ANA SƏHİFƏ / SİYASƏT

Elmar Məmmədyarov: Ermənistanın Dağlıq Qarabağda qanunsuz fəaliyyətini pisləmək kifayət deyil

9469    |   2020-04-18 15:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ermənistanın Dağlıq Qarabağda qanunsuz fəaliyyətini pisləmək kifayət deyil, bu bəyanatlara uyğun hərəkət etmək lazımdır.

Bunu Xarici İşlər naziri Elmar Məmmədyarov "The London Post" qəzetinə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, Ermənistan tərəfindən davam edən hərbi işğal və Azərbaycan ərazilərinin etnik təmizlənməsi fonunda Azərbaycanın işğal olunmuş ərazilərində qondarma "seçkilər"in keçirilməsi Azərbaycan Konstitusiyasının, o cümlədən BMT Nizamnaməsi və 1975-ci il Helsinki Yekun Aktı, eləcə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin açıq şəkildə pozulmasıdır və buna görə də heç bir hüquqi qüvvəyə malik olmayacaq.

E.Məmmədyarov xatırladıb ki, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində keçirdiyi "seçkilər"lə bağlı bəyanat verib və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində seçkilərin yalnız Azərbaycanın Konstitusiyası çərçivəsində və bölgənin bütün əhalisinin tam iştirakı ilə keçirilə biləcəyini vurğulayıb:

"Belə seçkilər isə yalnız erməni işğalçı qüvvələrinin geri çəkilməsindən, qovulan azərbaycanlı əhalinin öz doğma yerlərinə qayıtmasından və bölgənin erməni və azərbaycanlı icmaları arasında dialoq, eləcə də əməkdaşlığın bərpasından sonra mümkün olacaq”.

Nazir vurğulayıb ki, əvvəllər olduğu kimi, bu dəfə də beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş ərazilərində qondarma "seçkilər"i qəti şəkildə rədd edib və bunun qeyri-legitimliyini elan edib: "Bu sırada Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, NATO, Türk Şurası, GUAM, TÜRK PA və digər beynəlxalq təşkilatlardan, eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədrlərindən və çoxsaylı dövlətlərdən gəlmiş ayrı-ayrı bəyanatları qeyd etməliyik. Əlbəttə ki, bu qanunsuz hərəkətləri pisləmək kifayət deyil, bu bəyanatlara uyğun hərəkət etmək lazımdır, yəni beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin icrası vacibdir. Azərbaycanın səyləri bunun üçündür və bu, regionda davamlı sülhü, təhlükəsizliyi və sabitliyi təmin etmək üçün lazımdır”.

E.Məmmədyarov Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə, habelə beynəlxalq ictimaiyyətin birmənalı mövqeyinə əsaslanaraq, 20 ildən çoxdur sülh danışıqlarında iştirak etdiyini diqqətə çatdırıb: "Əldə etmək istədiyimiz şey regionumuzda əmin-amanlıq və firavanlıqdır. Çoxdan gözlənilən sülhü təmin etmək isə yalnız münaqişənin nəticələrinin aradan qaldırılmasından, erməni işğalçı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmasından və köçkün Azərbaycan əhalisinin öz evlərinə qayıtmasıdan sonra mümkündür. Ümumiyyətlə, Azərbaycanın Konstitusiyasına və ölkənin müvafiq qanunvericiliyinə əsasən, seçkilərin nəticələrini Konstitusiya Məhkəməsi təsdiq edir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qondarma "seçkilər" keçirilməsində ölkə Konstitusiyasının və qanunlarının pozulması o qədər aşkardır ki, Konstitusiya Məhkəməsi bu "seçki"ni nəzərə almadı”.

Nazir əlavə edib ki, Azərbaycanın beynəlxalaq münasibətlərin aparıcı iştirakçılarından gözləntisi BMT Thlükəsizlik Şurasının tələblərinin icrası ilə bağlıdır:

"Bu gün Azərbaycanın işğal olunmuş ərazilərində demoqrafik, mədəni və fiziki xüsusiyyətlərini dəyişdirmək məqsədi ilə məqsədyönlü fəaliyyət aparılır. Bu cür hərəkətlər, o cümlədən qondarma "seçkilər" beynəlxalq hüquq normalarının və müvafiq beynəlxalq konvensiyaların açıq şəkildə pozulması deməkdir. Aydındır ki, bu cür siyasət və təcrübələr heç bir halda münaqişənin sülh yolu ilə həllinə nail olmaq məqsədləri ilə uzlaşmır və geniş beynəlxalq ictimaiyyətin BMT Nizamnaməsində təsbit edilmiş qaydalara əsaslanan dövlətlərarası münasibətlərin norma və prinsiplərinə uyğun olaraq təxirəsalınmaz tədbirlər görməsini tələb edir".(trend)




İmza:

“Artıq nakişi olmaqdan bezmişik, kütləvi qeyrətsizləşmə başa çatmaq üzrədir...”

Ağstafaya yeni icra başçısı təyin olundu - SƏRƏNCAM

İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul edib - YENİLƏNİB

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

Adil Əliyev: ABŞ-ın maraqları Azərbaycanla strateji tərəfdaşlığı diktə edir

Prezident İlham Əliyev: Azərbaycanda 30-dan çox DOST mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur

İlham Əliyev: Azərbaycanın bu çətin gündə Moldovaya həmrəylik göstərməsi təbiidir

Gürcüstanın dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Azərbaycanla Fransa arasında əməkdaşlıq yüksək səviyyədədir

Sinqapurun dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Çinin baş naziri: ABŞ-la münasibətlər yeni çətinliklərlə üzləşib

Pakistanın Baş Naziri Prezident İlham Əliyevi təbrik edib

İran XİN Azərbaycan xalqını təbrik edib

Türkiyə Prezidenti Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik etdi

Adil Əliyev: Şərqdə ilk Cümhuriyyətin Azərbaycanda qurulması təsadüfi hadisə deyildi

Türkiyə səfirliyi Azərbaycanı Respublika günü münasibətilə təbrik edib

Putin finlandiyalı həmkarı ilə koronavirusa qarşı mübarizədə əməkdaşlığı müzakirə edib

Vladimir Zelenski Prezident İlham Əliyevə telefonla zəng edib

Bir sıra hökumət başçıları Baş Nazir Əli Əsədova təbrik məktubu göndəriblər

Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib

Rusiyalı deputat: Bu gün Azərbaycan ən nüfuzlu və sürətlə inkişaf edən dövlətlər sırasına daxildir

Vladimir Zelenski Prezident İlham Əliyevi təbrik edib

SON XƏBƏRLƏR
2020-05-28
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK