nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Mikayıl Cabbarov: "İqtisadiyyatımızın istənilən xarici şoklara qarşı..." Adalet.az | Mikayıl Cabbarov: "İqtisadiyyatımızın istənilən xarici şoklara qarşı..." Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İQTİSADİYYAT

Mikayıl Cabbarov: "İqtisadiyyatımızın istənilən xarici şoklara qarşı..."

6426    |   2020-03-12 10:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın mövcud iqtisadi vəziyyəti və neftin qiymətinin azalmasının qısa və ortamüddətli dövrdə ölkə iqtisadiyyatına təsir imkanlarına münasibət bildirib.

M.Cabbarov Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair müşavirədə bildirib ki, bu gün ölkə iqtisadiyyatına əsasən iki təsiretmə imkanına malik amil var: koronavirus epidemiyası və OPEC+ sövdələşməsinin baş tutmaması:

"Qeyd etmək istəyirəm ki, Azərbaycan iqtisadiyyatı 2020-ci ilin əvvəlində də öz dayanıqlılığını saxlayır. Cari ilin ötən iki ayında ümumi daxili məhsulun artım tempi 2,8 faiz olub. Həmçinin qeyri-neft sektorunda ümumi daxili məhsulun artım tempi 6,7 faiz olub. Qeyri-neft sənayesində istehsalın artımı 21,7 faizə yüksəlib, eyni zamanda, qeyri-neft sektorunda investisiya qoyuluşlarının artım tempi 21 faizə çatıb. Təbii ki, koronavirus epidemiyasının yayılması bəzi fəaliyyət sahələrinə mənfi təsir edib. Məsələn, turizm, hava nəqliyyatı kimi sahələri göstərmək olar. Lakin digər sahələrdə biz müəyyən yüksək artım müşahidə edirik. Həmçinin əhalinin pul gəlirlərinin nominal artım tempi 5,1 faizdən 8,9 faizə yüksəlib”.

Nazir bildirib ki, cari ilin ötən iki ayında vergi daxilolmaları üzrə proqnoz 114,2 faiz, həmçinin qeyri-neft sektorunda 115,9 faiz icra olunub. Büdcəyə proqnozdan əlavə 180 milyon manatdan çox vəsait daxil olub. Vergi daxilolmaları ötən ilin iki ayı ilə müqayisədə 24,5 faiz, həmçinin qeyri-neft sektorunda 24,8 faiz artıb.

Ölkə iqtisadiyyatının maliyyə dayanıqlılığına toxunan Mikayıl Cabbarov deyib: "İqtisadiyyatımızın istənilən xarici şoklara qarşı güclü maliyyə immuniteti və təhlükəsizlik "yastığı” mövcuddur. Strateji valyuta ehtiyatlarının həcmi ümumi daxili məhsulun 100 faizini ötür, xarici dövlət borcunun həcmini altı dəfə üstələyir. Ehtiyatların həcmi üçillik mal və xidmətlərin fasiləsiz maliyyələşdirilməsi üçün yetərlidir. Yəni, strateji valyuta ehtiyatları dövriyyədə olan bütün manat kütləsinin həcmindən 5 dəfə, nağd manat kütləsinin həcmindən isə 9 dəfə çoxdur. Bu da valyuta bazarının tarazlığının təmin olunması və makroiqtisadi sabitliyin qorunmasının fundamental şərtidir”.

Nazir, həmçinin qeyd edib ki, iqtisadi artım dinamikasının qorunması məqsədilə kiçik və orta sahibkarlığın stimullaşdırılması üçün təkliflər hazırlanıb hökumətə təqdim olunacaq. Eyni zamanda, valyuta bazarında tarazlığın və manatın sabitliyinin qorunması istiqamətində nazirliyin müvafiq strukturları Mərkəzi Bankla birlikdə çevik tədbirlər həyata keçirir. Bundan əlavə, qanunvericiliyə uyğun olaraq, nağd pul sferasına nəzarət daha gücləndiriləcək, istehlak bazarında qiymətlərin əsassız qaldırılması və süni şəkildə qıtlığın yaradılması cəhdlərinin qarşısı qətiyyətlə alınacaq. Eyni zamanda, haqsız rəqabətə qarşı mübarizə tədbirləri və vergi intizamı gücləndiriləcək.




İmza:

Kənd təsərrüfatı ilə məşğul olanların karantin dövründə hərəkət qaydası müəyyənləşdi

Aprelin 6-da dolların manata qarşı məzənnəsi

Koronavirusla mübarizə yollarını araşdıran Virtual Hakatona yerli və beynəlxalq maraq artır

Azərbaycanda beynəlxalq və daxili yükdaşıma əməliyyatları fasiləsiz aparılır

Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlər artır

Azərbaycana iki ayda 100 milyon dollardan çox ixrac sifarişi daxil olub

Problemli kreditlərlə bağlı verilən kompensasiyanın məbləği açıqlandı

Aprelin 2-də dolların manata qarşı məzənnəsi

Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirlər açıqlanıb

İqtisadi sektorlar və sahibkarlar üçün geniş və əhatəli dövlət dəstəyi proqramları hazırlanıb (VİDEO)

Vergi güzəştləri hesabına Azərbaycanda biznes mühiti qorunub saxlanılacaq

Aprelin 1-də dolların manata qarşı məzənnəsi

SON XƏBƏRLƏR
2020-04-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir azərbaycanlı alim deyir ki, ərlə arvad koronavirusa yoxulmamaq üçün ayrı-ayrı otaqlarda yatırlar.

Əgər ailənin bir otağı varsa, biri balkonda yatmalıdır onda?

Sms-lə icazə alıb 2 saat bir otaqda yata bilərlər?



digər lətifələr
ARXİV
FACEBOOK