ANA SƏHİFƏ / SİYASƏT

Prezident: “Pandemiya Azərbaycanda geniş vüsət alarsa, bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır”

13347    |   2020-03-31 17:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Bu gündən etibarən qüvvəyə minmiş məhdudlaşdırıcı tədbirlərə hər bir vətəndaş əməl etməlidir. Əminəm ki, əgər insanlar özlərini məsuliyyətli apararlarsa və özünütəcrid qaydalarına əməl edərlərsə, biz bu xəstəliyin geniş yayılmasının qarşısını ala bilərik”.

Bunu Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.

Ölkə başçısı bildirib ki, indi dünyanın müxtəlif yerlərində nələr baş verdiyini yaxşı görürük.

"Dünyanın və Avropanın aparıcı ölkələrində, demək olar ki, vəziyyət nəzarətdən çıxır. Ən inkişaf etmiş ölkələrdə hər gün minə yaxın insan vəfat edir. Tibb personalları artıq lazımi xidmət göstərməkdə çətinlik çəkir. Xəstəxanalar doludur, xəstələri dəhlizlərdə yerləşdirirlər. Bir çox insan ona görə ölür ki, onlara vaxtında tibbi xidmət göstərilmir. Buna görə də xəstələrin sayı kəskin artır”, - deyə Prezident əlavə edib.

İlham Əliyev söyləyib ki, bütün ölkələrin, o cümlədən, Azərbaycanın səhiyyə sistemi normal şəraitə uyğunlaşdırılır.

Prezident pandemiyanın Azərbaycanda genişlənməsi ehtimalından da danışıb.

"Əgər pandemiya Azərbaycanda geniş vüsət alarsa, bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır. Buna görə dədövlət tərəfindən qəbul edilmiş bütün qərarlar istisnasız, heç bir güzəştsiz yerinə yetirilməlidir”, - deyən İlham Əliyev vətəndaşları bir daha məsuliyyətə çağırıb, deyib ki, lazım olmayan vaxtlarda küçələrə çıxmasınlar.

İlham Əliyev bildirib ki, vətəndaşlar martın 30-da dərc edilmiş və elan edilmiş qaydalara tam əməl etməlidirlər.

"Özlərini qorusunlar, öz yaxınlarını qorusunlar, həkimləri qorusunlar. Həkimlər öz həyatlarını risk altına atırlar. Polis işçilərini qorusunlar. Necə kipolis işçiləri onları qoruyur, öz həyatlarını risk altına atırlar”, - deyə Prezident əlavə edib.

Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirilib.

Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahməlumat yayıb.

Məlumatda deyilir ki, infeksiyaının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır.(oxu.az)




İmza:

Ermənistanın Şuşa təxribatına Türkiyədən - RƏSMİ MÖVQE – VİDEO

Gürcüstandan Ermənistana növbəti cavab: “Xoşunuza gəlmirsə, alternativ yollardan istifadə edin”

ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü bəyan edildi

Prezident İlham Əliyev Gürcüstanın dövlət başçısı Salome Zurabişvilini təbrik edib

Adil Əliyev: Şərqdə ilk Cümhuriyyətin Azərbaycanda qurulması təsadüfi hadisə deyildi

ABŞ koronavirus səbəbilə G7 sammitinin vaxtını dəyişdi

Həsən Ruhani Prezident İlham Əliyevi təbrik edib

Türkiyə səfirliyi Azərbaycanı Respublika günü münasibətilə təbrik edib

Kamran Bayramov: Karantin qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilməlidir

Elmar Məmmədyarovun Türkiyəli həmkarı ilə telefon danışığı olub

YAP İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib

Parlament sədrindən vətəndaşlara çağırış

Dövlət Miqrasiya Xidməti yanında Məşvərət Şurasının videokonfrans formatında iclası keçirilib

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə

Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilib

ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun onlayn iclası keçirilib

Tural Gəncəliyev: “Ermənistan işğalın nəticələrini legitimləşdirə bilmədi”

Ülvi Quliyev: “Milli Məclis koronavirusla mübarizədə üzərinə düşən missiyanı layiqincə yerinə yetirir”

Ermənistanın törətdiyi cinayətlərlə bağlı faktlar BMT TŞ-nın üzvlərinə təqdim edilib

Dövlət büdcəsinin icrası ilə bağlı məsələ parlamentin plenar iclasına tövsiyə olundu

“İnzibati tədbirlər vətəndaşlarının sağlamlığı, təhlükəsizliyi üçün vacibdir” - Tahir Rzayev

Vitse spiker: Azərbaycanda şəhid və qazi ailələrinə dövlətin və Prezidentin xüsusi qayğısı var

SON XƏBƏRLƏR
2020-06-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK