ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Bakıda 14 əsrlik unudulmuş abidə ilə bağlı nazirlikdən RƏSMİ AÇIQLAMA

6352    |   2020-05-18 20:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ötən gün paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 14 əsrlik abidə barədə məlumatvermişdik.

Mədəniyyət Nazirliyi tərəfindən məsələyə qısa zamanda reaksiya verilib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz HüseyliOxu.Az-ın sorğusunu cavablandırıb.

O bildirilib ki, Bilgəh qəsəbəsindəki sözügedən ərazi illər əvvəl satılıb:

"Bilgəh qəsəbəsində yerləşən qalanın ərazisi 20-30 il öncə satılıb. Ərazi tamamilə yaşayış evlərinin əhatəsindədir. Ölkə əhəmiyyətli tarixi abidənin xəritəsi, mühafizə zonası da olmayıb.

Dövlət Xidməti tərəfindən həyata keçirilən abidələrin monitorinqi zamanı qalanın koordinatları qeyd olunub. Qalanın yerləşdiyi ərazinin mülkiyyətçisi olan şəxslə də abidənin qorunması ilə bağlı söhbət aparılıb.

Abidənin yerləşdiyi ərazidə mühafizə zonasının yaradılmasına, ziyarətçilərin gediş-gəlişinin təmin olunmasına və qalanın bərpa olunmasına ehtiyac var. Artıq bununla bağlı yerli icra orqanlarına müraciətolunub”.




İmza:
SON XƏBƏRLƏR
2020-05-24
2020-05-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK