nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Azərbaycanda koronavirusla bağlı uydurma məlumatlar yayan şəxs müəyyənləşib - RƏSMİ Adalet.az | Azərbaycanda koronavirusla bağlı uydurma məlumatlar yayan şəxs müəyyənləşib - RƏSMİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

Azərbaycanda koronavirusla bağlı uydurma məlumatlar yayan şəxs müəyyənləşib - RƏSMİ

2383    |   2020-03-21 17:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Feysbuk” sosial şəbəkə istifadəçilərindən biri öz səhifəsində koronavirus infeksiyası ilə bağlı (COVID-19) əlaqədar dövlət qurumlarının rəsmi məlumatlarına istinad etmədən, reallığı əks etdirməyən və cəmiyyətdə çaşqınlıq yarada biləcək uydurma məlumatlar yerləşdirib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, həyata keçirilmiş müvafiq tədbirlərlə həmin şəxsin Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü İlqar Əliabbas oğlu Atayev olması müəyyən edilib və o, ərazi aidiyyəti üzrə Nərimanov Rayon Polis İdarəsinə dəvət olunub.

Aparılmış araşdırmalarla İ.Atayevin hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 388-1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsində nəzərdə tutulmuş xətanın əlamətləri müəyyən edildiyindən, əməlinə hüquqi qiymət verilməsi üçün barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib.

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi bir daha mətbuat nümayəndələrinin və sosial şəbəkə istifadəçilərinin diqqətinə çatdırır ki, koronavirus infeksiyası ilə bağlı məlumatları yayərkən mütləq qaydada əlaqədar dövlət qurumlarına istinad etsinlər. Koronavirus infeksiyası ilə bağlı əsassız məlumatlar yayan şəxslər barədə bundan sonra da qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görüləcəkdir.



İmza:

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

SON XƏBƏRLƏR
2020-03-30


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK