ANA SƏHİFƏ / MARAQLI

Günorta yeməyindən sonra gələn yuxu...

22012    |   2020-01-24 08:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Səhər işə enerjili gəlirsən, həvəslə işləyirsən. Günorta yeməyindən sonra sanki adam ağırlaşır. Pişik kimi yumrulanıb yatmaq istəyirsən. İşləməyə ərinirsən. Və ürəyində deyirsən ki, nə olardı, müdir günorta yeməyindən sonra bircə saat yatmağa icazə verərdi.

Hələ Qədim Romada günorta yeməyindən sonra istirahət etmək kimi bir anlayış var idi. Yunanıstanda bu bir adət halına çevrilmişdi. İspanlar bunu daha da müasirləşdirərək günorta yeməyindən sonra yuxuya "Siesta” adı verdilər. "Siesta” latın sözü olan "hora sexta” dan götürülüb. Mənası "6-cı saat” və ya "günorta” deməkdir. Siestanı çox vaxt "ispan yoqası” adlandırırlar.

Siesta günorta yuxusu deməkdir. Günorta saatlarında qısa yuxu fasiləsinin günü daha faydalı, işi isə daha keyfiyyətli etdiyi hesab olunur.

2008-ci ildə Sara Mednik və onun komandasının apardığı araşdırmalarda 60-90 dəqiqəlik günorta yuxusu ilə bir fincan qəhvənin yaddaşa təsiri müqayisə olunmuş, nəticədə qəhvənin əksinə olaraq günorta yuxusunun yaddaşı gücləndirdiyi məlum olmuşdur.

Günorta yuxusunun iş fəaliyyətini də artırdığına inanan bəzi şirkətlər işçilərinə iş yerində yatmaq üçün şərait yaradır. Günorta yuxusu üçün ən ideal saat 14:00-16:00 arası hesab olunur. Günorta yuxusu üçün 60-90 dəqiqə kifayət edir. Siesta artıq bir çox ölkələrdə tətbiq olunur.


İmza:Eminquey

Şahzadə Uilyam və Keyt Midltonun iqamətgahında xüsusi cəza otağı var

Bu portretdə Fateh Sultan Mehmetin qarşısında duran kimdir?

Taksi sözü və peşəsi necə yarandı?

Həkimlər hamilə qala bilməyən hindistanlı qadına kişi olduğunu dedilər

Mühafizəçi pişik saxladığı üçün aktrisanı döyüb - VİDEO

Şüşədə okeana atılmış məktub yeni dostluğun əsasını qoydu

Dalğıc çayın dibindən 17 min dollarlıq üzük tapdı və sahibinə qaytardı

Ay və Marsda niyə yaşamaq olmaz? – Alim açıqladı

Putinin hamıdan gizlətiyi qızları – Yayımlanan fotolar şok effekti yaratdı

Rusiyada xəstəxanada “ağıllı saatlar”dan istifadə edəcəklər

Bir qaşığının ağırlığı dörd milyard ton olan cisim aşkarlandı

Yayın “olmazsa-olmaz”ları: Maye, meyvə-tərəvəz və yüngül yeməklər...

SON XƏBƏRLƏR
2020-07-02


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.41%)
Pullsuz (11.59%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK