ANA SƏHİFƏ / MƏMLƏKƏT

Koronavirus üzrə yüksək riskli məhsullar - SİYAHI

19569    |   2020-02-13 12:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Quş qripi və yeni koronavirus xəstəliyindən ölkə ərazisinin qorunması məqsədilə aparılan mübarizə tədbirləri çərçivəsində AQTA tərəfindən "Yüksək patogenli quş qripi və koronavirus üzrə yüksək riskli məhsulların siyahısı” hazırlanıb.

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində keçirilən mətbuat konfransında bu barədə məlumat verib.

O bildirib ki, yüksək patogenli quş qripi və koronavirus üzrə yüksək riskli məhsulların siyahısı aşağıdakı kimidir: "Yüksək patogenli quş qripi üzrə: Müxtəlif növlərə aid diri quşlar (bir günlük cücə, damazlıq, ətlik, yumurtalıq quşlar və s.), Zoopark quşları, vəhşi və ov quşları, İnkubasiya yumurtası, Süfrə yumurtası və yumurta məhsulları, Quş sperması, Quş əti (soyudulmuş, dondurulmuş və s.), Quş əti məhsulları, Quş əti və sümüyünün unu (yem üçün istifadə olunan)Quş tükü və lələkləri. Koronavirus üzrə: İsti və soyuqqanlı vəhşi heyvanlar, Zoopark heyvanları, Vəhşi heyvanların trofeyləri, Balıq və balıq məhsulları (soyudulmuş, dondurulmuş və s.), Dəniz məhsulları (soyudulmuş, dondurulmuş və s.), Heyvan mənşəli ət məhsulları, Ev heyvanları, Quş və quş məhsulları

Q.Təhməzli qeyd edib ki, Agentlik tərəfindən Çin Xalq Respublikasında yaranan və dünyanın bir sıra ölkələrinə yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirlərini gücləndirmək məqsədilə infeksiya riski olan ölkələrdən respublikamıza diri heyvanların, balıq və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.




İmza:

Bu günə olan İşğal tariximizdən: Ağdərə, Çərəkdar, Narınclar, Umudlu...

ETİBARA BAX !

Ağdərənin işğalı - Gəncə qiyamı onu əldə saxlamağa mane oldu...

Astarada toy mərasimi təşkil etmək istəyənlər cərimələnib

COVİD-19-a görə poliklinikanın iş saatı dəyişdiriləcək? - RƏSMİ CAVAB

Faiq QİSMƏTOĞLU: KORONAVİRUSU KİM YAYIR?

BİRCƏ QALDI Kİ, DEYƏ: «QƏLƏT ELƏMİŞƏM»

MƏZUNİYYƏTDƏ OLANI İNSANI İŞDƏN NECƏ ÇIXARMAQ OLAR?

Xəzər Kürdən aldığı suyu “geri qaytarır” - VİDEO

Bakıda tez-tez qəza baş verən yol kəsişməsində təhlükəsizlik tədbirləri görülüb

Pandemiya dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu necə tənzimlənəcək? - Normalar müəyyənləşdi

Daha 200 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək

SON XƏBƏRLƏR
2020-07-07
2020-07-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK