ANA SƏHİFƏ / İDMAN

"Azərbaycanda bir mövsüm yarımçıq qalsa, heç nə olmaz"

7263    |   2020-05-06 22:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Əslində əvvəldən elə düşünürdüm ki, karantinin bitmə vaxtı dəqiqləşməli və ondan sonra plan tərtib olunmalı, fikir bildirilməlidir. Peşəkar Futbol Liqasının klublara mayın 5-dən məşqlərə başlayacaqlarını və çempionatın təxmini nə vaxt bərpa olunacağını söyləməsi məni bir qədər təəccübləndirdi. Belə başa düşürəm ki, məsləhətləşiblər və ya əllərində bu cür məlumat var ki, qərar verirlər. Dəqiq bilinmirsə, təxmini məlumat verməyin nə mənası var? Çünki bir ay gözləmişdilərsə, yenə gözləyə bilərdilər".

Bu sözlərifutbol agenti Səbuhi Səfiyarlı Azərbaycan Premyer Liqasının aqibəti barədə danışarkən deyib.

Keçmiş klub rəsmisi planlarda dəyişikliyin baş verməsinin mümkünlüyünü vurğulasa da, hələ dəqiq heç nəyin bilinmədiyini sözlərinə əlavə edib:"Hazırda nə isə demək çox çətindir. Amma ehtimal etsək ki, komandalar mayın 31-dək məşqə çıxmayacaqlar, ondan sonra mövsümü başa vurmaq çox çətin olacaq. Mayın 31-də məşqlərə başlasalar, futbolçulara hazırlıq prosesi üçün minumum 3 həftə lazım olacaq. Qış transfer fasiləsində də hazırlıq üçün bu qədər müddət verilir, amma həmin vaxt oyunçuların istirahət müddəti az olur, cəmi 15-20 gün dincəlirlər. Onlar tətildə olsalar belə, aktiv həyat yaşayırlar. Amma indiki halda hamısı evdədir, sadəcə, məşqlər edirlər. Bu da onların fiziki durumuna əvvəlki kimi təsir etmir. Bu səbəbdən, 3 həftə də hazırlıq üçün bəs etməyə bilər".

Səfiyarlı belə olacağı təqdirdə, çempionatın iyunun sonunda başlaya biləcəyini söyləyib:"Onda çempionat iyulun sonu və ya avqustda bitə bilər. Bilmirik ki, UEFA avrokuboklarda yeni mövsümü nə vaxt başlamaq istəyir. Hələ mən isti hava ehtimalından danışmıram, axşam saat 9-da da oynamaq olmur. Çempionat gec bitsə, transfer və müqavilə məsələləri də olacaq ki, bunları da həll etmək lazımdır. Transferləri avqust-sentyabra çatdırmaq mümkün olmayacaq. Hələ yeni mövsüm də başlamalıdır. Onun da startı sentyabrın sonu və ya oktyabra qədər gedib çıxacaq. Bütün planlar qarışacaq. Mayın 11-ni gözləmək lazımdır, məhz həmin gün bəzi Avropa ölkələrində karantinin yumşalma ehtimalı var. Bizdə də bəzi yumşalmalara gedilsə və klubların məşqinə icazə verilsə, onda bəlkə nəsə çatdırmaq olar. Mayın sonuna qalacaqsa, mövsümü davam etdirməyə ehtiyac olmayacaq".

Keçmiş menecer bildirib ki, məşqə mayın 31-də başlamaqdansa, mövsümü yekunlaşdırmaq daha yaxşı olar: "Bizim çempionatda bir mübahisəli məsələ var: Avrokuboklara vəsiqə qazanan 4-cü komanda kim olacaq? "Qarabağ"ın çempionluğuna heç kim etiraz etməz, daha doğrusu ədalət pozulmaz. İkinci "Neftçi" və üçüncü "Keşlə" olsa, yenə düzgün qərar olar. Çünki müəyyən xal fərqi ilə irəlidədirlər. Həm də ikinci və ya üçüncü yeri tutmağın əhəmiyyəti yoxdur, çünki hər ikisi avrokuboklara eyni mərhələdən başlayır. Sadəcə, 4-cü vəsiqəyə iddia edən neçə komanda var. Ölkə kubokunun yarımfinalında olanları da bura aid etməliyik. Mövsüm tez yekunlaşsa, 4-cü vəsiqənin sahibi mübahisəli məsələ olacaq".

Səfiyarlı FIFA-nın təklif etdiyi "yaz-payız" sxeminin Azərbaycan çempionatına uyğun olub-olmadığı barədə isə bunları deyib: "Bizdə çox uzun illər əvvəl belə çempionat olub. Qazaxıstanda, şimalda və Skandinaviya ölkələrində bu sistemlə oynayırlar. Çünki onlar martda başlayır və noyabrda bitirirlər. Yəqin ki, bu mövsümü uzadıb, noyabrda yekunlaşdırmaq istəyirlər. Çünki Çempionlar Liqası, Avropa Liqası biz deyən kimi iyul, avqustda bərpa olunsa, oktyabr-noyabrda bitəcək. Sonra isə yeni mövsüm martda başlayacaq. Azərbaycan tarixində də qısa çempionat olub. Səhv etmirəmsə, bu, 1993-cü ildə baş tutub".

İstənilən halda, futbol agenti mövsümü yekunlaşdırmağın mümkünlüyünü vurğulayıb: "FIFA-nın irəli sürdüyü təklifi inanmıram ki, qəbul etsinlər. Onda da çox şey qarışacaq və yayda oynamağa məcbur qalacaqlar. Ölkələrin çoxunda isə bu, mümkün deyil, öyrəniblər ki, yayda tətilə getsinlər. Şimal ölkələri ona görə edirlər ki, qış onlarda çox sərt keçir, oktyabrdan sonra oynamaq çətindir. Bizim ölkədə yayda 40 dərəcədə futbol oynamaq mümkünsüzdür, Avropa ölkələri bunu qəbul etməz. Bu qədər hadisələrin içində bir mövsüm yarımçıq qalsa, heç nə olmaz".

Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb. Peşəkar Futbol Liqası daha əvvəl mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb. Amma karantin rejiminin mayn 31-dək uzadılması futbola tətbiq olunan qadağanın qüvvədə qalmasına səbəb olub.(Report)




İmza:
SON XƏBƏRLƏR
2020-05-28
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK