nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Kişi sevər də, gəzər də – Emin Piri yazır Adalet.az | Kişi sevər də, gəzər də – Emin Piri yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Kişi sevər də, gəzər də – Emin Piri yazır

40695    |   2020-02-21 09:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İki dostumla söhbətləşirik. Söhbət əsnasında dostumun biri dedi ki, sovet vaxtı vəzifəli, evli adamı sevgilisi ilə yaxalasaydılar işdən çıxardırdılar. O biri dostum da qayıtdı ki, bəs, SSRİ ona görə dağıldı da...

Biz bəzən sadə həqiqətlərdə böyük nələrsə, mürəkkəblik axtarırıq. Məhz bu! SSRİ-ni dağıdan səbəb.

Bizim xanımlar eqoistdir. Dinimiz belə dörd arvadı halal buyurduğu halda bunlar özündən başqa, ikinci sevgiliyə dözmürlər. Hələ üçüncünü, dördüncünü demirəm. Allah göstərməsin, yaxalasalar, nələr olar, nələr! Bəs, bu yazıq kişiləri niyə qoymursunuz dinimizin qaydalarını yerinə yetirsinlər? Niyə onların möminlik istəklərinin üstündən xətt çəkirsiniz?

Pulu varsa ayrı sevgilisi olsa dünya dağılmayacaq, ha?! Zəhmət çəkib qazanıb. Tək sənəmi xərcləsin qazandığını? Bu qədər qəddar ola bilməzsiniz!

Maraq, ehtiras?! Əmin olun, qıraqda sevgili saxlamaq üçün bunlar səbəb deyil. Kişilərin kövrək qəlbi, çiçək kimi həssas düşüncələri, insani sevgiləridir buna səbəb. Uşaq saflığı qədər məsum qəlbləri onlara edilən təkliflərə "yox” deyə geri çevirəcək qədər qəddar deyil. Bəli, məhz insanlıq naminə, təklifi geri çevirərək bir xanımı üzməmək üçün. O qəlbə, o böyük ürəyə yalnız alqış düşür. Nəinki, qınamaq.

Deyirlər kişilər pullandıqca qıraqda sevgili həyatı qurur. Böhtandır, vallah, böhtan. Siz o cür varlığa belə şər atmağa heçmi utanmırsınız? Səbəb pullandıqdan, vəzifəyə sahib olduqdan sonra kimisə saxlamaq istəyi deyil, qazandıqlarını başqalarıyla bölüşmək istəyinə görədir. Qazandığı pulu tək yeyəndə boğazlarından keçmir. Məhz, bu səbəbdən öz zəhmətlərinin, əməklərinin qarşılığında əldə etdikləri başqa bir xanımla da bölüşür, paylaşır. Necə də gözəl niyyət, saf əməldir bu!

Əhsən, belə sevgiyə!

Sizin yadınıza gəlməz, o vaxtı ABŞ prezidenti Bil Klintonu Monika adlı bir xanımla tutmuşdular. Yazığın başına oyun açdılar. ABŞ-ın Iraqı bombalaması bir kənarda qalmışdı, sanki əsas problem buymuş. Yazıq vəzifəsini belə itirəcəkdi. Axırda Monika Klintonla yaşadıqlarını kitab şəklində çıxardı. Milyondan artıq tirajla satıldı. Kimsə bu kitablara görə sağ ol demədi. Halbuki, dərinə getsək bu xəyanət kitab dünyasına xidmət etdi. Təsəvvür edirsinizmi, milyondan artıq kitab.! Kitab bazarı inkişaf etdi, insanlar kitaba meylləndi, kitab oxumayanlar belə bu macəraya görə o kitabı aldılar. Hətta o kitab dünyanın müxtəlif ölkələrində çapdan çıxdı. Bu xəyanət bəşəriyyətə, bəşəri ideyalara, kitaba, elmə xidmət etdi. Amma kimdir kişilərin belə zəhmətini qiymətləndirən?!

Haçan baxırsan, qadına şiddətə görə yazılar, məhkəmələr və.s. Amma demək olar ki, kişilərin qadın zorakılığına məruz qalmasıyla bağlı bir fakta rast gəlməzsiniz. Olsun, lap az, barmaq sayda. Halbuki xanımlardan daha çox şiddətə məruz qalırlar. Axı, onlar biri tərəfindən qadınlar kimi yalnız əri tərəfindən danlanmır. Tək arvadı yox, hələ sevgilisi, hələ bundan kənarda virtual sevgilisi, hələ rayondakı, qonşu məhlədəkini nəzərə alsaq bədbəxtliyin mənzərəsini ölçə bilməzsiniz. İndi gördünüz kim şiddətə daha çox məruz qalır? Sadəcə abırlarına qısılır, utanır, münasibətləri bitirməmək, xanımları məhkəmələrdə çürütməmək üçün bu addımı atmır, içlərində çəkir bu həyatın amansız, haqsız, dəhşət ağrılarını, qadın şiddətini.

O ki, qaldı yaxalanmağa? Bax, bu pisdir. Həqiqətən pis əməldir. Kişi sevər də, gəzər də. Gərək üzünə-gözünə bulaşdırmasın. Bax, bu, əsl günahdır, səni heç kim xilas edə bilməz. Məşhur şərq nağıllarında oxuduğum kimi qadın yıxan evi heç Allah da düzəldə bilməz.

Yadıma düşmüşkən, kompüteri söndürmədən bir əhvalat danışım. Bir kişi həyat yoldaşı ilə restoranda nahar edirmiş. Yan masada oturan xanımı görəndə bu kişi qalxıb salam verir. Təbii, yoldaşı o xanımın kim olduğunu soruşur. Kişi başlayır.

Bəs, bilirsən, maaşım çox azdır. Amma bizim evi kim aldı?-Əlbəttə, o xanım.

Yayda xarici ölkəyə istirahətə gedirik, onun pulunu kim ödəyir?-Əlbəttə ki, o.

Maşınımı demirəm hələ, onu kim alıb?-Əlbəttə, o.

Sənə aldığım bahalı hədiyyələr, ətirlər, geyimləri bu maaşla ala bilərəm?-Əlbəttəki, bütün bunları bizimçün edən, məni saxlayan o xanımdır.

Bir az vaxt keçir. O dedikləri xanımın yanında başqa bir xanım da oturur.

Bu kərə arvad soruşur: Bəs, onun yanında oturan qadın kimdir?

Əri cavab verir ki, o da dostum filankəs kişini saxlayan qadındır.

Bu kərə arvadı o iki qadını diqqətlə izləyərək deyir: Bizimki daha qəşəngdir!




İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-03-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK