ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Rəmiş Ağdama yaz havası gətirdi - 75illik yubiley!

65006    |   2019-11-26 13:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ötən gün Ağdamda ad günü gecəsi keçirilib. Gitara ifaçısı deyiləndə ilk gözlər önünə gələn məşhur gitaraçı, Xalq artisti Rəmiş ( Rafiq Hüseynov) 75 illik yubileyini münasibət ilə sənət dostlarını başına yığaraq təmtərqlı şəkildə qeyd edib.

Onlar arasında muğam ifaçıları, eləcə də Xalq artisti Mənsum İbrahimov da yer alıb. Mənsum müəllim yubileyin təfərrüatları haqqında Adalet.az-a açıqlama verib. Sevimli müğənni bildirib ki, yubiley çox möhtəşəm təşkil olunmuşdu: Ağdam Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə yeni istifadəyə verilmiş Ağdam Muğam Mərkəzində baş tutan gecədə muğamsevərlər, musiqisevərlər o cümlədən bütün rayon ictimaiyyəti iştirak etdilər. İki saatdan artıq çəkən tədbirdə Rəmiş özü gitarada musiqi nömrələri ifa etdi. Mənim, "Şur”və "Qarabağ” ansamblı üzvlərinin ifasında mahnı və təsnifləri səsləndirildi. Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrın kollektividə, tədbirin aparıcısı, respublikanın əməkdar artisti Azad Şükürov da yubiliyarı təbrikə qoşuldular.Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənova təşəkkürümü bildirirəm ki, belə bir möhtəşəm tədbir təşkil edib. İnanın ki, rayonda bir bayram əhval-ruhiyyəsi vardı. Bakıda belə tədbiri təşkil etmək çox asandır. Amma müharibə zonasında, təmas xəttinə yaxın bir ərazidə yaşayan fədakar insanların qarşısında belə tədbirlər çox lazımdı, çox vacibdi. Əslində Rəmiş üçün həm yubiley oldu , həm də bayram...Axı, Ağdam onun doğma elidi...



Qeyd edək ki, Rafiq Hüseynov14 noyabr1944-cü ilə Ağdamın Gülablı kəndində doğulub.

İlk musiqi təhsilini Üzeyir Hacıbəyov adına orta ixtisas musiqi məktəbində tar sinifində almışdır. Onun böyük istedadı qısa bir vaxta onu böyük sənətkara çevirdi. Əsasən Ağdamda toyları Rəmişsiz təsəvvür etmək olmazdı. Rəmiş böyük sənətkarlarla qastrol səfərlərində, konsertlərdə olmuşdur. Xalq artisti Qədir Rüstəmovu, Xalq artisti Rübabə Muradovanı, Xalq artisti Yaqub Məmmədovu, Xalq artisti)Səxavət Məmmədovu müşayət etmişdir və başqa dahi şəxsiyyətlərlə bir sıra məclislərdə iştrak etmişdir. Onun özünəməxsus və əvəzsiz yolu və gitaranı yaşatması, onun qəmgin və yaddaşlardan çıxmayan çalğısı onu xalqa sevdirdi. O,muğamatımızıəla bilir və onu özünəməxsus şəkildə yaşadır.



Rəmiş həm də tar, piano, qarmon, zərb, ud və s. azərbaycan xalq çalğı alətlərlərində peşəkar şəkildə ifa edə bilir.

Rəmiş Güllü Hüseynovayla evlidir. Rəmiş bu evlilikdən öncə, iki dəfə evlilik həyatı sürüb, iki qız atasıdır bir oğlu rəhmətə gedib, Rəmiş öz atasının Hüseyn adını ona verib.



Rəmiş 18 dekabr 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla "Xalq artisti" fəxri adına layiq görülüb.


P.S. Biz də "Ədalət” qəzeti adından yubilyara- bütün zamanların ən nadir gitara ifaçısı Rəmiş bəyə möhkəm can sağlığı arzulayır, sənətində uğurlar diləyirik!


Əntiqə Rəşid





İmza:

Şirvan bülbülü - Aşıq Şakir Hacıyev

İndoneziya mətbuatında “UNESCO-nun irsi-İçərişəhər- Bakının incisi” adlı məqalə yer alıb

Baba Mahmudoğlu: Ceyran bala - VİDEO

Şahmalı Kürdoğlu: Ey təbib + Video

Nazirlik: Hesablama Palatası tərəfindən Mədəniyyət Nazirliyində yoxlama aparılmır

Nazim Hikmətin övladlığa götürdüyü - Çingiz Fərəcov...

Hollivud Çində koronavirusun yayılmasının ilk günləri barədə film çəkəcək

““Hələ nəğməm var mənim” - Pərvanə Bayramqızı yazır

Əməkdar artist oğlunun faciəli ölümündən DANIŞDI - VİDEO

İlham Əliyev Mingəçevirdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak etdi - FOTO/VİDEO + YENİLƏNİB

Hindistanın məşhur musiqi qrupu Azərbaycan mahnısı ifa etdi - VİDEO

Kuklaçılar “Qara balığın nağılı”nı təqdim etdilər

SON XƏBƏRLƏR
2020-07-04
2020-07-03


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK