ANA SƏHİFƏ / YAZARLAR

SƏYAVUŞ QARAYEVİN GÖZÇIXARMAQLIĞI

16158    |   2011-11-11 08:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir vaxtlar Azərbaycanda Neft və Kimya İnstitutu vardı, xalq arasında AZİ adı ilə məşhur idi. İndi də var, amma adını dəyişiblər, Akademiya qoyublar.
   
   SSRİ-nin dağılmağı institutlara düşdü, çönüb universitetlər akademiyalar oldu.
   
   Bu ali məktəb institut illəri yaşayanda şöhrəti bütün dünyaya yayılmışdı. Və bu institut təkcə Sovetlər İttifaqının deyil, eləcə də Ərəb və Afrika ölkələrini də neft və kimya mühəndisləri ilə təmin edir. Hətta dünyanın inkişaf etmiş ökələrinin mütəxəssisləri də gəlib bu institutun elmi laboratoriyalarında təcrübə keçirdilər.
   
   Bu institutun neçə-neçə əməkdaşı, məzunu SSRİ-nin və Azərbaycanın dövlət mükafatlarını, fəxri adlarını almışdılar.
   
   Məzunların arasında dünyanın yarısı sayılan SSRİ-ni idarə edən şəxslər, dünya şöhrətli alimlər vardı. Kosmonavtların bəşəriyyəti sarsan vaxtlarında Jolobov fəxr edirdi ki, AZİ-nin məzunudur.
   
   Bir vaxtlar Azərbaycanda iki nüfuzlu elm-təhsil ocağı vardı: Azərbaycan Dövlət Universiteti və AZİ.
   
   Hətta voleybolumuzu da SSRİ-də bu ali məktəbin tələbələri təmsil edirdi. Tələbələri "Mən AZİ-də oxuyuram" və ya "Mən AZİ-ni bitirmişəm" deyə az qala adamın gözünü çıxarırdılar.
   
   SSRİ-ni də, digər neft ölkələrini də neft və kimya, neft maşınqayırma avadanlıqları ilə AZİ-nin yetişdirdiyi mühəndislərin yaratdıqları və çalışdıqları zavod və müəssisələr təchiz edirdi.
   
   Dünyada ilk dəfə dənizdən nefti bu institutun yetişdirmələri çıxarmışdı. İlk dəfə maili quyu qazmanı onlar icad etmişdilər. Elm dühası Yusif Məmmədəliyevin kəşf etdiyi ən yüksək oktanlı yanacağı (o yanacağın hesabına gəmilər uzaya çıxa bildi) alimin rəhbərliyi ilə AZİ-nin yetirmələri işləmişdilər.
   
   Görəsən Azərbaycanda nə qədər adam bilir ki, kosmik raketin və atom bombasının özülünü qoyan və yaradan akademik Kurçatov ömrünün neçə ilini AZİ-nin laboratoriyalarında elmi fəaliyyətlə məşğul olub. Və dünyanı sarsan elmi kəşflərinin bir çoxuna burda imza atıb və bu işlərdə ona bu institutun yetirmələri də yardımçı olub. Və sair və ilaxır.
   
   İndi neft-kimya avadanlıqlarını xaricdən alırıq. Bu sahədə çalışan mütəxəssisləri, neft mühəndislərini xaricdən gətiririk.
   
   Təbii ki, nə pulumuzun çoxluğuna görə, nə də əlimiz bəy ətəyinə dəydiyinə görə yox!
   
   Çünki artıq ADNA deyəndə ağlımıza Yusif Məmmədəliyev, Azad Mirzəcanzadə, Jolobov, Qara Rəşid gəlmir. Ağlımıza ilk gələn 30 aprel terrorudu, ədalətsiz yerə 4-cü kursdan qovulan və iki ildir məhkəmələrdə rektorla mübarizə aparan tələbə Elmin Bədəlovdu. O da axırda yoruldu və deyəsən çıxdı getdi Türkiyəyə.
   
   Əslində rektor Səyavuş Qarayev terror aktından dərhal sonra istefa verməli idi. Bundan hələ keçməyib, yəni gec deyil. S.Qarayev son iki ildə ədalətsizcəsinə Akademiyadan qovduğu tələbəylə... Keçmişdə tələbənin kəsiri qalanda, ya normadan artıq dərs buraxanda kursda saxlanılırdı. Belə şeylərə görə, dünyanın heç bir ölkəsində tələbəni ali məktəbdən qovmurlar. Və ya dərs buraxanda onun çörəkpulunu, son qəpiyini cərimə adı ilə tutub əlindən almırlar. Əgər Boloniya sistemi budursa, çox səfeh sistemdi... Məhkəmə çəkişmələrinə sərf etdiyi gücünü bu möhtəşəm elm ocağının (burda qüdrətli alimlər və müəllimlər az deyil axı) əvvəlki şöhrətini bərpa etməyə sərf etsəydi.
   
   Məzunları qul bazarında axtarmazdı, bazarlarda alver etməzdi. Xaricdən gətirdiyimiz neft və kimya mühəndislərinin böyür-başında çəkinə-çəkinə boyunlarını büküb dayanmazdı. Neft-kimya avadanlıqlarını xaricdən qızıl qiymətinə almazdıq. Və sair və ilaxır.
   
   Nəhayət, gələk son olaya - Rafiq Əliyev olayına. R.Əliyevin titullarını və mükafatlarını, elm sahəsindəki xidmətlərini sadalamağa ehtiyac yoxdur. Avtoşlardan və şou əhlindən başqa bunu hamı bilir.
   
   R.Əliyevin işdən çıxarılması onun özü üçün bir fəlakət, bir faciə deyil. Rektorun onu kafedra müdirliyindən çıxarmağa gücü çata bilər, Rafiq Əliyevlikdən çıxarmağa yox.
   
   Tanrı insanları vəzifələrə və vəzifəsizlərə bölüb məhşərə çəkmir, əməllərinə görə məhşərə çəkir.
   
   R.Əliyev işdən çıxarılıb. Olsun! Məsələ ondadı ki, S.Qarayev bununla ADNA-ya və Azərbaycana nə qazandırır?!
   
   Möhtərəm prezidentimiz İlham Əliyev cənablarının apardığı demokratik islahatlara, onun daxili və xarici siyasətinə, Azərbaycanın demokratik bir ölkə kimi dünyada gündən-günə artan nüfuzuna kölgə salmaqdan başqa heç nə!
   
   Kiminsə və ya kimlərinsə xoşuna gəlmək üçün ölkənin nüfuzuna kölgə salmaq... Bir kreslo Azərbaycanın bu boyda nüfuzundan çoxmu qiymətlidir?!
   
   Öz gözlərində tiri görməyib bizim gözümüzdə qıl axtaran Avropa mediasını Azərbaycanın üstünə qaldırmaqla, lap adi bir haqsızlığı bayram sevincilə qarşılayıb it ilxısı- köpək sürüsü kimi Bakıya tökülən Avropa insan haqları ovçularının əlinə dəstəvuz verməklə, ölkənin demokratik imicinə zərbə vurmaqla siz nə istəyirsiz, Səyavuş Qarayev?
   
   Bütün hallarda rektorun bu hərəkəti şərəfli bir tarixə malik bu müqəddəs elm ocağına şərəf gətirmir!


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-02-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Real" PSJ-yə qalib gələcəkmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Xeyrulla salam, necəsən? Nəsə toydan sonra səsin çıxmır, təzə gəlin bacıyla necəsən?
- Hər şey əladı, mən heç zaman bu qədər xoşbəxt olmamışdım.
- Arvad yanındadı deyəsən.
- Mən həyatımdan çox razıyam.
- Başa düşdüm. Möhkəm dur qardaş, neyləmək olar?!




digər lətifələr
ARXİV
FACEBOOK