nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Yaradılan “Yeni xəstəlik”lər - Soner Yalçın Adalet.az | Yaradılan “Yeni xəstəlik”lər - Soner Yalçın Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Yaradılan “Yeni xəstəlik”lər - Soner Yalçın

55247    |   2020-02-05 09:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu yazını bir neçə gün qabaq dərc etmişdik. Bu gün "korona" virusu ilə bağlı xəbərlər bir daha sübut etdi ki, xəstəliklər, viruslar yaradılır və yayılır...


Vince Parry…

Manhaettendə işləyən bir dərman sektorunun reklamçısı. Dərman sektoru üçün yaradılan yeni xəstəliklərin satışını düz-qoş edənlərdən biri.

Bir məqaləsinin adı mövzunu ortaya qoyur: Bir xəstəliyi markalaşdırma sənəti...

Yazısında xəstəliklərin reklam yolu ilə necə təbliğ edilməsini yazdı:

- Bəzən az bilinən bir xəstəliyə diqqət çəkilir...

- Bəzən köhnə bir xəstəlik yenidən tanıdılır və yeni bir ad verilir.

- Bəzən də yepyeni bir xəstəlik yaradılır.

Reklamçı Vince Parryninən çox sevdiyi "yeni xəstəliklər” bunlardır:

- Erektil disfunksiya / sərtləşmə çətinliyi ...

- Diqqətsizlik sindromu

- Menstruasiya əvvəli disforik pozuntu

"Prozac”ve"Viagra”antidepresantların ulduzlaşmasında onun barmağı var idi!

Reklamçıların köməyi ilə insanların ümumi xəstəlikləri necə qəbul etməsi dəyişdirildi və "menstruasiya kimi təbii proseslər xəstəliklərə çevrildi.


Hədəf qadınlardır


Gündəlik riskləri "ölümcül xəstəlik” olaraq təbliğ edənlərin sonuncu böyük tapıntıları qadınlar oldu: ""Cinsi əlaqədə çətinlik”.

Əvvəlini bilirsiniz: Penis sərtləşməsi pozuntusuna qarşı istifadə olunan "viaqra” hücumu. İndi hədəfdə niyə qadınlar olmasın?

Xəstəliyi təbliğ edən sərhəddi nə qədər geniş götürsəniz, potensial xəstələr də bir o qədər çox olur. Satılsın antideprressantlar, gəlsin pullar...

Amerikan dünya dərman devi olan Eli Lillt 1990-cı ildə Vaşinqtonda dəyirmi masa görüşü təşkil etdi. Görüşə 16 psixiatr, bir qrup Amerikan FDA qurumu işçisi, 4 Lilly idarəçisi qoşuldu. Müzakirələri Kolumbiya Universitetində professor Jean Endicott idarə etdi, çünki 10 ildir bu xəstəliyin qəbul olunması üçün çalışırdı.

Pfizer şirketi "Viagra” ilə kişiləri necə ələ keçirdisə, Lilly də qadınlar üçün yeni bir xəstəlik yaratdı: Menstruasiya əvvəli disforik pozuntu.

Qadınların ruhən ciddi sarsıntı yaşamasını təmin edəcəkdi.

Və Lilly – məşhur marka yaradıcısı "İnterbrand” firmasıyla işləməyə başladı. "Prozak” kimi fluoksetin tərkibli dərman, lavanda rəngli antidepressant "Sarafem” adıyla bazara girdi.

Amerikan Tibb qadınları birliyinin rəsmi media orqanı "Qadın sağlamlığı və cinsiyyətinə aid tibb dərgisi” ard-arda mövzuyla bağlı məqalələrə yer verməyə başladı. Dərgiyə ən çox reklamı kim verirdi? Orasını keçək...

Hələ... "Menstruasiya əvvəli disforik pozuntu”nun həkimlərin bələdçi kitabına girməsi üçün Lilly şirkətinin Amerikan Psixiatrik Assosiasiyasına pul verdiyi xəbərlərini yazmağa gərək varmı?


Dilimizə uyğunlaşdıran Eminquey



İmza:

YAZARIN ARXİVİ

2020-02-15 : İdilib böhranı
SON XƏBƏRLƏR
2020-02-20
2020-02-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK