ANA SƏHİFƏ / DÜNYA

“Terrorçuların çıxarılacağına söz verənlər bunu etmədi” - Ərdoğan

27680    |   2019-11-07 12:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Biz ABŞ-a səfərin faydalı olub-olmayacağını müzakirə etdik və dünən axşam Donald Trampla telefon danışığından sonra getmək qərarını verdim.

Bunu Macarıstana səfərdən əvvəl jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, ABŞ səfəri fərqli bir dönəmdə, "Barış pınarı” əməliyyatı zamanı həyata keçirilir.

"Burada ABŞ-ın da təsiri var. Birləşmiş Ştatlar bölgəyə silah-sursat göndərib. Belə məsələləri telefonda deyil, üz-üzə müzakirə etmək daha vacibdir. Ona görə də görüşmək qərarını verdik. 120 saat ərzində YPG/PYD, İŞİD və PKK terrorçularının geri çəkiləcəyinə dair bizə söz verənlər bunu gerçəkləşdirmədilər. Rusiya ilə razılaşmadan 150 saat keçdi, o bölgələrdən də terrorçular çıxmayıb.

Biz bütün terroçuların çıxarılması ilə bağlı anlaşmışdıq. İndi terrorçular Suriya Milli Ordusuna hücum edir və eyni şəkildə cavablarını alırlar. Bu gün səhər Suriya Milli Ordusu 11 şəhid verib, qarşı tərəfdən ölənlər daha çoxdur. Onlar bu hücumları edəndə bizim ordu da, Suriya ordusu da səssiz qalmır. Biz bunun cavabını verməliyik ki, mübarizəni başa çatdıraq. Ona görə də ən zor şərtlərdə belə görüşləri keçirməliyik. Mənimlə olmasa belə, nümayəndələrimlə görüşlər olmalıdır”, - deyə Ərdoğan əlavə edib.(azvision.az)



İmza:

İsrail Azərbaycanın arsenalında olan raketlərin nəyə qadir olduğunu göstərdi - VİDEO

Floydun saxlanılmasının imitasiya edildiyi körpünü bağladılar - VİDEO

Məşhur müğənni ABŞ-da etiraz aksiyalarında tibb bacısı kimi fəaliyyət göstərdi - FOTO

Pakistanda altı yeniyetmə mədrəsənin dağıntıları altında həlak oldu

İtaliya xarici turistləri qəbul edir

Yer kürəsinin ən təmiz ərazisi açıqlanıb

26 Qazaxıstan vətəndaşı öz ölkələrinə yola salınıb

İranda koronavirusdan ölәnlәrin sayı 8 mini keçib

Çexiya ilə Slovakiya arasında sərhədlər sabah açılır

Rusiyada koronavirusa yoluxanların sayı 430 min nəfəri keçdi

Ölkəmizə yardım göstərən ölkələr arasında ilk sırada Türkiyədir - Macarıstan

Bu dəfə Fransada qaradərili ölümü - etirazlar başladı

SON XƏBƏRLƏR
2020-06-03


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK