ANA SƏHİFƏ / GÜNDƏM

Firdovsi Umudov: “5-ci kolon”a xidmət edənlər barəmdə təxribata cəhd edirlər”

11442    |   2020-05-24 18:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bəzi KİV-lərdə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov haqqında təxribat xarakterli "Həbs olunan DSX polkovnikinə federasiyanın vitse-prezidenti "krışa”lıq edirmiş? – ŞOK TƏFƏRRÜAT” başlıqlı məqalə yazılıb.

Oxu.Azxəbər verir ki, F.Umudov özü və ailəsi barədə yazılanlara "Facebook” səhifəsində münasibət bildirib.

"Vəzifəsindən asılı olmayaraq, dövlətin qanunlarını pozmağa heç kimin ixtiyarı yoxdur. Mən hər zaman dövlətimə, onun qanunlarına, Heydər Əliyev ideyalarına, Ali Baş Komandanımız cənab İlham Əliyevə sadiq bir vətəndaş və idmançı zabit olaraq qanun qarşısında cavabdehlik daşıyıram. Özüm də daxil olmaqla, kimliyindən və vəzifəsindən asılı olmayaraq, dövlətin qanunlarını pozmağa heç kimin ixtiyarı yoxdur. Hər bir şəxs öz əməllərinə cavabdehdir və bu səbəbdən mən bacımın həyat yoldaşının etdiklərinə görə məsuliyyət daşımıram. Əgər onun etdiklərində cinayət tərkibi varsa və bu sübuta yetiriləcəksə, o zaman cəzasını çəkməlidir”.

F.Umudovbarəsində yazılanlarıqəti şəkildə təkzib edib və ona qarşı bu təxribatların"5-ci kolon”a xidmət edənlərin işi olduğunu deyib:

"Yazı müəllifi jurnalist etikasına uyğun olaraq, mənim də mövqeyimi öyrənməyə borclu olsa da, bunu etməyib. Üstəlik, hər hansı bir sübut olmadan adımı etmədiyim işlərdə hallandırdığı, bununla da ictimai və zabit nüfuzuma zərbə vurduğu üçün məsələnin hüquqi müstəvidə həll ediləcəyinə, bu çirkin iftiraların əsassız olduğunu sübuta yetirəcəyimə kimsənin şübhəsi olmasın. Ölkəmizdə "5-ci kolon”a xidmət edənlər, mahiyyətini, xarakterini təfriqəçilik təşkil edənlər F.Umudovun vətəninə, dövlətinə, bayrağına şərəfli xidmətindən narahtdırlar.

Belə bir yazının sifarişçilərinin də kim olduğunu kifayət qədər yaxşı bilir və onlara bunu demək istəyirəm: Mən sizdən fərqli olaraq heç zaman əqidəmi dəyişmədim. Belə sifarişli yazılarla mənə zərbə vuracağınızı düşünürsünüzsə, yanılırsınız. Əksinə, bununla siz öz iç üzünüzü bir daha ortaya qoyursunuz. Hamı məni və sizi çox yaxşı tanıyır”.

O, atası barəsində yazılanlara da münasibət bildirib: "F.Umudovun atası sövdələşməyə gedib” deməklə qanunlarımıza həqarət etmiş olunur. Belə şər-böhtan tipli yazılarla Azərbaycanı ictimaiyyətə qanunun işləmədiyi bir ölkə kimi təqdim etməyə səy göstərilir. İllərdir, ən ali səviyyədə Azərbaycanın hüquqi və demokratik ölkə olması dəfələrlə bəyan edilib. Necə olar bilər ki, qanun, hüquq ölkəsində yaşlı bir kişi "sövdələşmə”yə getsin? Atam, babam, hətta ulu babam da əkinçilik və maldarlıqla məşğul olub. Bu gün də atam həmin işlərlə məşğuldur. Sadə, siravi, əməksevər bir kəndlidir. Öz mal-qarası ilə məşğul olan bir adamdır. Bunu Qazaxda yaşayan hər bir kəs bilir".

Qeyd edək ki, Firdovsi Umudov da öz növbəsində dövlət tərəfindən verilən mükafatı xalqı ilə daim bölüşüb, bölüşür. Koronavirus pandemiyasının tüğyan etdiyi dönəmdə bunun canlı şahidi olduq. O, çoxsaylı imkansız, yoxsul ailəyəqucağında yardım daşıyıb.




İmza:

Nazirlik ağac kəsənlərlə bağlı polisə müraciət etdi

Nazir: Xüsusi karantin rejiminin pozulması halları hələ də qeydə alınır

İlham Əliyevin rəsmi "Facebook" səhifəsində polis günü münasibətilə paylaşım edilib

Mehriban Əliyeva polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

“Bu, karantin rejiminin daha da sərtləşdirilməsi deməkdir” - DİN-dən AÇIQLAMA

Könüllü qəhrəmanların növbəti görüşü baş tutub

SOCAR icranın məlumatını təkzib etdi - Açıqlama

İcazəsi olmayan nəqliyyat vasitələri videomüşahidə kameraları ilə müəyyən ediləcək

Nazir yeni inşa edilən binaların açılışında - Foto

Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsait açıqlandı

DİN-in bir qrup əməkdaşı təltif edildi - SİYAHI

Türkiyədə İç İşləri Bakanlığı Azərbaycana məxsus təşkilatı rəsmi qeydiyyata aldı

SON XƏBƏRLƏR
2020-07-02
2020-07-01


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.24%)
Pullsuz (11.76%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK