ANA SƏHİFƏ / DÜNYA

İsrail Azərbaycanın arsenalında olan raketlərin nəyə qadir olduğunu göstərdi - VİDEO

8134    |   2020-06-03 21:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"İsrael Aerospace İndustries” korporasiyası LORA operativ-taktiki raket kompleksinin uğurla sınaqdan keçirildiyini elan edib.

Bu barədə İsrailin "The Jerusalem Post” nəşri məlumat yayıb.

Nəşr yazır ki,yeni sınaqdan keçirilən iki ballistik raket dənizdəki hədəfləri uğurla məhv edib.

Onlardan biri 90, digəri isə 400 kilometr məsafəni dəqiq nişan alıb.

LORA operativ-taktiki raket kompleksi İsrailin istehsal etdiyi ən müasir silahdır.

2018-ci ildə bu kompleks Azərbaycan ordusunun silahlanmasına daxil edilib.

Raketlər düşmən ərazisinin dərinliklərində infrastruktur obyektlərini, hərbi bazaları, Hava Hücumundan Müdafiə batareyalarını yüksək dəqiqliklə məhv etmək üçün nəzərdə tutulub.

Azərbaycan bu silahın ilk və hələlik yeganə istismarçısıdır.




İmza:
SON XƏBƏRLƏR
2020-07-05
2020-07-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK