ANA SƏHİFƏ / SİYASƏT

Deputat: “DOST mərkəzlərinin coğrafiyasının genişlənməsi sosial təminat siyasətinin tərkib hissəsidir”

5133    |   2020-05-22 20:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Azərbaycanda DOST mərkəzlərinin fəaliyyətə başlaması sosial sahədə görülən işlərin və aparılan islahatların əyani təzahürüdür. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan DOST layihəsi əslində əmək, məşğulluq, sosial müdafiə, eyni zamanda şəffaflığın artırılması kimi mühüm məqsədlərə xidmət edir”.

Bunu Trend-ə Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

K.Nurullayeva bildirib ki, bir neçə gün əvvəl Nizami rayonunda fəaliyyətə başlayan 3 saylı DOST mərkəzi də ölkəmizdə həyata keçirilən sosial təminat siyasətinin davamıdır:

"Məhz bu mərkəzin fəaliyyətə başlaması ilə il ərzində ümumilikdə 150 mindən artıq vətəndaşa sosial xidmət göstəriləcək. Üstəlik, bu mərkəzlərdə sosial xidmətlərin keyfiyyəti də yüksək səviyyədədir və həmin xidmətlər bütün əhali təbəqələrini əhatə edir. Yəniburada da ünvanlılıq və əlçatanlıq prinsipləri tam qorunur.

Bu gün bütün vətəndaşlar dövlətin diqqətindədir. Xüsusilə, cəmiyyətin həssas təbəqəsinin üzvləri xüsusi qayğı ilə əhatə olunublar. Təsadüfi deyil ki, bu günə qədər 7 600 şəhid ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Cənab Prezident də vurğuladı ki, bu il eyni zamanda 1 500 şəhid ailəsinə mənzillərin verilməsi nəzərdə tutulur, maksimum iki il ərzində bütün şəhid ailələri dövlət tərəfindən evlərlə təmin ediləcək. Biz eyni diqqət və qayğını pandemiya dövründə də müşahidə edirik. Belə ki, dövlət sektorunda fəaliyyət göstərən 900 min insanın əməkhaqqı tam, özəl sektorda təxminən 700 min insanın əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilib, 600 min insana sosial yardım verilib. Bu, bir daha onu göstərir ki, ölkəmizdə dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.

Deputatın sözlərinə görə, DOST mərkəzlərinin ölkə üzrə coğrafiyası daha da genişlənəcək. Bu mərkəzlərin fəaliyyətə başlaması həm sosial xidmətlərin əhatə dairəsinin genişlənməsi, həm də vətəndaş məmnunluğunun təmin olunması və ən əsası, yeni iş yerlərinin yaradılması deməkdir:

"Yeni iş yerlərinə isə nəticə etibarilə intellektual, peşəkarlıq baxımından ən yüksək meyarlara cavab verən gənclər cəlb olunur ki, bu da ölkəmizdə insan kapitalının sistemli və effektiv idarə edilməsinin göstəricisidir”.




İmza:

“Artıq nakişi olmaqdan bezmişik, kütləvi qeyrətsizləşmə başa çatmaq üzrədir...”

İlham Əliyev: Azərbaycanın bu çətin gündə Moldovaya həmrəylik göstərməsi təbiidir

Ağstafaya yeni icra başçısı təyin olundu - SƏRƏNCAM

Azərbaycanla Fransa arasında əməkdaşlıq yüksək səviyyədədir

İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul edib - YENİLƏNİB

Adil Əliyev: ABŞ-ın maraqları Azərbaycanla strateji tərəfdaşlığı diktə edir

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

Prezident İlham Əliyev: Azərbaycanda 30-dan çox DOST mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur

Azərbaycanda koronavirus və karantin rejimi ilə bağlı son vəziyyət açıqlanıb - VİDEO

Gürcüstanın dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

ABŞ koronavirus səbəbilə G7 sammitinin vaxtını dəyişdi

Leyla Abdullayeva: Ermənistan baş nazirinin Ramazan bayramı münasibətilə təbriki riyakarlığın ən yüksək səviyyəsidir

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Prezident İlham Əliyevi təbrik edib

Elmar Məmmədyarovun Türkiyəli həmkarı ilə telefon danışığı olub

ABŞ Səfirliyi azərbaycanlıları Ramazan bayramı münasibəti ilə təbrik edib

Gürcüstandan Ermənistana növbəti cavab: “Xoşunuza gəlmirsə, alternativ yollardan istifadə edin”

Kamran Bayramov: Karantin qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilməlidir

Tacikistan dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Prezident İlham Əliyev İordaniya Kralını təbrik edib

Ermənistanın Şuşa təxribatına Türkiyədən - RƏSMİ MÖVQE – VİDEO

Ərdoğanla Tramp arasında telefon danışığı baş tutub

Adil Əliyev seçicilərin növbəti qəbulunu keçirib - FOTO

SON XƏBƏRLƏR
2020-05-25
2020-05-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK