ANA SƏHİFƏ / SAĞLAMLIQ

ÜST Azərbaycanın koronavirusla mübarizəsini alqışladı

5327    |   2020-06-03 20:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı Azərbaycanda yeni növ koronavirusla mübarizənin bütün dövlət qurumlarının koordinasiya olunmuş fəaliyyəti ilə çox yaxşı idarə edildiyini deyib.

"HaberGlobal” məlumat verir ki, H.Harmancı Azərbaycan hökumətinin COVID-19-la mübarizəyə çox tez başladığını, mart ayının əvvəllərindən etibarən sərhədləri bağlayaraq, məhdudiyyətlər tətbiq etdiyini, əhəmiyyətli addımlar atdığını bildirib.

İlkin tədbirlər sayəsində yoluxma sayının çox az olduğunu qeyd edən H.Harmancıhökumətin bu vaxtdan yeni xəstəxanaların tikilməsi və artıq fəaliyyətdə olan tibb müəssisələrininhazırlanması üçün istifadə etdiyini vurğulayıb.

H.Harmancı ÜST-lə Azərbaycan arasında çox yaxşı əməkdaşlığın olduğunu və ölkənin təşkilata iki dəfə 5 milyon dollar bağışlayaraq COVID-19-la mübarizəyə böyük əhəmiyyət verdiyini qeyd edib.

Obildirib ki, ölkədə hər birində 200 çarpayı olan altımodul tipli xəstəxana yaradılıb, 5 min yataq tutumu 7 minə çatdırılıb:

"Azərbaycanın sürətlə gördüyü işlərdən biri də tibbi ləvazimatların təmin edilməsidir. Hazırda Azərbaycanda fərdi qoruyucu, süni tənəffüs aparatı kimi vasitələrdə çatışmazlıq yoxdur. Depolarda hər şey var. Azərbaycan COVID-19-la bağlı prosesə çox ciddi yanaşdı. Ölkədə bu mənada çox yaxşı işlər görülüb. Operativ qərargah təşkil edilib. Bu, mübarizənin ən yüksək səviyyədə aparıldığını göstərir. Bir çox nazirlik bu operativ qərargahda bir araya gəlib, birgə işləyirlər. Bu, həqiqətən yaxşı yanaşmadır.

COVID-19 xəstəxanalarında ÜST-ün təşəbbüsü ilə aprel ayında başlayan nəzarətlə bağlı əsas bacarıqları gücləndirmək üçün "REACT-C19” adlı layihədən bəhs edən Harmancı bu çərçivədə Türkiyədə işləyən 19 azərbaycanlı həkimin vətənlərinə qayıdaraq, pandemiya ilə mübarizəyə dəstək verdiklərini deyib.

O, həmin həkimlərin ÜST tərəfindən koronavirusla əlaqədar hazırlanan "xəstəxanaya hazırlıq siyahısı” adlı sənəddən istifadə edərək, xəstələrin ağırlıq səviyyəsini təyin etməyə kömək etdiklərini, çatışmazlıqlarıxəstəxana rəhbərliyinə bildirdiklərini və fəaliyyət planı hazırladıqlarını qeyd edib.

Layihənin yarısının tamamlandığını deyən H.Harmancı həkimlərin təlim keçərək xəstəxanaların işçi gücünün artırmasına töhfə verəcəyini vurğulayıb. O, hökumətin məqsədəuyğun hesab etdiyi təqdirdəlayihənin iyundan sonra da davam edə biləcəyini deyib.

Pandemiya səbəbindən tətbiq olunan məhdudiyyətlərin tədricən yumşaldılmasını da qiymətləndirən Harmancı bildirib ki, bu xəstəlik il ərzində bizimlə olacaq:"Həm Azərbaycanda, həm də bütün dünyada məhdudiyyətlər qaldırılmağa başlandıqca, yoluxma sayının artması sürpriz olmamalıdır. Lakin yoluxma sayı artmaya da bilər. Bu, cəmiyyətin nə qədər tədbir görəcəyi ilə əlaqədardır. Əgər insanlar məhdudiyyətlərin aradan qaldırılmasına xəstəliyin olmaması kimi yanaşarsa, xəstə sayının daha da çoxalıb, sürətlə artdığını görəcəyik. İndi məsuliyyət cəmiyyətin üzərinə düşür, çünki dövlət və hökumətlər iqtisadi mənfəət və sağlamlıq baxımından balans yaratmalıdırlar. Bu mərhələdə insanlar mühüm rol oynayır. Ancaq qaydalara əməl edərək, xəstəliklə mübarizə apara bilərik”.



İmza:

Türkiyədə koronavirusdan sağalanların sayı 179 min nəfəri ötüb

Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

Koronavirusa tutulan baş redaktor sağalaraq evə buraxıldı

ÜST və tərəfdaşları Azərbaycanda REACT-C19 layihəsini yekunlaşdırıblar

Şahmar Mövsümov: Maska ilə bağlı problem yoxdur, dərman məsələsinə də nəzarət artırılacaq

TƏBİB sədri özəl xəstəxanaları həmrəyliyə çağırıb

TƏBİB: Virusa qarşı tətbiq edilən bəzi dərman preparatları təyinatsız alınır

Ramin Bayramlı: Naxçıvanda indiyə kimi 142 yoluxma aşkarlanıb, 126 nəfər sağalıb, 11 nəfər vəfat edib

TƏBİB: Bakıda çarpayıların doluluq səviyyəsi 80-85 faizə çatır

TƏBİB: Son vaxtlar gənclərdə və yanaşı xəstəliyi olmayan insanlarda da ölüm halları baş verir

Ramin Bayramlı: Karantin rejimi tətbiq etməsəydik, indiki yoluxma halı daha çox ola bilərdi

Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxdu, 395 nəfər sağaldı, 7 nəfər öldü

SON XƏBƏRLƏR
2020-07-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK