaqda görən iki sevgili isə həyatın burulğanında batıb getdilər. Bir tərəfdə dayaq nöqtəsi olmayan, yaşamaq üçün gündəlik xərclərin qarşısında belə əliyalın qalan cavan ailə, bu yanda iddialarından əl çəkməyən, mənəmlikdən qurtula bilməyən oğlan atası və qızının hərəkətinə qəzəbi soyumayan qız tərəfi, ortada isə məhv olan iki tale..

Bir əli ilə uşağını, digər əli ilə dünyanı yelləyən analardan ötrü övladı həmişə körpə yaşındadır, nə qədər arxayın olsa, yenə fikri balasının yanında qalır, olduğu yer soyuqmu, istimi, yatdığı yer rahatmı, narahatmı, ətrafında olan insanların necəliyi.., onu demək olar ki, övladıyla bağlı hər şey narahat edir. İndi cəmiyyətdə bir çox dəyərlər dəyişib, hər gün bir söz eşidir qulağımız, nə qədər valideynini atan övladlar, övladını atan ata-analar var, mal-mülk üstündə bir-birindən üz döndərən bacı-qardaş tanıyırıq!.. Dünyamı dəyişib, insanlarmı, demək çətindir.. Bəlkə çox zaman elə doğum evlərində ikən ana südü əvəzi təyin edilən, əsli-kökü bilinməz uşaq qidalarından başlayır laqeydlik?. Geni dəyişdirilmiş, meyvə qurdlarının da imtina etdiyi, mağaza vitrinlərin bəzəyi olan gözəl, yaraşıqlı meyvələrdənmi keçir, cürbəcür dadlı şirələr, rəngli sularlamı ötürülür insan beyninə biganəlik?..

Çox şey dəyişib, çox şey..

Anam insan doğmuşdu,

Məni dünya daş etdi.

Könlümü çilik-çilik,

Gözlərimi yaş etdi.

Ümidlərim dağıldı,

Yerə boyunbağıtək.

Atdı, tutdu, oynatdı,

Məni oyuncağıtək.

Mən tənha, o kimsəsiz,

Allahım, bu nə işdi?!

Sən belə qurmadın, yox,

Dünyanı kim dəyişdi?..

... Getdiyimiz klinikada bizi həkimn köməkçisi qarşıladı, səmimi, həlim xasiyyətli görünən xanımla qeydiyyat prosesi ilə bağlı bütün prosedur qaydaları bitirəndən sonra tet-a-tet söhbətimiz oldu, bayaqdan bəri mənim həyəcanlı görünməyim onun diqqətindən yayınmamışsdı. "Siz heç gəlməyə də bilərdiniz, çünki bu yaşda valideynə nə ehtiyac..”-deyə, məni sakitləşdirmək üçün bacardıqca yumşaq şəkildə bildirməyə çalışdığı fikir bütün günü düşüncəmi məşğul etdi. Axı hər necə olsa mənim övladıma cərrahi müdaxilə ediləcəkdi, mən necə onun yanında olmaya bilərdim!?.. Nə olsun yaşı on səkkizi çoxdan keçib, hətta özü də artıq atadır, amma, axı mən anayam, o da mənim hələ də bir əlimlə yellədiyim övladım...

Bəlkə düz söyləmirəm, hə!?..




İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-07-08


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK