ANA SƏHİFƏ / YAZARLAR

İsraillə niyə düşmən olaq?! - Emin Piri yazır

20377    |   2020-05-15 09:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yaxın 10 ildə baş verən hadisələri izlədikdən sonra bir daha əmin olursan ki, hansısa qüvvələr Azərbaycan-İsrail, türk-yəhudi millətləri arasında bilərəkdən nifaq toxuma səpməyə çalışır. Özü də bütün bunlar elə bir formada və səs-küylü informasiyalarla aparılır ki, ölkələrin diplomatik əlaqələrindən xəbərin olmasa, düşünə bilərsən ki, bir millətin digərinə qarşı soyqırımı baş verib. Bu tendensiya get-gedə daha da artmaqdadır. Xüsusən, qonşu ölkələr islamçı qüvvələrin uzun müddət hakimiyyətdə olması, yürütdüyü xarici siyasət bizim ölkədə də bəzi dindarlara təsirsiz ötüşmədi söyləsək yalan olar.

Azərbaycanla İsrail arasında mehribanlıq, dostluq və beynəlxalq əməkdaşlığın olması niyə bu qədər etirazla qarşılanmalıdır? İstər dərininə, istərsə də eninə getdikdə bütün baş verənlərin heç də dini mübahisə olmadığını anlamaq çətin deyil.

Azərbaycan-İsrail arasındakı ticarət dövriyyəsi 4 milyard dollar ətrafında dəyişir və İsrail dövlətinin neftə olan tələbatının 20%-ə qədərini Azərbaycan ödəyir. İsraildən alınan milyardlarla dollarlıq silah-sursat digər silah alverçisi olan dövlətləri narahat edir. Çünki İsrailə axan pullara təbii ki, həmin dövlətlər sahib olmaq istərdi. Müasir silahları kənara qoyub həmin narazı ölkələrin geridə qalmış silahlarını almaq da ağılsızlıq olardı.

Türk və yəhudi millətləri arasında tarixi bir uçurum yaratmaq istəyənlərə sadəcə iki-üç tarixi misalla cavab vermək olar. Diqqətlə izləsək, Orta Doğudakı bütün xalqlar arasında müəyyən dövrlərdə münaqişələr və aramsız savaşların baş verdiyini görərik. Türk və yəhudi xalqları arasındasa bunu qabarıq şəkildə sezmək mümkün deyil və rast gəlinməmişdir desək, yanılmarıq. Əksinə, bu xalqlar bir yerdə hər zaman dinc şəraitdə yaşayıblar. Müəyyən dönəmlərdə türklər yəhudiləri qoruyub və onların öz dövlətlərində yaşamasına şərait yaradıblar. Məhz səlib yürüşləri zamanı Roma papasının çağırışı ilə Yaxın Şərqi yəhudi və müsəlmanlardan təmizləmək planı türk sərkərdələrinin qəhrəmanlığı nəticəsində iflasa uğradı. 1264-cü ildə son səlibçilər yaxın şərqdən qovuldular. 16-cı əsrdəsə İpaniyada yəhudilərin soyqırımı başlarkən Osmanlı dövləti onlara sığınacaq verdi. Bəs indi nə baş verir, cənablar?

Azərbaycanlı və yəhudiləri kobudcasına məzar qardaşları da adlandırmaq olar. Məhz, bu 1918-ci il mart soyqırımı zamanı milliyətcə türk mənşəli əhaliylə yanaşı minlərlə yəhudinin öldürülərək, azərbaycanlılarla toplu şəkildə bir yerdə basdırılmasıdır. Buradan da görmək olar ki, azərbaycanlıları türklərdən sonra ermənilərə qarşı birləşdirən ikinci birlik yəhudi amilidir.

Hazırda Azərbaycanda 10 mindən artıq yəhudi yaşayır. Müəyyən dövrlərdə, xüsusən İsrail dövləti qurulduqdan sonra on minlərlə yəhudi oraya köçməli oldu. Indinin özündə İsraildə on minlərlə insan ya Azərbaycan əsillidi, ya da buradakı insanlarla qohumluq, dostluq əlaqələri var. Bu faktın özü göstərir ki, hazırda İsraildə yüz minlərlə azərbaycansevər var. Elə Avrovisionla əlaqəli bir faktı demək yerinə düşər ki, bu, sübut olunsun. Hər il maraqlıdır ki, bu müsabiqədə İsrail xalqı maksimal ballarını azərbaycanlı iştirakçıya verir. Hər il təkrarlanan bu fakt heç də təsadüfdən yaranmır. Ümumiyyətlə, dünyada heç bir siyasi gediş təsadüfi hadisələrdən ibarət olmur. Özü də bu, dövlətlərarası münasibətdirsə. Hətta, qeyd etdiyimiz faktlar olmasa da Azərbaycanın orta doğudakı projelərdə iştirakı üçün bu müttəfiqliyin olması zərurətdir. İsrailinsə bu bölgədə istər siyasi, istər iqtisadi formalarda hansı nüfuza malik olmasını görüb də bu müttəfiqlikdən qaçmaq da özünə vurulan zərbədən başqa bir şey deyildir.

Qonşu ölkə rəhbərliyi hər çıxışında İsrail dövlətini məhv etməyə çağırır və hər bir yolla onunla iqtisadi, siyasi əlaqə yaradanları hədələyir. Həmin ölkə ki, 40 milyon azərbaycanlı orada siyasi əsirdir. Həmin diplomatlar ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistana qardaşcasına qucaq açır. Elə isə kimə inanmalı?

Gözdən qaçmayan daha bir məqam: müxtəlif beynəlxalq konfranslarda azərbaycanlıların haqq səsinin dünya ölkələri tərəfindən eşidilməsində İsrail diplomatlarının böyük xidməti olub. Bunu daha çox xalqımızın ağrılı yeri olan Qarabağ məsələsi ilə bağlı dinləmələrdə vəİranın Azərbaycanın daxili işlərinə qarışmaq cəhdində bulunduğu məqamlarda müşahidə etmişik.

Əgər bütün münasibətlər müsəlmanlıq üzərində qurulmalıdırsa və ərəb ölkələri ilə arasında olan münaqişəyə görə İsraildən imtina edilməlidirsə, Suriya, Livan və digər müsəlman ölkələrində erməni terroristlərin yetişdirilməsinə nə ad verək?

Təbii ki, bütün arqumentlərə baxmayaraq hər zaman İsraili lənətləmək üçün bir şeylər tapacaqsınız.



İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-05-25
2020-05-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK