nulled forum hacklink satın al hacklink al Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | İlan-qurbağa - Elçin CƏLİLOV yazır Adalet.az | İlan-qurbağa - Elçin CƏLİLOV yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

İlan-qurbağa - Elçin CƏLİLOV yazır

34978    |   2019-12-30 12:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sonuncu köşəmi 2017-də, Xoruz ilində yazmışdım. Oyanış rəmzi sayılsa da, elə oldu ki, banlaması özünə qaldı. Bir də indi, Donuz ilinin sonunayaxın köşə yazmağa mövzu tapdım. Amma oxşar... Yenə də futbolçularımızın xaricə gedişi, xaricdəki futbolçularımızın qayıdışı problemi...

Bu gün xəbər çıxdı ki, Almaniyanın aşağı liqasında çıxış edən "Proyssen”dəki ümid yerimiz Rüfət Dadaşov Vyetnamın "Nam Din” klubuna transfer olunub. Axı niyə?

Bu transferin Rüfətə, milli komandamıza faydası olmayacaq. Heç Vyetnam klubunun da əli bala batmayacaq. Lakin bir məsələni dəqiq zənn edirəm: bizim idman mediasında əməlli-başlı Vyetnam təbliğatı baş qaldıracaq.
Rüfət oynadı...
Rüfət oynamadı..
Rüfət qol vurdu...
Rüfət əvəzetmədən girib, qol ötürməsi verdi...
Və bütün bu xəbərlərdə Vyetnam adı çəkiləcək. Əstəğfürullah, paxıllıq deyil, sadəcə, ilin-günün bu vaxtı bizə bu lazımdırmı... Sən orda ilan-qurbağa yeyəcəkən?!

Vyetnam deyəndə ağıla partizan savaşı, basılmaz vətən, müharibə uduzmayan ölkə düşür. İnanmayanlar Riçard Niksonun ruhundan soruşsun, mənsə Emil Balayev dərdinə bir az sinə döyüm.

Vaxtilə böyük gələcək vəd edən Balayevin həmin o gələcəyi indidir. Avropaya inteqrasiya olmasa da, UEFA-ya üzv olmaqçün var-gücünü sərf etmiş Qazaxıstana üz tutmuşdu. "Tobol”dakı çərçivə qoruyuculuğu ilə diqqət və sevgi çərçivələrini aşan Emil millimizin daimi üzvünə çevrilməkdəykən affekt durumla üz-üzə qaldı. Erməni baş məşqçi gələndən sonra Emilin ordan getməsi bir qismçün vacibiyyət halını alıb. Bu məsələ o qədər geniş müzakirə olunur ki... Ancaq yeganə effektli reaksiya elə Balayevin özündən gəlib: "Mənim müqaviləm klubladır, baş məşqçiylə yox”.

Hərçənd, çi fayda, Balayevin ordan getməli olduğunu qabardıb, təkid edənlərimiz çoxdur.

İdman siyasətə qarışmır, idman sülhə aparan vasitədir kimi fikirləri qatlayıb kənara qoyublar. Bəlkə Emil gedişiylə yanlış edər? Qarabağ probleminin sülh yolu ilə həllini istəməyən qarşı tərəfin istinad etdiyi arqumentlərdən biri də budur ki, azərbaycanlılar bizimlə eyni yaşamaq, birlikdə olmaq istəmir. Balayev erməni məşqçinin gəlişindən dərhal onra gedişini açıqlasa, qəhrəman sayılacaq, yoxsa... (?) Bəlkə bu yanlışı məşqçi etsin...

Olmazmı, hazırda Qazaxıstanda ən populyar qapıçı, klub azarkeşlərinin ən sevimli oyunçusunu oynatmamağa erməni məşqçi məcbur olsun? Bununçün onun yeganə yolu daha səviyyəli qapıçı gətirmək olar. Bəlkə bunu etməyə məcbur qalsın, azarkeşlərin narazılığına düçar olsun, sonra Balayev özü qərar versin – belə daha səlis olmazmı?

Söhbət 2 həftədir başlayıb, lakin hələ qapıçımızı istəyən real keyfiyyətli klub adı çıxmayıb ortaya. Deməli, biz mövzu ətrafında ajiotajı yanlış qururuq. Tərs kimi də yüklənib, uzadırıq.

O da qayıtsın Azərbaycana?

Ramil Şeydayev haqda Rusiya mətbuatının yazdığını gördünüz? Hələ "Dinamo”ya gəlməzdən əvvəl o səviyyəyə layiq olmadığı iddia olunubmuş...

Ramili o vəziyyətə geri salan nə oldu, bilirsiniz? Hələ də sponsor tapa bilməyən Azərbaycan Premyer Liqası.

Son 20 ildə "klub ölümünə” görə dünya rekordçusu olan Azərbaycan çempionatı. Qayıdın hamınız! Qaytaraq, hamısını dəfn edək bu "fəxrsiz xiyabanda”...




SON XƏBƏRLƏR
2020-02-27
2020-02-26


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Əsgər qaça-qaça gəlir:

- Cənab kapitan, cənab kapitan, bizim taqım komandiri yenə içib…

Kapitan:

- Hardan bilirsən?

Əsgər:

- Necə yəni hardan bilirəm? Üzünü sabunlayıb güzgünü qırxır.





digər lətifələr
ARXİV
FACEBOOK