nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Aqil Abbasın deputat olmağını niyə istəyirəm? - Ulucay Akif yazır Adalet.az | Aqil Abbasın deputat olmağını niyə istəyirəm? - Ulucay Akif yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Aqil Abbasın deputat olmağını niyə istəyirəm? - Ulucay Akif yazır

2896    |   2020-01-22 12:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yaxşı, gəlin zarafatı qoyaq bir qırağa, seçkilərlə bağlı ciddi söhbət edək.

Deyin görək, siz bu seçkilərdə kimin millət vəkili olmağını istəyərdiniz?

***

Mənim millət vəkili kimi görmək istədiyim bir namizəd var, o da Aqil Abbas.

Bu fikirlərimi kim necə istəyirsə, elə də qəbul edə bilər, amma mən yenə də bunları demək istədim.

***

Əgər bircə gün gəlib bizim redaksiyada otursanız, gün ərzində Aqil müəllimin yanına problemi olan neçə vətəndaşın gəldiyini görərsiniz. Və mən "Ədalət" qəzetində çalışdığım bu müddətdə hələ bir dəfə də olsun Aqil Abbasın kimisə qəbul etmədiyini görməmişəm.

Qəbul etmədiyini deyəndə ki, onsuz da öz otağı yoxdu, hərəmizin otağında 5 dəqiqə oturub gedir.

Ağlınıza gələ biləcək hər cür problemlə müraciət edən adamlar olur. Problemin Aqil müəllimə aidiyyatı oldu, ya olmadı, fərq etmir. O da həmin problemi mütləq həll etməyə çalışır.

Telefonuna gələn bütün zəngləri "bu kimdi?" deyəndə belə, yəni zəng edən adamı tanımayanda belə açır. Vallah, indiki dövrdə bu çox böyük şeydi. Bütün zəngləri görməzdən gələn o qədər xırda "vəzifəlilər" var ki.

***

Aqil müəllim parlament buraxılandan sonra da vətəndaşları qəbul etməyə davam edirdi. Yəni kömək etmək onun ürəyindən gələn bir şeydi, vəzifə gərəyi deyil.

Özü də fikir vermişəm, kiminsə probleminə qulaq asanda, həmin adamdan daha çox kədərlənir.

***

Hə, bax bütün bu səbəblərə görə Aqil Abbasın millət vəkili seçilməsini canı-könüldən istəyirəm. Bacardığı qədər adamların problemlərini həll edəcəyini bilirəm deyə.

Ulucay Akif



İmza:

YAZARIN ARXİVİ

2020-02-15 : İdilib böhranı
SON XƏBƏRLƏR
2020-02-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK