ANA SƏHİFƏ / MÜSAHİBƏ

SÖZÜ DƏ, SAĞLIQ DURUMU DA OXUCU DİQQƏTİNDƏ OLAN ŞAİRƏ

13004    |   2020-02-19 10:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Həmsöhbətim Azərbaycan oxucusuna, təbii ki, daha çox da ədəbi ictimaiyyətə təqdim etməyə zənnimcə ehtiyac yoxdu. Çünki dəyərli şairəmiz Fərqanə Mehdiyevanın sözə önəm verən, sözlə nəfəs alan hər kəs yaxşı tanıyır. Onun oxucuları Fərqanə xanımın yaradıcılığı ilə yanaşı, sağlıq durumu ilə də hər an maraqlanır və ona ağrı-acıdan uzaq, şeir dolu ömür arzu edirlər.

Bu gün Fərqanə xanımın həyatının ən önəmli bir tarixinə təsadüf edir. Yəni onun doğum günüdür. Ötən il səhhəti ilə bağlı yubileyini qeyd edə bilməyən əziz Fərqanə Mehdiyevanı təbrik etməklə yanaşı, onunla həmsöhbət olmaq da ürəyimdən keçdi. Düşündüm ki, bu da mənim, onun oxucularının bir növü doğum günü təbriki olsun.

- Xoş gördük, öncə şairə bacımın sağlıq durumu necədi? Sualı təsadüfdən vermirəm. Sizin çoxsaylı oxucularınız, həmçinin söz adamları sağlığınızla bağlı narahatdılar! Hətta rəhmətlik Oqtay Rza mənə hər görüşdə deyirdi ki, mirzə, Fərqanə Mehdidən nigaranam...

- Həmişə xoş günlərdə olasınız. Şükür, yaxşıyam, ayaqdayam. Göydə Allah, yerdə çoxsaylı oxucularımın, söz adamlarının duaları məni həyata qaytardı. Hörmətli Anar müəllimin, Fikrət Qocanın səhhətimlə bağlı narahatlıqlarıını heç vaxt unutmaram. Rəhmətlik Oqtay Rza mənə zəng açdı. Şənbə bizə gələcəyini və Anar müəllimə mənlə bağlı narahat olduğunu söyləyəcəyini dedi. Qəfil Təbrizə getdiyimdən onun bizə gəlməyi mümkün olmamışdı. Ölüm xəbərini eşidib çox narahat oldum. Oqtay Rza gözəl şair, nümunəvi insan idi. Belə insanlar indi çooox azdı...

- Sizin özünüzü ifadə edən, yəni özünüzə, həmçinin ananıza yazdığınız şeirlər var ki, onu oxumaq məndə kövrək hisslər oyadır. O şeirləri yaşayıram. Maraqlıdı, bu şeirlər necə yaranır?

- O şeir ki oxucunu kövrəltmir, o, şeir deyil. Oxucu gərək düşünsün ki, şair olsaydım, mən də belə yazardım hisslərimi. Anamın sağlığında çox şeirlər yazmışdım.

Düşünürdüm ki, anam dünyasını dəyişəndə ona şeir yaza bilmərəm. Lakin bacarmadım. Yasın "şıdırğı" yerində həmin şeirlər beynimə yazıldı. "Hayana gedib Anam" başlıqlı silsilə şeirlərim "Ədəbiyyat” qəzetində dərc olundu. Anamı bir dəqiqə də olsun unuda bilmirəm. Yenə... yenə... yazıram...

- Bu günün söz meydanı az qala ölçüsüz olub Hamı yazır, hamı çap olunur. Amma ŞEİR az yaranır. Bunu necə, nə ilə izah edərdiniz?

- Tam doğru deyirsiniz. Yaralı yerimdir. Hamı istəyir ədəbiyyata üz tutsun.İllərlə əlinə qələm almayanların qəfil kitabları çıxır. Şeir satan, şeir alan, müxtəlif mükafatlara yiyələnən və s. və ilaxır. Bunun kökündə ilk növbədə belə "şaircik"lərin öz-özünə sualı olmalıdır. Hər bir qələm adamı özünə oxucu kimi yanaşmalıdır. Nakam şairimiz Mikayıl Müşfiqin misraları ilə desəm:


Şairəm söyləyir yerindən duran,

Adamın üzündə həya gərəkdir....


- Sizi mən iddialı şair hesab etmirəm. Tanıdığım zamandan öz işinizlə, yəni yaradıcılıqla məşğulsunuz. Bunun fərqli, özəl səbəbi var, yoxsa?..

- Ümumiyyətlə, qələm adamının iddiası olmamalıdır. Elə bilirəm ki, ən yaxşı şeirimi yazmaq üçün hələ də axtarışdayam. Məhz həmin ŞEİRi yazanda qələmi yerə qoyacağam. Mütaliəni çox sevirəm. Yaddaşım normaldır. Hər gün özüm-özümə bir dəfə oxuyub yaddaşıma yazılan Məmməd Arazın, Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın, Qabilin, Nəriman Həsənzadənin, Şahmar Əkbərzadənin və başqa sevdiyim şairlərin şeirlərini pıçıldayıram.

Yeri gələndə gənc istedadlı şairlərin gözəl şeirlərini oxuyanda ürəyim dağa dönür..

- Yaradıcılığınızın indiki mərhələsində yazı masanız üzərində nələr var?

- Düzü, heç vaxt mənim yazı masam olmayıb. Bilmirəm, əslində bu, ev, mənzil şəraitimlə bağlı olub. Şeirlərimi dizimin üstündə yazmışam. Ən çox da yerimin içində, yolda, izdə, səfərdə... İlk beynimə yazıb bu "məkan"larda köçürmüşəm..

Təzə kitab çıxarmaq arzusundayam. Hətta adını da qoymuşam. Qismət olsa... Ötən il 55 illik yubileyimi keçirmək keçmişdi ürəyimdən. Səhhətim imkan vermədi. Haqqımda yazılan yazıları toplayıb kitab çıxarmaq istəyim də var. Təki sağlıq olsun.

- Yaradıcı insanlar daha çox sərbəst olmağa azad yazarlığa üstünlük versələr də onların da içlərində yaradıcılıq planı olur. Sizin gələcək işləriniz hansı şəkildə sıralanıb?

- Yaradıcı insan həmişə azad olmağa çalışsa da, təəssüf ki, ola bilmir. Dünyanın ağrı-acısı, zaman qayğıları, bir sözlə, bütün olmuşlar, olacaqlar şairin ürəyinə güllə kimi dəyib keçir. Düşünürəm ki, tələbə vaxtlarımda Ağdama qatarla getmişdim. O qatara yenə tələsəcəyəm. Gəncliyimdə qarış-qarış gəzdiyim həmin yerlərə yenə gedəcəyəm.

- Bizə, oxuculara daha nələrdən danışmaq istərdiniz?

- Qələm adamı üçün hər bir dəyərli oxucu böyük xəzinədir. Oxucularıma ilk növbədə can sağlığı arzulayıram.


Söhbətləşdi:

Əbülfət MƏDƏTOĞLU





İmza:

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

1918-ci ilin 31 mart soyqırımı-soyumayan "Böyük Ermənistan" ehtirası

İranda koronavirusa yoluxmuş körpə dünyaya gəlib

Aqil Abbas: “Azərbaycan bu məsələyə vaxtında və çox ciddi yanaşdı”

Səfir: Çin Azərbaycana epidemiya ilə mübarizədə dəstək göstərməyə hazırdır

BİR ANIN İÇƏRİSİNDƏ... - MÜSAHİBƏ

Kənd müəllimi: “Müəllim olmaqdan zövq almıram” - Müsahibə

İradə TUNCAY: “Yaşadığımız aləm Allahın insanlara sevqi payıdır” - MÜSAHİBƏ

Xəyalə Sevil: "Sevqi - etdiyin günaha dəyməlidir" - MÜSAHİBƏ

Radə Abbas: “Azərbaycan qadınına qarşı baş vermiş haqsızlıqlar...” - MÜSAHİBƏ

Xaricdə təhsil alan azərbaycanlı: "Ankaranı sevdik, bağlandıq, ikinci vətənimiz oldu" - MÜSAHİBƏ

İsgəndər Həmidovun bacısının ürək dağlayan müsahibəsi - VİDEO

Şahbaz Xuduoğlu: “Atamdan sonra o evi dağıdıb başqa ev tikmişdilər...” - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2020-04-01
2020-03-31


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK