ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: DÜYÜN

Yaxud yolun ortasına atılmış meyit

13127    |   2020-02-24 09:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Əvvəli burada)

... Məhkəmə salonunda bir canlanma yarandı; müttəhimlər Nəcəf və Eldar Babayev qardaşlarının həyəcanları bir qədər də artdı. Gah əllərindəki qandallara baxırdılar, gah da hakimin gözlərinə. Çünki prokurorun 13 il cəza istəməsi onların bütün ümidlərini puç eləmişdi. Hər iki müttəhim bir göydə Allaha ümid bəsləyirdilər, bir də yerdə hakimin ədalətinə! Bu ədaləti isə bərpa etmək və qorumaq elə də asan deyildi...

Müşavirədən qayıdan hakim Məmməd Kərimov bir daha məhkəmə salonuna diqqət yetirdi. Bir daha dövlət ittihamçısına və müttəhimlərə baxdı. Hiss etdi ki, hamı həyəcanlıdı. Prokuror istədiyi cəzanın məhkəmə hökmünü gözləyir, müttəhimlər və onun vəkili isə hakimin hansı hökmü oxuyacağının intizarındaydılar. Bütün bunların hamısını hakim çox yaxşı bilirdi. Uzanan məhkəmə prosesində kimin haqlı, kimin haqsız olması artıq üzə çıxmışdı. Sadəcə olaraq, bir ədalətli mövqe tutmaq lazım idi. Bu mövqeyi də hakim Məmməd Kərimov dəqiq müəyyənləşdirmişdi. Kiminsə cəzasını və günahını başqalarının üstünə atmaq elə özü də bir günah idi. Bunların hamısını hakim yaxşı bilirdi.

Axır ki, hakim Məmməd Kərimov məhkəmənin hökmünü salondakıların nəzərinə çatdırdı: "Müttəhimlər Nəcəf və Eldar Babayev qardaşlarının cinayət əməlləri məhkəmə istintaqı zamanı sübuta yetirilmədi. Ona görə də hər iki müttəhim məhkəmə zalından azadlığa buraxılır”. Təbii ki, ədalətli hökmün səslənməsi salondakıların əksəriyyətinin böyük sevincinə səbəb oldu. Hətta hər iki azad olmuş şəxsin qollarındakı qandalları nəzarətçi açsa da, onlar gözlərinə inanmırdılar. Çünki onlar ən azından elə bilirdilər ki, hakim prokurorun ittihamından sonra 10 il cəza kəsəcək. Və Nəcəf və Eldar qardaşlarına hakimin ədalətli hökmü bir yuxu kimi gəlirdi. Elə bilirdilər ki, yuxu görürlər. Ancaq elə ki, onlar məhkəmə salonundan çıxdılar, doğmaları ilə görüşdülər, bax, onda hiss etdilər ki, həqiqətən azaddılar.

Nə az, nə çox düz 10 ay onlar Bayıl təcridxanasında istintaq altında olmuşdular. Dəfələrlə məhkəmə prosesi zamanı Füzuliyə gətirilib, Bakıya aparılmışdılar. Bu gedib-gəlmək aydındır ki, onlar üçün dustaq maşınında o qədər də asan deyildi. Və onlar elə bilirdilər ki, bu işin axırı hansısa bir cəzayla yekunlaşacaq. Ancaq haqq-ədalət və hakimin obyektiv mövqe tutması onları bu haqsız cəzadan xilas eləmişdi...

Ailəsinə qovuşan hər iki qardaş göydə Allaha, yerdə də hakimə dua edirdilər. Deyirdilər ki, ədalətli hakim olmasaydı, günahsız yerə türmədə çürüyəcəkdilər.

Məhkəmənin hökmündən hamı razı qalsa da, təbii ki, dövlət ittihamçısı çox narazı idi. Üstəlik də cinayət işi yenidən istintaqa qaytarılmış, Rüstəm kişini öldürən adamların tapılması üçün araşdırmalar aparmalıydı. Məhkəmənin hökmündən prokuror Ali Məhkəməyə protest vermişdi. Və Ali Məhkəmədə də cinayət işinə baxılaraq, hakimin çıxardığı hökm qüvvədə saxlanılmışdı.

Müəyyən zaman keçsə də, nə axtarışlar bəhrə verdi, nə də istintaq hərəkətləri. Rüstəm kişinin qatilləri tapılmadı ki, tapılmadı...

... Hakim Məmməd Kərimov kabinetində əyləşib hansısa cinayət işini vərəqləyirdi. Bu vaxt katibə qız yaxınlaşıb dedi:

- Kərimov, sizin yanınıza Məhərrəm müəllim gəlib.

Məhərrəm müəllimin adını eşidən kimi hakim ayağa qalxdı. Qıza dedi ki, heç belə şey olar, mənim dostumu niyə qapının ağzında saxlamısan? Qoy buyursun içəri!

Məmməd Kərimov Füzuliyə gələn gündən özünə yaxşı dostlar tapmışdı. Onlardan da biri raykomda şöbə müdiri işləyən Məhərrəm Nəzərov idi. Məhərrəm Nəzərov Komsomolun II və I katib vəzifələrində işləmişdi. Təcrübəsi və savadıyla seçilirdi. Heç kimdən də çəkinən adam deyildi. Kiməsə sözü olsaydı, onun özünə deyərdi.

Məhərrəm müəllim hakimin otağına keçəndə artıq Məmməd Kərimov ayaq üstə onu gözləyirdi. Salamlaşdılar və mehribancasına görüşdülər. Sonra da Məhərrəm müəllim stulda əyləşib dostuyla söhbətə başaldı:

- Bizim kənddə belə bir adət var; biri çətinə düşəndə camaat yığışıb pul yığır və onu çətin vəziyyətdən qurtarır. Bizim həmyerlilər də kasıb adamlar idi, camaat 4 min manat pul toplayıb. Sən də çox sağ ol, onların günahsız olduğunu sübut elədin və azadlığa buraxdın. Bu 4 min manatı gətirmişəm ki, qonağın-qaran olar, onu xərclə.

Hakim Məmməd Kərimov bir qədər əsəbləşdi:

- Məni qanıma qəltan eləsələr də, heç vaxt haqqı nahaqqa verən deyiləm. O pulu da götür, apar ver həmin adamlara. 10 ay həbsxanada yatıblar, yazıqdılar, qoy ehtiyaclarına xərcləsinlər. Mən o pulu götürsəm və xərcləsəm, boğazımda balıq sümüyü kimi ilişib qalar.

Məhərrəm müəllim bir qədər pörtdü və səhvini anladı. Kağıza bükülü vəziyyətdə olan dörd min manatı cibinə qoydu və sonra da dilləndi:

- Kərimov, məni qınama ey, yerlilərim mənə dinclik vermirdi. Mən elə belə də bilirdim. Bilirdim ki, o pulu götürməyəcəksən və geri qaytaracaqsan. Sadəcə olaraq, bu yük böynuma düşdüyü üçün etiraz eləyə bilmədim.

Məhərrəm müəllim hakimlə xudahafizləşib onun kabinetindən çıxandan sonra elə həmin gün kəndə qayıdanda pulu o qardaşlara göndərdi və dedi ki, hakim pulu götürmədi. Dedi ki, öz ehtiyaclarına xərcləsinlər. Bunu eşidən qardaşlar birinci dəfə idi ki, həyatlarında belə hadisəyə rast gəldiklərini dilə gətirdilər. Bildirdilər ki, o, bizim pulumuzu götürmədi. Allah ömrünü uzun eləsin. Biz də həmişə ulu Yaradana dua eləyəcəyik ki, Kərimovu qorusun!

... Poçtalyon Qadirin kefi ala buluddan nəm çəkirdi. Bütün günü Füzulinin yaxşı yeməkxanalarında və bulaq başında tamadalıq eləyirdi. Hava çox isti keçdiyi üçün bulaq başına gələnlərin sayı-hesabı yox idi. Və yadına düşdü ki, neçə aydı sudya ilə görüşmür. O dəqiqə fikrini dəyişdi, düz gedib çıxdı məhkəmənin binasına. Katibə qız onu görən kimi tay əvvəlki təki sorğu-suala tutmadı. Poçtalyon Qadir ona salam verdi, qız da salamını çox səmimiyyətlə aldı:

- Sudya yerindədi? – soruşdu.

- Bəli!

... Qız içəri keçib poçtalyon Qadirin gəldiyini hakimə çatdırdı. Tay bu dəfə poçtalyon Qadir gözləmədi. Elə birbaşa hakimin otağına keçdi. Hakim də elə bil onun gəlməyini gözləyirmiş. Masanın üstündəki "Malbro” siqaretindən birini götürüb çəkdi və poçtalyon Qadirə dedi ki, lap yaxşı vaxt gəlmisən, elə bir işim də yoxdu. Dur gedək "Çənlibel”ə, orda sənə bir qonaqlıq verəcəm.

- Sudya, axı mən ora tək getmək istəmirəm. Seyran müəllim gələndə gedərik.

Hakim:

- Allah sənin köməyin olsun, Seyran Bakıda öz kefindədi. Nə vaxt gələr, onda yenə gedərik. İndi qanım qara deyil. Keçən həftə sən gələndə çox dilxor idim, həm də əsəbi idim. Heç çörək yeməyə də dəvət eləmədim. Bax, indi onun əvəzini çıxmalıyam. Kefini pozma, cibinə xərclik də qoyacam.

... Yayın istisi idi. Füzulidə ən sərin yerlərdən biri Köndələn çayının üstündəki "Çənlibel” restoranı idi. Bura da çox vaxt vəzifəli adamlar gəlirdilər. Amma hakim ora gələndə ona xüsusi bir sevgi vardı. Birincisi, o heç kəsə imkan verməzdi ki, yeyib-içəndən sonra kimsə onun hesabını ödəsin. İkincisi də xidmət göstərənlərə həmişə əlavə pul da verirdi. Deyirdi ki, bunlar çox əziyyət çəkirlər. Gərək biz onların zəhmətini yerdə qoymayaq.

Başqa yerdə nə qədər hava isti olsa da, "Çənlibel”in təmiz havası ora gəlib yeyib-içənlərə ləzzət eləyirdi. Bu dəfə masanın arxasında əvvəllər olduğu kimi, çox adam yox idi: bir hakim idi, bir də poçtalyon Qadir! Masanın arxasında o qədər lətifələr danışdı ki, hakim uğunub getdi. Dedi ki, Allah köməyin olsun, ay Qadir, o qədər lətifə danışdın ki, yemək-içmək də yaddan çıxdı. Heç poçtalyon Qadirin elə yeyib-içməyi də yox idi. Sadəcə olaraq, o, yeməkdən çox masa arxasında əyləşdiyi adamların aurasından ləzzət alırdı. Əgər masa arxasında əyləşmiş adamlardan biri Qadirin ürəyincə deyildisə, onu öldürsən də duzlu-məzəli, şirin lətifələr danışa bilməzdi.

...Yeməkdən çox, o masanın arxasında əyləşən adamların duzlu olması onu düşündürürdü. Və onu da düşünürdü ki, elə bu sudya dünyanın ən duzlu, ən yaxşı, ən ədalətli adamıdı. Poçtalyon Qadir dünyanın ən duzlu, ən ədalətli hakimi ilə düz iki-üç saat əyləşib həm çörək yedi, həm ürəyini boşaltdı, həm də o ki, var təzə lətifələr danışdı...

... Hələ də yayın istisi özünü göstərirdi. Günəşin isti nəfəsi adamları karıxdırsa da, amma nə hakimi, nə də poçtalyon Qadiri karıxdırmırdı. Hər ikisinin "Çənlibel”dən çıxandan sonra çiyinlərindən ağır yük götürülmüşdü. Və hər ikisi çox rahat, çox sakit və çox da nikbin idi...




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2020-07-05
2020-07-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK