ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: QƏLBİ TORPAQLA SƏSLƏŞƏN ŞAİR

Adil Babayevin 95 illiyinə

19169    |   2020-01-26 09:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu bir həqiqətdir ki, sözə, şeirə könül verən ruh adamları ölümsüzlüyü haqq edirlər. Onların yaşayan sözü özlərini də yaşadır və beləcə ölümsüzlük qazanan bu insanlar seçilənlərdən olurlar. Öncə Allahın seçdikləri, sonra da oxucunun. Bax bu mənada üzü geriyə, 95 il bundan öncəyə boylananda bu zaman kəsiyində minlərlə, milyonlarla adamın doğulub ölməsi faktını təsdiq etmiş oluruq. Amma bu minlərin, milyonların içində cismən torpaqlaşıb ruhən yaşayanlar da var. Onlardan biri də Azərbaycan ədəbiyyatı tarixində izi, sözü olan Adil Babayevdir...

Bəli, hələ orta məktəb illərindən tanımışam bu insanı. Daha doğrusu, sözlərinə yazılmış mahnılardan Adil Babayev adlı bir şairin, bir dramaturqun yaşadığını, millətinə aid olduğunu bilmişəm. Və özüm də sözə meylli olduğumdan sonra sözün işığında kitablarını əldə etmişəm, şeirlərini oxumuşam. Xüsusilə onun sonetləri həmişə məni özünə çəkibdir. Bu yığcam şeirlərdə Adil Babayev mənim üçün həm şair, həm rəssam, həm də indiki baxış bucağımdan desəm, operator kimi görünüb. Çünki o, sonetlərində sözü rəsm kimi çəkib. O, rəsmi də operator kimi lentə köçürüb göstərib mənə. Bu üç məqamın hər biri ayrı-ayrılıqda istedad nümunəsidir, peşəkarlıq göstəricisidir. Görünür, Allah Adil Babayevi seçdiyi insanlardan etdiyi üçün onu belə şərəfləndirib - üç qabiliyyəti ona bir anda veribdi! Təbii ki, bu mənim fikrimdi, mənim mülahizəmdi. Və mən də bu fikrə, bu mülahizəyə onun öz söz dünyasından baxaraq, o dünyaya istinad edərək gəlib çıxmışam.

Adil Babayev yazır ki:

Əbədi tərk edəndə bu işıqlı həyatı,

Fikrimizin vüsəti, eşqimizin qanadı

Sözün varlığı ilə görünsün bu dünyada.

Bu sonetdə demək olar ki, hər şey var. İnsanın olumdan ölümə gəlməsi, bu işıqlı dünyanı tərk etməsi. Amma bəs, qalan izlər? Bax elə qalanlar da fikrimiz, əməlimiz, eşqimiz və nəhayət, onların hopduğu sözdür. Bu söz bizi, indiki məqamda isə Adil Babayevi yaşadan sözdür!

Şair yaşadığı dünyanın hər üzünü görməyə, hər üzündən işıqlı nə isə götürüb onun təravətini, odunu, gözəlliyini və eyiblərini öz sözünə büküb oxucuya təqdim edir. Amma bu elə-belə təqdimat deyil, düşündürücü və nəticə çıxarılmasını tələb edən təqdimatdı. Bu sonetin ifadə etdiyi mənaya, məqama diqqət yetirək. Şair yazır ki:

Qalsaydı indiyəcən ilk od tapan insan

Baxıb geniş aləmə odların arasından

Yəqin həm sevinərdi, həm xəcalət çəkərdi.

Əgər diqqət yetirsəniz burda odu ilk tapan insanın simasında bütün insanların oda münasibəti ifadə olunub. Çünki o od insanın yaşamasına zəruri olan bir vasitədir.

Amma insan odu həm də yaşadığı dünyanı cəhənnəmə çevirmək üçün də istifadə edir. Özünün isindiyi ilə başqalarını yandırıb-yaxır. Məhz bu mənada da şairin dediyi həmin o ilkin nüans ortaya çıxır: insan və od! O həm isidir, həm də yandırır. İkisini də idarə edən isə insandı. Bax elə oxucunu düşündürən də, baxışlarının formalaşmasına kömək edən də şairin sadə, amma qətiyyətli məntiqidi.



Şair Adil Babayev öz yaradıcılığında demək olar ki, mövzu məhdudiyyətini hiss etməmişdi. O istər əmək adamından, istər təbiətdən, istər sevgidən, istərsə də adi bir uşaq təbəssümündən də şeir yazanda özü kimi yazıb. Öz səmimiyyətini, öz duyğularını ortaya qoyub.

Təsəvvür edin ki, hər bir valideyn, hər bir insan birmənalı şəkildə olumun ölümlə başa çatacağını bilir. Amma hər kəs ölümdən sonra övladlarına nə qoyub gedəcəyini düşünmür. Adil Babayev isə yazır:

Heyrətə salmasın sizi sözlərim,

O gün gələ bilər, lap bu gün, sabah.

Solmasın qızımın qara gözləri,

Oğluma düşməsin etdiyim günah.

Görün nə qədər sadə, səmimi etirafdı bu, istəkdi bu. Əslində Adil Babayev kimi insanların hamısı bu əxlaqla, bu düşüncəylə baxıblar cəmiyyətə, zamana. İstəməyiblər ki, özlərindən sonra övladları onların günahlarının acısını, xəcalətini çəksinlər. Şükürlər olsun ki, Adil Babayev kimi insanlar düşündüklərini özlərindən çox-çox uzaq tuta biliblər. Yəni onların nə övlad üçün, nə millət üçün "üz qaraları" qalmayıb.

Belə olan halda Adil Babayevin sevgilisinə, eləcə də oxucusuna üz tutub bu misraları söyləməsi həm səmimidi, həm də inandırıcıdı.

Biz nəyik, sevgilim? Bir can, bir ürək,

Sevincim də sənsən, nisgilim də sən.

Qəlbim illər boyu həsrət çəkərək

Tək səni seçibdi qızlar içində.

Çox səmimi, çox duyğusal bir poetik nümunə. Elə bu misraların işığında dünyanın ən gözəl qızına da Məcnun sevgisini etiraf etmək olar. Çünki bu misralardakı ruhun mayası paklıq və bir də sevgiyə inamdı. Məhz həmin müstəvidə dayanıb başqa bir şeirə üz tutanda düşüncələrimdə yanılmadığıma bir daha əmin oluram. Şair yazır ki:

Getdin, elə bildin unutdum səni,

Küsdün, elə bildin etibarsızam.

Eşqimin bu həzin xatirəsini

Gərək ahım ilə qəlbimə yazam.

Təbii ki, bu cür sevgisi, bu cür səmimiyyəti olan şairin həsrəti də, çəkdiyi ah da səmimidi. Ona görə ki, hər şey Tanrıdan gəlir. Tanrıdan gələn isə aşiqin, bu yerdə isə şairin həm ilham mənbəyinə çevrilir, həm də səmimi pıçıltılarına.

Bəli, şair Adil Babayev özünün bütün yaradıcılığı boyu sözün qayğısına elə qalıb, sözdən elə istifadə edib ki, oxucu onu axtarıb, söz oxucudan qaçmayıb. Bunu Adil Babayevin bütün yaradıcılığı boyu izləmək mümkündü. Hətta şair yazanda ki:

Bir gün insanlara biganə olsam,

Bir gün qayğılardan kənarda qalsam,

Bir canlı meyidə dönmüşəm demək.

Düşünürəm ki, bu bəndin özündə mənim dediklərim, daha doğrusu, Adil Babayevin yaradıcılığından çıxartdığım nəticə özünü təsdiq edir. Deməli, şair sözü oxucu sözünə çevrilmək haqqını qazanır.

Yanvarın 27-də dünyaya gəlib Adil Babayev. 1925-ci ildə Naxçıvanda doğulan Adil Babayevin 95 yaşı tamam olur. Mən qəsdən bu xatırlamaya üz tuturam. Demək istəyirəm ki, Naxçıvanda doğulan şairin ilk yaradıcılıq nümunələri Tbilisidə oxuduğu iki illik ali müəllimlik kursunda daha qabarıq üzə çıxıb. Elə ilk şeirləri də Gürcüstanda çap olunub. Onun həyat yolunu izləyənlər, yaradıcılığını araşdıranlar bu insanın bir şəxsiyyət kimi də bütövlüyünü xüsusi vurğulayıblar. Mənə onu şəxsən tanımaq nəsib olmasa da, oxuduqlarımdan gəldiyim qənaət budur ki, Adil Babayev özünün bütün yaradıcılığını ədəbiyyatımızın, sözümüzün xidmətinə veribdir. İstər etdiyi tərcümə əsərlərində, istər dramaturgiya sahəsində onun yeri, sözü olubdur. Buradaca onu da vurğulayım ki, Adil Babayevin layiqli varisi olan, Azərbaycanın ədəbi ictimaiyyəti tərəfindən sayılıb-sevilən, dəyərli aydınımız Etibar Babayevin bir canlı nümunə kimi göstərdiyi xidmətlər Adil Babayevə məni bir köynək də yaxınlaşdırıb. Həm bu ailə bağlılığından şairi bir az da dərindən tanımaq imkanı qazanmışam. Ona görə də ədəbiyyatımızın cəfakeşlərindən olan Adil Babayev 95 yaşının işığında ruhu qarşısında baş əyməklə onun söz ömürlü olacağına inamımı məhz öz misraları ilə ifadə edirəm:

İnsanla torpağın qəlbi səsləşir,

Torpaq insan ilə müqəddəsləşir.

Torpaq insan varsa dönür Vətənə!

Bəli, şairimiz haqlı deyir, həqiqətən boş səhralar heç də Vətən olmur, o zamana qədər ki, ora insan ayağı dəyir. Söz də o vaxt urvatlı olur ki, onu xiridarı şeirə çevirir. Bu torpağın şeir ustalarından biri də unudulmaz Adil Babayevdir.

Ruhu şad olsun!




İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
SON XƏBƏRLƏR
2020-05-28


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK