ANA SƏHİFƏ / YAZARLAR

Dostların Bəxşeyişi

Qonşumuz pis olanda köçürük. Bəs bəxtimizə yaxşı qonşu düşəndə nə etməli?

66693    |   2013-05-25 00:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Yeni yüzil" adında nakam bir qəzetimiz vardı. Bəxşeyiş Əsgərovun adını ilk dəfə həmin redaksiyada çalışanda eşitdim. Baş redaktorumuz Gündüz Tahirli görkəmli alimimiz Azad Mirzəcanzadə ilə qəzet üçün geniş müsahibə hazırlanmasını istəyirdi. Hər dəfə planlaşdırmada bu barədə söhbət düşəndə gözlər Müsəllim Həsənova dikilirdi. İstedadla qələmə aldığı yazılarında konkretliyi sevən Müsəllim bəy rəsmi qurumların birində mətbuat xidmətinin rəhbəri olmağın dadını çıxarıb gələndən sonra uzunçuluqla arası yox idi. Danışanda da məsələyə konkret nöqtə qoyurdu. Müsahibə məsələsindən söz düşəndə deyirdi ki, Azad Mirzəcanzadədən razılıq almağı ancaq Bəxşeyiş Əsgərov bacarar.

Səhifələrindəki imzalardan göz qamaşan "Yeni yüzil"in ömrü nakam qırıldığından Gündüz Tahirlinin arzuladığı müsahibə alınmadı. Lakin Bəxşeyiş müəllimin adı yaddaşımda həmişəlik qaldı. Mənim üçün çox maraqlı idi. Azad Mirzəcanzadə kimi canlı elm korifeyini müsahibə verməyə razı sala bilən bu igid kim ola?

Çox keçmədi ki, adını eşitdiyim igidin üzünü də gördüm. Dostlarından yarıyan bəxtəvərəm də. Müsəllim Həsənli, Mahir Qarayev, İlham İsmayıl, Yaşar Əliyev, Yusif Rzayev, Fəxri Uğurlu, Hikmət Sabiroğlu kimi dəyərli dostların sayəsində Bəxşeyiş Əsgərovla tanışlığım başladı. Bir yerdə işığını yandırmağa getmədiyimiz restoran qalmadı. O, biz dostların sevincinə ən çox sevinənlərdən, dar günümüzdə özünü ən tez yanımıza çatdıranlardandı. O, biz dostların Bəxşeyişidi.

Günlərin birində qonşudan yarımaq da bəxtimə düşdü. Kirayə tutduğum evin Bəxşeyiş müəllimgilin məhəlləsində olduğunu öyrənəndən sonra o qədər sevindim ki. Niyə də sevinməyim? Qayda-qanunla dostlarımız arasında Bəxşeyişə ən yaxın mən hesab olunuram. Müsəllim, Mahir, Fəxri, Hikmət... Biri Bakının yuxarısında olur, o biri aşağısında. Dostlar mənə qibtə etməli idilər. Amma heç nə edə bilmədilər....

Dostum və qonşum Bəxşeyiş müəllimin evində Azərbaycanın tarixi şəxsiyyətləri, elm və sənət adamları qonaq olub. Onun evi bu gün də qonaq-qaralıdı. Bəxşeyiş müəllimin ömür-gün yoldaşı, dəyərli ziyalımız Şəlalə xanımın açdığı süfrənin ətrafına yığışmağın ayrı ləzzəti var. Tuncər, Nursel məhz belə ailədə tərbiyə alıblar.

Bizim Turan hər gün Bəxşeyiş əmisi ilə, Şəlalə xanımla görüşmədən evə gəlməz. Arada Turana qibtə eləmək istədim, lakin gördüm heç nə edə bilmirəm.

Dədə-babalarımız pis qonşudan qurtulmağın yolunu çox sadə şəkildə göstəriblər- köç qurtar. Bəs bəxtimizə Bəxşeyiş kimi gözəl qonşu düşəndə görən nə etmək lazımdı?

Yazının əvvəlində elm və fikir nəhəngi Azad Mirzəcanzadəni təsadüfən xatırlamadım. Dostumuz Bəxşeyiş uzun illər bu böyük şəxsiyyətlə çiyin-çiyinə çalışıb. Azad müəllimin ötən əsrin lap sonlarında yazdığı "XXI əsrə aparan yollar" kitabının ərsəyə gəlməsində də Bəxşeyiş müəllimin çox böyük zəhməti var.

Bəxşeyiş müəllim içi söz və işıqla dolu insandı. Onunla görüşüb saatlarla söhbət etmək, uzun yol getmək olar. Çünki heç vaxt yorulmayacaqsan. Əksinə rahatlıq tapacaq, mənən zənginləşəcəksən. Bəxşeyiş müəllim barədə düşünəndə yadıma görkəmli alim, bədii əsərləri sərhədlərimizi çoxdan aşan Kamal Abdullanın bir fikri gəlir - "Müdrikliyi sevən sözü də sevməlidir. Söz müdrikliyin yaşama məkanıdır. Və sözü sevən müdrikliyi sevməlidir. Yaşama məkanı cansız ola bilməz".

Bu gün əziz dostumuz və mehriban qonşum Bəxşeyişin 50 yaşı tamam olur. Bəxşeyiş Əsgərov düz 50 il öncə mayın bu günündə Ağdamın Qaradağlı kəndində dünyaya gəlib.

Arxada qalan bu illərdə Baxşeyiş Əsgərov elmi işçi də olub, Prezident Aparatının baş məsləhətçisi də. Bu gün Bakı Dövlət Universitetinin hüquq fakültəsində dərs deyir, Mərkəzi Seçki Komissiyasının üzvüdü.

Baxşeyiş 50 ili ləyaqətlə yaşayıb. Ləyaqətlə də yaşayır. Önəmlisi olanı budur...

Etibar Cəbrayıloğlu



İmza:

YAZARIN ARXİVİ

2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-07-18
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK