ANA SƏHİFƏ / İDMAN

MOK bəyanat yaydı: “İddialar əsassız, qərəzli xarakter daşıyır”

7877    |   2020-06-06 18:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünən insidethegames.biz saytında "Maklarenin hesabatında Azərbaycan prezidentinin Tamaş Ayana dopinq cəzalandırılmasını gecikdirdiyinə görə təşəkkür etdiyi deyilir” başlıqlı məqalə dərc olunub.

Oxu.Azxəbər verir ki, orada kanadalı professor Riçard Maklarenin Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) sabiq prezidenti Ayanın quruma rəhbərlik etdiyi dövrdəki fəaliyyəti barədə iddialar üzrə müstəqil qaydada apardığı və nəticələrini açıqladığı araşdırma-hesabatda Azərbaycan idmançıları ilə bağlı məsələlərə də toxunub.

Belə ki, iddiaya görə Azərbaycan Milli Olimpiya Komitəsi 2016-cı ildə IWF prezidenti Tamaş Ayana təşəkkür məktubu yazaraq, əvvəllər etdiyi köməyə görə minnətdarlıq bildirib. Hesabata əsasən, bu kömək 2013-cü ildə qadağan olunmuş preparatları qəbul edərək dopinqə düşmüş 18 azərbaycanlı ağır atletin həmin cəzasının tətbiqinin gecikdirilməsi və onların həmin ilin dekabr ayında Bakıda keçirilən nüfuzlu Beynəlxalq Qran-Pri yarışında iştirakına imkan verilməsindən ibarət olub.

Milli Olimpiya Komitəsi bununla bağlı bəyanat yayıb:

"Mütləq şəkildə bildirilməlidir ki, iddianın heç bir əsası yoxdur və absurd olduğu aşkardır. Belə ki, Ümumdünya Antidopinq Məcəlləsinə əsasən, antidopinq qayda pozuntusunu törədən idmançının dopinq nəzarəti testi götürüldüyü tarixdən etibarən qərarın verildiyi günədək əldə etdiyi bütün nəticələri ləğv edilir. Bu isə o deməkdir ki, haqqında danışılan idmançılar onsuz da cəzalandırılıblar. Bu addım idmançının həmin müddətdə qazandığı nəticənin böyük və kiçikliyindən, yarışın nüfuz və əhəmiyyətindən asılı olmayaraq atılır. Yəni qərar qəbul edilənə qədər idmançının hər hansı yarışda iştirakının heç bir əhəmiyyəti yoxdur.

Bu səbəbdən də həmin hesabatda qeyd edilən bu və digər iddialar əsassız, qərəzli xarakter daşıyır. Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbərliyi belə bir "təşəkkür” məktubu yazmayıb. MOK-un rəhbərliyinin belə bir məktub yazması mümkünsüzdür və bu cür iddia ilə çıxış edilməsi aşkar qərəzdən başqa bir şey deyil”.




İmza:
SON XƏBƏRLƏR
2020-07-13
2020-07-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK