ANA SƏHİFƏ / TEXNOLOGİYA

28 may Respublika günü münasibətilə Azercell-dən şəhid və əlil ailələrinə sovqat

35795    |   2020-05-29 09:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Lider mobil operator bölgələrdə yaşayan şəhid, əlil və aztəminatlı ailələri sevindirdi.

Korporativ sosial məsuliyyət strategiyasının ayrılmaz hissəsi olaraq "Azercell Telekom” MMC Azərbaycan Milli Cümhuriyyətinin yaranması günündə ölkə vətəndaşları arasında xüsusi həssas təbəqələri yenə də diqqət mərkəzində saxladı. İmişli, Ağstafa və Şamaxı rayonlarından 1000-dən artıq Qarabağ əlilləri və Çernobl AES qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edən əlillərin ailələri, eləcə də aztəminatlı ailələrə şirkət tərəfindən ərzaq bağlamalarından ibarət bayram hədiyyələri paylanıldı.

Bu xeyriyyə təşəbbüsü zamanı da sovqatlar Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "Azərpoçt” MMC tərəfindən müxtəlif ünvanlara çatdırılıb. Qeyd edək ki, əlil və aztəminatlı ailələrin siyahısı yerli İcra Hakimiyyəti orqanları tərəfindən təqdim olunub.

Xatırladaq ki, bundan öncə də "Azercell Telekom” MMC həssas qrup kateqoriyasından olan insanlara qayğı və dəstək məqsədilə Novruz bayramı və Ramazan bayramı münasibətilə, eləcə də koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində 10 000-dən çox aztəminatlı və əlil üzvü olan ailəyə bayram sovqatı paylamışdı.

Eyni zamanda, lider mobil operator tərəfindən həyata keçirilən aksiyaların davamı olaraq Azercell əməkdaşları da xeyirxah təşəbbüsə qoşularaq öz töhfələrini veriblər. Belə ki, xüsusi karantin rejiminin tətbiq olunduğu bu müddət ərzində şirkət əməkdaşlarından ibarət "Azercell könüllüləri” dəstəyə ehtiyacı olan ailələri ziyarət edərək onları ərzaq məhsulları ilə təmin ediblər.

"Azercell Telekom” MMC bundan sonra da ölkəmizin əhalisinin ən həssas təbəqələrini diqqət mərkəzində saxlayaraq onlara sosial qayğı göstərməkdə davam edəcək.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi "Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G və test rejimində 5G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.




İmza:

Balansını artır, Azercell-dən “Umico”ya ikiqat keşbək qazan!

"Google" "Android" üçün iki yenilənmə buraxıb

“e-Tabib”lə yoluxmanın qarşısını al: Tətbiqdən istifadə edən Bakcell abunəçilərinə hədiyyə

"TikTok" ABŞ-da qadağan edilə bilər

Yaxın onillikdə ən çox yayılacaq kibertəhlükələr açıqlandı

Azercell-dən 4G MiFi cihazı və 3 aylıq 10GB internet cəmi 119 AZN-a!

Azərbaycanda 5G ajiotajı: Təhlükə nə qədərdir? - VİDEO

“Facebook” nifrət və ayrı-seçkilik məzmunlu reklamlar barədə ölçü götürəcək

“E-Təbib” koronavirusun yayılmasını azaltmağa kömək edir - VİDEO

Çin ABŞ-dan daha bir asılılığına son qoydu

İşimizi ASAN-laşdıran elektron ödənişlər - imkanlar və çağırışlar

Azercell-lilər bir ay ərzində rəqəmsalgünləri birlikdə qeyd edəcək - VİDEO

SON XƏBƏRLƏR
2020-07-11
2020-07-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK